Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı
03.07.19

Sentyabrın 30-dan oktyabrın 4-dək Bakı şəhərində keçiriləcək Avrasiya materikinin ədəbiyyat üzrə IV "LiFFt" festivallar festivalının seçim müsabiqəsinə start verilib. Müsabiqədə iştirak üçün ərizələrin qəbulu avqustun 31-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, 18 yaşına çatmış hər bir yazar festivalın seçim müsabiqəsində iştirak edə bilər. Bunun üçün qeydiyyatdan keçərək iştirak ərizəsini doldurmaq, ingilis və rus dillərində təyin olunan həcmdə nəsr və nəzm nümunələrini münsiflər heyətinə təqdim etmək lazımdır.

Müsabiqədə iştirak şərtləri http://lifft.az/ saytında http://lifft.az/index.php/register keçidində yerləşdirilib.

Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalı Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, "LiFFt" Beynəlxalq Humanitar Fondu, Avrasiya Millətlər Assambleyası və Azərbaycan tərəfdən Heydər Əliyev Fondunun həmtəşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi və Bakı Kitab Mərkəzinin tərəfdaşlığı ilə keçirilir.

"LiFFt" 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə etdiyindən dünyanın ən kütləvi ədəbiyyat festivallarından hesab olunur.

Xatırladaq ki, 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə III "LiFFt" festivallar festivalında 27 ölkənin 170 yazarı arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan bu il tədbirə Bakı ev sahibliyi edəcək.

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə festivalın Təşkilat Komitəsi IV Bakı festivalının İmadəddin Nəsiminin adı ilə bağlanması barədə qərar qəbul edib.

Qeyd edək ki, bu il Bakının ev sahibliyi edəcəyi festivalda materikin, eləcə də Amerika və Avstraliyanın 55 ölkəsindən 200 yazıçı laureat adı və medallar uğrunda mübarizə aparacaq. Seçim turuna qatılmadan festivalda birbaşa iştirak edəcək bəzi nüfuzlu dünya yazarlarının adları artıq məlumdur. Bunlar Kşiştof Zatravski (Polşa), Oljas Süleymenov (Qazaxıstan), Rikardo Seidl (Braziliya), Konstantin Kedrov-Çelışev (Rusiya), Martin Dinkov (Fransa), Aleksandr Aleksander (Almaniya), Nina Qeyde (Danimarka), Selim Azimoviç (ABŞ), İdo Netanyahu (İsrail), Massimo Madrisio (İtaliya), Viktor Klık (Avstriya), Tatyana Bonç-Osmolovskaya (Avstraliya), Aleksandr Ratkeviç (Belarus), Serhat Kabaklı (Türkiyə), Hadaa Sendao (Monqolustan), Akifumi Takeda (Yaponiya), Boris Qoldberq (Çexiya), Aron Qaal (Macarıstan), Danilo Jokanoviç (Serbiya),Valeri Kupka (Slovakiya), Olqa Svanberq (Finlandiya), Slobodan Vukanoviç (Monteneqro) və digərləridir.

Festivalda Nobel komissiyasının, beynəlxalq PEN klubun və Yazıçılar Gildiyasının nüfuzlu şəxsləri də qonaq qismində iştirak edəcəklər.

Festivalın Azərbaycan üzrə spikerləri Anar, Elçin, Kamal Abdulla, Ramiz Fətəliyev, Nizami Cəfərov, Elmira Axundova, Ramiz Rövşən, Afaq Məsud və Çingiz Abdullayev, Azərbaycan üzrə koordinatorları Nigar Həsənzadə, Günel Rzayeva və Əlibala Məhərrəmzadə olacaq.

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.