Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb
27.05.19

Dövlət Sər­həd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları mu­zeyi”nin açılışına həsr olunmuş tədbir keçirilib.

DSX-dən "Report"a verilən məlumata görə, tədbirdə Prezidentin Hüquq-müha­fizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Mədəniyyət naziri Əbülfəs Qa­ra­yev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, gene­ral-polkovnik Mədət Quliyev, Ali Məhkəmə­nin sədri Ramiz Rzayev, Baş Prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Proku­ror, general-leytenant Xanlar Vəliyev, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Azərbaycan Ya­zı­çılar Birliyinin sədri Anar, Azərbaycan Xalq yazıçısı Çingiz Abdul­la­yev, Azər­baycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direk­toru Yaqub Mahmudov, Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Əs­gər Rə­sulov, Milli Məclisinin deputatları - Aydın Mir­zəzadə, Əflatun Amaşov, Aqil Abbas və digər rəs­mi şəxslər iştirak ediblər.

Tədbirdə general-polkovnik Elçin Quliyev, Əbülfəs Qarayev, Anar, Yaqub Mahmudov və general-polkovnik Mədət Quliyev çıxış ediblər. Çıxışlarda muzeyin ekspozisiyasının Azər­baycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirməsi, 1920-1950-ci illərdə dövlətin apardığı siyasət nəticəsində on minlərlə ic­ti­mai və dövlət xadi­minin, elm, mədəniyyət, incəsənət nümayəndələ­rinin, sı­ra­vi vətən­daş­ların repres­siyaya məruz qalması xüsusi qeyd edilib.

1950-ci illərin ikinci yarısında siyasi rerpessiya qurbanlarına bəra­ət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq et­di­yi illərdə siyasi rep­ressiyalar haqqında məlumatların yayılmasına qa­dağa qoyulması, yal­nız müstəqilliq illərində - 15 mart 1996-cı il tarixdə Dahi Öndər Heydər Əli­yevin imzaladığı “Siyasi repressiya qur­ban­larının reabilitasiyası haq­qında” Azərbaycan Respublikası Qanununda bu hadisələrə ilk dəfə hü­quqi qiymət verilməsi bildirilib.

Azərbaycan tarixinə bir sərhədçi töhfəsi olaraq Azərbaycan Sər­həd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində DSX-nin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəa­liy­yət göstərməsi ilə bila­vasitə əlaqə­dardır. Bina­nın zirzəmisində həbs olu­nan­ların saxla­nılma kameraları, istintaq otaq­ları, ölüm hökmü çıxarı­lanların güllənməsi yer­ləri mövcud olub. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repres­siya qurban­larının xatirəsinə ehtiram və yaxın keçmişi­mizin qanlı səhi­fələri haqqın­da gənc nəslin nüma­yən­dələrinin düzgün məlu­matlan­dırılmasıdır.

Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Pre­zi­dentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Döv­lət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxi­vində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların ha­zır­ladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxiv­lərindən əldə olunmuş, Qazaxıstan “ALJİR” siyasi repressiya müzeyi tərə­­findən təqdim olunmuşdur. Muzeyin ekspozisiyasının hazırlanma­sına Mədəniyyət Nazirliyi və A.Ba­kı­xanov adına Tarix İnstitutu tərə­fin­dən də köməklik göstərilib.

Müzeyin əsas zalında “Danışan sənəd­lər” adlanan lövhədə rep­res­si­yanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edil­miş sənədlərin surətləri veril­ib. Azərbaycanda repressiyanı “qa­nun­laş­dıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 26 may 1920-ci il əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutula­caq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xal­qımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Ko­mi­təsinin 1 dekabr 1934-cü il tarixli qərardır. Bu qərara görə terror aktlarına görə cinayət iş­lərinin istintaqı və baxılması on gün­dən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin işti­rakı olmadan aparılmalı idi. Bu işlər üz­rə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatət­lərə yol verilmirdi, ölüm cə­zası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.

Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri rerpessiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İb­rahim ağa Usubov və digərləri, həm də sovet Azərbay­canının hərbiçiləri – generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, pol­kovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və baş­­qaları haqqın­da məlumat və fotoşəkillər verilib.

Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avro­paya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə dön­müş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edil­ib.

Siyasi repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə güllə­lənmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənlərinin” islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əh­­məd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edil­­məsi haqqında sə­nədin surəti də lövhədə yer alıb. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşər­­gə­sində (АЛЖИР – Ак­мо­линский Лагерь Жен Изменников Родины) cəza çəkmiş 44 azər­baycanlı qa­dın haqqında məlumat verilib.

Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edil­mişdir. Təqdim olunan sənədlərdə dahi mütəffəkirimizin sovet dö­nə­min­də üzləşdiyi repressiyalar ifadə olunub. Növ­bəti löv­hədə Azər­bay­can ziyalıların məruz qaldıqları repressiyalar­dan bəhs edi­lir. Bu­­rada şair Mikayıl Müşviq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mir­zə Şərifzadə və digərlənin güllələnməsi barədə akt­ların və arayışların surətləri nü­mayiş olunur.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsu­si diq­qət ayrılıb. Müvafiq lövhədə yerləşdirilmiş sənədlər sonda azər­baycan­lı­­la­rın doğma torpaqlarından deportasiyası ilə yekunlaşan SSRİ rəhbər­liyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçmə­sinə dəs­təyi, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətinə kifa­yət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin löv­hədə Sovet İtti­faqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanla­rının Azər­baycan­da yaşayan almanların və İran təəbəsi olan azərbay­can­lıların respub­likadan çıxarılması haqqında sənədlərinin surətləri də yer­ləş­dirilib.

1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azər­bay­can Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və höku­mət üzvləri olmuşlar. Bir çox musavatçaların və ittihadçıların güllələnməsi və sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin öz siyasi rəqib­lərinə nə qədər amansız olduğundan xəbər verir. Həmin illərdə Azər­bay­ca­nın qabaqcıl ziyalılarının məruz qaldıqları siyasi repressiyaların təşki­lində Azərbaycanın repressiv orqanlarında o dövrdə məsul vəzifələr tutmuş milliyyətcə erməni olan şəxslərin böyük rolunun olması da qeyd olunub.

Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması ba­rədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədi ilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı tarixi rekon­st­ruk­siya üsulu ilə bərpa edilib. Muzeyin dəhlizlərində qanunsuz həb­sə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraş­dırıl­­ıb. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisi­yalar­da zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaş­la­rı­mı­zın keçirdikləri iztirab və əziyyətləri rəmzi formada ifadə olunub.

Muzey fəaliyyətə başladıqdan sonra Rusiya və Qazaxıstanda keç­miş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan si­yasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çək­­miş azərbaycanlılar haqqında məlumatların toplanılması və yenilən­miş ekspozisiyalar vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılması, si­ya­si repressiya qurbanlarının yaxın qohumlarının muzeyin işinə cəlb edil­məsi, qanunsuz təqib olu­nan şəxslərə məxsus sənədlərin və əşya­ların əldə olunması istiqa­mətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tu­tul­­ub.

DSX muzeyin fəaliyyətinə kömək məqsədilə si­yasi repressiya qur­ban­la­rı­nın nəvə və nəticələrini, yaxın qohumlarını əməkdaşlığa dəvət edir, muzeyin fondlarının zənginləş­dirilməsinə töh­fə verə biləcək hər bir təşəbbüsü dəstəkləyir.

Yenililklər
14.06.19
Azərbaycan televiziyası - yeni simada
13.06.19
“Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib
13.06.19
Professor Qəzənfər Kazımovun kitablarının təqdimatı olub
13.06.19
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
12.06.19
Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdim olunub
12.06.19
Leonardo da Vinçinin şedevr əsərlərindən biri tapılıb
12.06.19
Famil Mustafayevin verdiyi qərarı haqlı hesab edirəm
12.06.19
Xalq yazıçısı Elçinin Almaniyada yeni kitabları işıq üzü görüb
10.06.19
AzTV-də Bədii Şuranın növbəti iclası keçirilib
10.06.19
Milli Dram Teatrı “Ölülər”i yenidən təqdim edib
10.06.19
Rəşid Behbudovun xatirəsi anılıb
04.06.19
Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədli beynəlxalq konfransda iştirak edib
04.06.19
XVI əsrə aid “Kitabi-tibbi-mənzum” əsəri nəşr olunub
30.05.19
"Qafqaz-Media" fəaliyyətində fərqlənənləri təltif etdi
29.05.19
Bədirxan Əhmədli: "Mədəniyyətlərarası dialoqda ədəbi əlaqələrin mühüm rolu var"
29.05.19
Bəsirə Əzizəli - Vladimir Nabokovun “Haram damğası” romanı: siyasi məzmun, ironiya, ölüm
29.05.19
Türkiyədə “Anastas Mikoyan. Bolşevik bir erməninin etirafları” kitabı nəşr olunub
27.05.19
"Özümüzdən böyük Sözümüz" təqdim olundu
27.05.19
Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb
23.05.19
Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində
23.05.19
Dilçilik İnstitutunda bu il 10 kitab, 60-a yaxın məqalə çap edilib
23.05.19
Bakı Dövlət Universitetində Füyuzat Mərkəzinin açılışı olub
23.05.19
Dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
22.05.19
Oman yazıçısı Buker mükafatına layiq görüldü
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
06.05.19
BSU-da Hindistanlı türkoloqla görüş keçirilib
06.05.19
"Ulduz" jurnalının "Nəsimi" xüsusi sayı təqdim olundu
01.05.19
Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən konfransda iştirak edib
01.05.19
Anar Məcidzadə - Getdiyin o yollar qaytarmır səni 
30.04.19
Mərahim Nəsib - Rəhmətdən yağışa  gedən sevgi 
26.04.19
AMEA vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.