Bədirxan Əhmədli Hindistan elmi jurnalının redaksiya heyətinə üzv seçilib
18.06.19

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədli Hindistanın "Beynəlxalq Ədəbiyyat və İncəsənət" jurnalının redaksiya heyətinə üzv seçilib.

Jurnal bu qərara tədqiqatçının Rabindranat Taqor məqaləsi ilə tanışlıqdan və müəllifin beynəlxalq konfranslarda etdiyi məruzələrdən sonra gəlib. Bədirxan Əhmədli artıq bir neçə ildir ki, Asiya xalqlarının ədəbiyyatı ilə məşğul olur. Bu məqsədlə Çin, Hindistan, Pakistan kimi ölkələrdə dəfələrlə məruzə ilə çıxış edib, yaxud konfranslarda məqalələri dərc olunub. Redaksiyadan Bədirxan Əhmədliyə göndərilən məktubda qeyd olunur ki, bundan sonra o, həm də jurnalın ekspertlərindən biri kimi fəaliyyət göstərəcək. Bu da nəşrin beynəlxalq aləmdə akademik nüfuzunu daha da artırmağa xidmət edəcək. Eyni zamanda, filologiya sahəsində müəyyən məqalələri təqdim edə və onlara rəylər verə bilər.

Qeyd edək ki, “Beynəlxalq Ədəbiyyat və İncəsənət” jurnalı iki ayda bir dəfə Hindistanda ingilis dilində nəşr edilir. Jurnalda ədəbiyyat, ədəbiyyat nəzəriyyəsi, folklor, uşaq ədəbiyyatı, incəsənət tarixi, mədəniyyət və sənət məsələlərinə aid elmi məqalələr dərc olunur, mütəxəssislərin və alimlərin əldə etdiyi elmi nailiyyətlər öz əksini tapır. Bədirxan Əhmədli elmi jurnalın redaksiya heyətində yer alan ilk Azərbaycan alimidir. Alimin Asiya xalqları ədəbiyyatı kontekstində araşdırmaları artıq bir neçə ölkənin nüfuzlu elmi jurnallarında nəşr edilib. Görkəmli hind şairi, yazıçı və dramaturqu, Nobel mükafatı laureatı Rabindranat Taqorun həyat və yaradıcılığı haqqında iri həcmli monoqrafiyasını bu il tamamlamaq üzrədir. Bununla yanaşı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi siyasətinə uyğun olaraq həmin ölkələrdə Azərbaycan ədəbiyyatının təbliği sahəsində də müəyyən işlər görmək baxımından ədəbi əlaqələrini daha da genişləndirir. /Azərtac/

Yenililklər
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.