İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb
24.06.19

İyunun 20-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evinin “Teatro all’aperto Ettore Scola” açıq səma altında teatrında keçirilən rəsmi açılışı və “Arşın mal alan” filminin nümayişi ilə başlayan İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci günü Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan “Son iclas” bədii-sənədli filminin nümayişi ilə başlayıb.

Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Romanın Sapienza Universitetinin dosenti, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi üzrə bir sıra kitabların, o cümlədən ötən ay təqdim olunmuş "Azərbaycanın beynəlxalq tarixi (1919-1920)" adlı kitabın müəllifi Danile Pommier Vinçelli və həmin universitetin professoru, türkoloq Fabio Qrassi müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu qısa müddət ərzində bu il 100 illiyi qeyd olunan Azərbaycanın diplomatik xidmətinin yaranması da daxil olmaqla, ölkəmizin dövlətçilik tarixinə, sosial-siyasi həyatına gətirdiyi yeniliklər, Cümhuriyyətin süqutunu şərtləndirən səbəblər, respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi yol və əldə etdiyi nailiyyətlər barədə danışıblar.

“Son iclas” bədii-sənədli filmi barədə məlumat verən natiqlər bu ekran əsərinin Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq saldığı və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirdiyini, İtaliya tamaşaçısının Azərbaycan tarixinin bu vacib dövrü barədə məlumatlandırılması üçün əhəmiyyətini bildiriblər.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, “Casa del Cinema”, “Zetema”, “RAI Cinema” kimi qurumların təşkilatçılığı ilə keçirilən və media tərəfdaşları “Askanews” xəbər agentliyi, AZƏRTAC, AzTV, və “AzerbaijanNews” xəbər portalı olan festivalın ikinci günü, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilən, ssenari müəllifləri İlham Nəcəf və Asif Rüstəmov, rejissoru İlham Nəcəf olan “Nar bağı” filmi də nümayiş etdirilib.

Festivalın sonuncu – üçüncü günü quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa olan “Üçüncü günün adamı” bədii filminin nümayişi ilə başlayıb.

“Üçüncü günün adamı” filminin nümayişindən əvvəl həmin ekran əsərinin süjet xəttinə uyğun olaraq səfir Məmməd Əhmədzadə italyan tədqiqatçı-jurnalist, “İtaliyadan Azərbaycana baxış” kitabının müəllifi Domeniko Letizia ilə birgə Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin acı taleyi, öz evlərinə qayıtmaq kimi fundamental hüquqlarının pozulması barədə danışıblar.

D.Letizia Azərbaycana səfəri zamanı məcburi köçkün ailələri ilə görüşdüyünü xatırladıb, onların öz doğma torpaqlarına qayıda və ailə üzvlərinin məzarlarını ziyarət edə biləcəkləri günü səbirsizliklə gözlədiklərini bildirib.

Festival yazıçı Anarın “Beşmərtəbəli binanın altıncı mərtəbəsi” romanı əsasında ekranlaşdırılmış, quruluşçu rejissoru Rasim Ocaqov, baş rolların ifaçıları Fəxrəddin Manafov və Meral Konrat olan “Təhminə və Zaur” filminin nümayişi ilə yekunlaşıb.

Festival İtaliya mətbuatının böyük marağına səbəb olub və bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələrində, o cümlədən “Il Messaggero”, “Askanews”, “Il Sole 24 Ore”, “Il Tempo”, “Libero Quotidiano”, “Affari Italiani”, “Virgilio”, “Quitidiano”, “Corriere dell’Umbria”, “Corriere di Rieti”, “Corriere di Arezzo”, “Corriere di Siena”, “Corriere di Viterbo”, “Romatoday”, “Tendenze online”, “Agenzia Nova”, “Fashion News Magazine”, “Funweek”, “Agenzia Stampa Italia”, “Estate Romana”, “Notizie Yahoo”, “Notizie Tiscali”, “Giornale Diplmatico”, “Notizie Geopolitiche”, “Consul Press”, “Artista News” və sair kimi populyar qəzet, xəbər agentlikləri və portallarda tədbirlə bağlı yazılar dərc olunub.

Festival “Casa del Cinema” kino evinin rəsmi internet və sosial şəbəkə səhifələri, eyni zamanda, xüsusi yaradılmış https://www.facebook.com/cinemaazerbaigiano/ “Facebook” səhifəsi üzərindən də fəal təbliğ olunub.

Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ etmək, həmçinin yerli ictimaiyyəti ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə filmlərimiz vasitəsilə tanış etmək məqsədilə təşkil olunmuş festival böyük marağa səbəb olub.

Festivalın Roma şəhərinin məşhur yay axşamları təqviminə daxil edilməsi, filmlərin açıq səma altında nümayiş etdirilməsi və ictimaiyyətə açıq olması şəhər sakinlərinin və turistlərin diqqətini xüsusilə cəlb edib.

Yenililklər
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
10.07.19
"Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb
10.07.19
Ağstafada tarixi abidənin dağıdılması ilə bağlı araşdırma aparılır
10.07.19
Vudi Allen ilk dəfə “La Skala”da opera səhnələşdirib
09.07.19
Andre Moruanın kitabı Mahir N. Qarayevin tərcüməsində
09.07.19
Əyyub Məmmədov - Vaxt azalıb, gecikirsən ay ürək
08.07.19
"Qanun"dan yeni nəşrlər - Siyahı
08.07.19
Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb
05.07.19
“Azərbaycan musiqi tarixi” çoxcildliliyinin növbəti cildi çapdan çıxıb
05.07.19
Avropa Şurasında “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib
04.07.19
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub
04.07.19
Akşin Xəyal - Yad əl, doğma sığal
04.07.19
Yaşar Bünyadın yeni kitabının təqdimat mərasimi olacaq
03.07.19
Gülnar Səma şöbə müdiri təyin edilib
03.07.19
Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı
03.07.19
Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub
28.06.19
Gənc şair Oğuz Ayvazın "Adını pıçıldadığım” adlı yeni şeirlər kitabı işıq üzü görüb
28.06.19
“Metafizika” jurnalının 2019/2- ci sayı işıq üzü görüb
28.06.19
Nəsiminin dini-fəlsəfi görüşləri
28.06.19
İstiqlal Muzeyində “Azərbaycan: Tolerantlıq ünvanı” adlı sərgi açılacaq
28.06.19
Əbülfəs Qarayev: Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrs Siyahısına salınmasını təklif edəcəyik
27.06.19
Vasif Əlihüseyn - Ən gözəl rəsmini çəkdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.