“Azərkitab”da Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib
24.06.19

Tanınmış yazıçı, kinodramaturq, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının üzvü, “Şöhrət” ordenli Xalq yazıçısı Natiq Rəsulzadə ilə “Azərkitab”da görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov gecədə Natiq Rəsulzadənin yaradıcılığı haqqında danışıb. O bildirib ki, Natiq Rəsulzadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb, 15-dək filmin ssenari müəllifidir. Onun Azərbaycanda, ABŞ-da, Rusiyada, Macarıstanda, Polşada və başqa ölkələrdə 40-dan çox kitabı işıq üzü görüb.

Natiq Rəsulzadə çıxışında deyib: “Hər bir yazıçının ədəbiyyata aparan məxsusi yolu var. Mən birdən-birə yaradıcılığa atılmadım. Hələ məktəb illərində “Azərbaycan gəncləri” qəzetində yazmağa başladım, ilk ciddi tapşırığım isə “Qırmızı qərənfil” inqilab veteranları klubu haqqında reportaj hazırlamaq olub. Həmin vaxt on yeddi yaşlı gənc veteranlarla görüşü poetik çalarlarla qələmə almışdı. Bu qəzet mənə ən başlıca keyfiyyəti – artıq sözçülüyə varmamağı öyrətdi.

Sonra dördüncü kursda tərk etdiyim Azərbaycan Politexnik İnstitutu və Moskvadakı A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldığım illər gəldi. Mənim kitablarımda bütün həyatım, tərcümeyi-halım, taleyim əks olunub”.

Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, Natiq Rəsulzadənin yaradıcılığı müasir Azərbaycan nəsrində əsl hadisəyə çevrilib. Onun ədəbiyyatda Bakının həyatını məişət prizmasından təsvir edən özünəməxsus mövqeyi var.

Daha sonra tədbir iştirakçıları, ziyalılar yazıçının yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini söyləyiblər.

Yenililklər
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.