"Ulduz" jurnalının "Nəsimi" xüsusi sayı təqdim olundu
06.05.19

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "Ulduz" jurnalının aprel sayının təqdimat mərasimi keçirilib.

Təqdimatda AYB rəhbərliyi, jurnalın əməkdaşları, tanınmış qələm adamları və mətbuat nümayəndələri iştirak ediblər.

Jurnalın baş redaktoru Qulu Ağsəs çıxış edərək deyib ki, 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı olaraq jurnalın xüsusi buraxılışı dahi şair və mütəfəkkirə həsr olunub.  Xüsusi buraxılış jurnalın digər saylarından tərtibat baxımından fərqlənir, bütünlüklə rəngli çap edilib. Burada oxuculara Prezidentin Sərəncamı, o cümlədən, son illər böyük Azərbaycan şairi ilə bağlı ölkəmizdə görülən işlərin fotoreportajı da təqdim olunur.

Nəşrdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın "Şairin hünəri", Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatı Humanitar və sosial məsələlər şöbəsinin müdiri, professor Musa Ələkbərovun "Ədəbi-mədəni irsə, milli sərvətə böyük məhəbbətin parlaq nümunəsi", tədqiqatçı alim, yazıçı-publisist, filologiya elmləri doktoru Abid Tahirlinin "Nəsimi Azərbaycan mühacirət mətbuatında", professor Gülşən Əliyeva-Kəngərlinin "Poetik fəlsəfənin Nəsimi mərhələsi", Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin "Nəsimi yaradıcılığında folklorizmlər" və digər elm xadimlərinin, ziyalıların şair haqqında məqalələri dərc olunub.

Daha sonra Xalq yazıçısı Anar, tədqiqatçılar Abid Tahirli, Paşa Əlioğlu, Qüdsiyyə Qəmbərova və başqaları çıxış edərək Nəsiminin Azərbaycan və dünya ədəbiyyatındakı mövqeyindən, dövlət başçısı İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Azərbaycanda 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıblar.

Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə də şairin irsinin dərindən araşdırılması və təbliği aktual olub. Böyük mütəfəkkirin 600 illiyinin UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunduğu dövrdən etibarən Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparılıb. Qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb.

Sonda "Ulduz" jurnalı və "Vektor" Beynəlxalq Elmlər Akademiyasının birgə keçirdiyi, Nəsimiyə həsr olunmuş poeziya müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.