"Özümüzdən böyük Sözümüz" təqdim olundu
27.05.19

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq şairi Sabir Rüstəmxanlının "Özümüzdən böyük sözümüz" adlı yeni kitabının təqdimat mərasimi keçirilib. 

Mərasimdə millət vəkilləri, AYB rəhbərliyi, tanınmış qələm adamları, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Sabir Rüstəmxanlının zəngin yaradıcılığından, gənclər üçün örnək olacaq şəxsiyyətindən və son illərdə çap olunan kitablarından danışıb. Deyib ki, təqdimatı keçirilən kitabda müəllifin 40 ildən çoxdur qələmə aldığı Azərbaycanın tanınmış simaları haqqındakı məqalələri toplanıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar Sabir Rüstəmxanlının uzun illərdir yorulmadan böyük bir vicdanla Azərbaycan ədəbiyyatına xidmət etdiyini vurğulayıb. Bu kitabın da həmin xidmətin daha bir nümunəsi olduğunu qeyd edən natiq, kitabda öz haqqındakı dörd məqaləyə görə müəllifə təşəkkürünü bildirib. Tədbirin moderatorluğunu öz üzərinə götürən Sabir Rüstəmxanlı yeni kitabı haqqında geniş məlumat verib: "Ədəbi düşüncələrimin, dilimiz, ədəbiyyatımız, cəmiyyətimiz haqqında fikirlərimin, görkəmli sənətkarlarımızla bağlı portret-oçerklərin toplandığı "Özümüzdən böyük Sözümüz" adlı kitabım "Qanun" nəşriyyatında işıq üzü görüb. Nəşrinə ən çox sevindiyim, ədəbi mövqeyimi, vətəndaşlıq tələblərimi, ruhumu aydın şəkildə əks etdirən kitabdır".

Kitabın redaktoru və ön söz müəllifi Səhər Əhməd çıxışında bildirib ki, bu kitab son zamanlar Azərbaycan ədəbiyyatında baş verən ən önəmli hadisələrdən biridir: "Bu kitab bizim ədəbiyyatımızın "cəbhə gündəlikləri"dir. Burada Sabir müəllimin tələbəliyindən bu yana gördüyü, tanış olduğu, dostluq etdiyi, bizim isə o qədər də yaxşı tanımadığımız tanınmış şəxsiyyətlər, ədəbiyyatımızın sevilən nümayəndələri haqqında məqalələr, xatirələr toplanıb. Burada həmin yazıçıların həyatı, yaradıcılığı, sevgisi, yurd yaddaşı...bir sözlə, hər şey var. Mən o xatirələri oxuyarkən bəzən düşündüm, bəzən kövrəldim, bəzən üzümdə təbəssüm yarandı. Bunları həyəcansız oxumaq mümkün deyil. Çünki hər biri Sabir Rüstəmxanlı qələminin, ürəyinin səmimiyyətindən süzülüb gəlib. Mən istərdim ki, "Özümüzdən böyük sözümüz" kitabı bütün kitabxanalara paylansın, universitetlərdə tədris olunsun. Filologiya, jurnalistika fakültələrinin tələbələri yazıçılarımızı məhz bu məqalələrlə tanısınlar. Bu kitabda hətta orta məktəb dərsliklərinə salınacaq məqalələr də var. Qoy uşaqlarımız bu məqalələrlə öyrənsinlər, nəinki şablon, quru məlumatlarla. Bu, həm onlarda maraq yaratmaq, həm də ədəbiyyatımızı təbliğ etmək, sevdirmək baxımından daha faydalı olar". S.Əhməd Sabir Rüstəmxanlının gənc qələm sahibləri haqqında da bir sıra məqalələrinin olduğunu və onları da kitabın ikinci cildində çap edəcəklərini deyib.

Tədbirdə Sabir Rüstəmxanlı tərəfindən maraqlı təklif irəli sürülüb. Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyatın mərkəzi olduğunu deyən şair, birliyin önündəki "Sahil bağı" adlanan parkın adının "Yazıçılar parkı" kimi dəyişdirilməsini təklif edib: "Bu park Milli kitabxana və Azərbaycan Yazıçılar Birliyinin önündə yerləşir. Orada ən çox olan da elə yazıçılardır. Hər gün birliyə, kitabxanaya gəlib gedirlər. Xüsusən, birlikdə az qala hər gün müxtəlif tədbirlərin keçirildiyini, xarici ədəbiyyat nümayəndələrinin buraya qonaq gəldiyini nəzərə alsaq, demək ki, həqiqətən də, bu parkda yazıçılar daha çox olur. Ona görə də buranın "Yazıçılar parkı" adlanması, hətta bir kənarda yazıçılar üçün kiçik guşə yaradılması heç də pis olmazdı. Mən Anar müəllimdən xahiş edirəm ki, bu təklifimizi dəyərləndirsin və lazımi orqanlara bildirsin". Xalq şairinin təklifi tədbir iştirakçıları tərəfindən məmnunluqla qarşılanıb.

Sonra çıxış edən millət vəkili Firuz Mustafa deyib ki, Azərbaycanda düşüncə sferasını doldurmaq bu gün də yazarların üzərinə düşür: "Sabir Rüstəmxanlının da cəmiyyətdə baş verən hadisələrə adekvat reaksiyası, müdaxiləsi çox sevindiricidir. Sabir müəllim bu cür reaksiyalar, müdaxilələr göstərən nadir qələm adamlarımızdandır. Onlar cəmiyyət üçün də örnəkdirlər".

Sabir Rüstəmxanlı özünün yazıçı həmkarlarıyla müxtəlif mövzular ətrafında bir sıra "Açıq məktub" şəklində dialoqlarının olduğunu, gələcəkdə onları da kitab şəklində çap olunacağını deyib.

Daha sonra çıxış edənlər şairi yeni kitabı münasibətilə təbrik edib, ona gələcək yaradıcılığında uğurlar diləyiblər.

Sonda müəllif kitablarını qonaqlar üçün imzalayıb.

Yenililklər
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
09.11.19
Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” çap olunub
09.11.19
Qürbətdə kabusa dönüb yuxulara gələn xatirələr
09.11.19
Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimatı keçirilib
06.11.19
“Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib
06.11.19
“İçərişəhər”də Dövlət Bayrağı Günü münasibəti ilə dəyirmi masa keçirilib
04.11.19
Bolqarıstanda Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı çap olunub
04.11.19
Elyar Təbrizli - Mirzə Melkumun siyasi fəaliyyəti və düşüncəsi
01.11.19
 Mədəniyyət Nazirliyi ssenari müsabiqəsi elan edib
01.11.19
Cavanşir Yusiflinin yeni kitabı nəşr olunub
01.11.19
Şahbaz Xuduoğlu məşhur əsəri dilimizə çevirdi
31.10.19
Fərid Hüseynin poetik dünyası
31.10.19
"Ulduz" jurnalının oktyabr sayı işı üzü gördü
31.10.19
Aqşin Yeniseyin yeni romanı çap olunub
31.10.19
Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” kitabının imza günü keçirilib
31.10.19
Qalib Şəfahətin iki kitabı işıq üzü gördü
30.10.19
Dr. Məhəmmədrza Batini İsfahani - Fars dili qeyri-məhsuldar dildir
29.10.19
"Qanun"dan iki yeni kitab
29.10.19
Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı olub
29.10.19
Gözəl göy gözlərini mən ovum dimdiyimlə
29.10.19

"Poetika.izm" jurnalının yeni sayı çıxıb

29.10.19
Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
25.10.19
Naşir Müşfiq Xan: “Kitab şokolad qutusu deyil ki, onu yeri gəldi, gəlmədi hədiyyə edəsən” - SƏNƏT VƏ SÖHBƏT
25.10.19
Instagram poeziyası - Qədim sənətin yeni forması
24.10.19
Ülvi Babasoy - Seymur Baycanın hekayələri daha çox Mopassanvaridir
23.10.19
Səxavət Sahil - Homerə uduzan Hesiod
23.10.19
Nobel mükafatının layiqli sahibləri, yoxsa bəxtləri üzlərinə gülənlər?
23.10.19
Muhsin Kadıoğlu - Kələbək simvolları
23.10.19
“Hədəf”dən 30 000 manatlıq kitab hədiyyəsi
23.10.19
Uluslararası Vizyon Üniversitesinde uluslararası konferans düzenledi
22.10.19
Nəsiminin qəzəlləri on beş dildə nəşr olunub
21.10.19
VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu  keçirilib
21.10.19
“Akademik Məmmədağa Şirəliyev və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçiriləcək
21.10.19
“Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinin qazax dilində təqdimatı olub
18.10.19
Səxavət Sahil - Obrazı necə yaratmalı?
18.10.19
“Bir şeir” yarışmanın qalibləri mükafatlandırıldı
18.10.19
Türkiye üzerinde oynanan satranç oyunu
16.10.19
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimatı keçirilib
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.