Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub
04.07.19

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı keçirilib.

 Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, bu gün Yunus Oğuzun növbəti əsərinin təqdimatına toplanmışıq. Ədəbiyyat İnstitutunda Yunus Oğuzun üçüncü əsərini  müzakirə edirik. Onun romanlarının sayı ondan çoxdur. Bu gün “Səfəvi Şeyxi” romanı haqqında fikir mübadiləsi aparılacaq. Onun tarixi romanlarında Azərbaycan milli dövlətçilik təfəkkürü ön mövqedə dayanır. Tarixi romanlarında tarixlə bədii düşüncənin balansı doğru tapılıb. O, tarixi reallığı, obyektivliyi qorumaq şərti ilə bədii yanaşmada doğru yol seçir. Yunus Oğuzun romanları özünün dinamikasına görə film üçün daha yaralıdır. O, əsərlərinin ekran həyatı barədə düşünə bilər.
Sonra Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Yunus Oğuzun romançılığı: tarixdən belletristikaya” mövzusunda məruzə edib. Məruzədə qeyd edilib ki, Yunus Oğuzun bir müəllif kimi Ədəbiyyat İnstitutunda yeri tam başqadır. “Səfəvi Şeyxi” də aktual mövzudadır, o, oxucunu tarixlə yükləmək istəmir. Nadir şah, Təhmasib şah, Əmir Teymur, Sultan Alp Arslan, Atabəy Eldəniz kimi obrazlar yaratmış yazıçı bu əsərinin də texnologiyasını da rahat qurub.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Yunus Oğuzun romanının akademiyada müzakirə olunmasını yüksək dəyərləndirib. Natiq müəllifin jurnalist kimi də sözünü dediyini və hazırda “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru olduğunu xüsusilə qeyd edib.
Millət vəkili Elman Nəsirov  da Yunus Oğuzun Azərbaycan tarixi  üçün çox böyük işlər gördüyünü bildirib. İlham Nəsirov  onun kitablarının Azərbaycan tarixinin öyrənilməsi üçün bir töhfə olduğunu nəzərə çatdırıb.
 Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bu cür tədbirləri İsa  müəllimin zəhmətinin bəhrəsi kimi səciyyələndirərək yüksək qiymətləndirib. Rəşad Məcid qeyd edib ki, Yunus Oğuzun 22 ölkədə 47 kitabı yayımlanıb. Onun əsərlərində tarixə yeni və fərqli baxış olmasını təqdir edib. Həmçinin etiraf edib ki, anası da onun əsərlərini oxuyub münasibətini bildirir.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova müzakirə olunan romanı orijinal təhlil edib. Tədqiqatçı xatırladıb ki, əsərdə hadisələr XV əsrdə baş verir və əsas qəhrəman Şeyx Cüneyddir. Əsərdə əsas olan Şeyx Cüneydin ideyalarıdır, bu ideyalar yayılır. O həm də mənəvi dəyərlərə sahib çıxan bir sərkərdə kimi təqdim olunur. Lalə Həsənova onu da əlavə edib ki, romanda folklor elementləri, bayatılar, əfsanələr geniş yer alıb. Eyni zamanda dini kitablardan sitatlara və dastanlarda olduğu kimi ilahi eşqə də yer ayrılıb. Şeyxin xarakterinin açılması üçün dialoqlara və yuxulara geniş yer verdiyini diqqətə çatdırıb.
 Kitabın ön sözünün müəllifi, akademik Nizami Cəfərov çıxışı zamanı bildirib ki, bu romanın əvvəlkilərdən bir üstün cəhəti var ki,  tarixi hadisələrin təfsilatına o qədər də yer verilməyib. Akademik əsərdə cərəyan edən Üç kilsə hadisələrinə xüsusilə diqqəti yönəldib. Erməni ideoloqlarının erməni dövləti yarada bilməsələr də öz ideologiyalarını yaratmaq istəklərinə münasibət bildirib.
Ədəbi cərəyanlar şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova da kitab haqqında təhlil xarakterli çıxış edib. O bildirib ki, bu dəfəki əsərin qəhrəmanı ideoloqdur. Romanın əsas strukturunda tarixi faktların ustalıqla seçilməsi dayanır, lakin tarixilik oxucunu yormur. Eyni zamanda qeyd edib ki, bu romanda da hipermətnlik əlamətləri var. Şeyx Cüneyd şeyx, sərkərdə və insan kimi verilib. Əsərdə numeralogiyadan da istifadə edildiyini 3, 7, 40 rəqəmlərinin bütün əsər boyu davam etdiyini diqqətə çatdırıb.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilk milli təriqət yaratmış Şeyx Cüneyd Ərdəbili haqqında belə bir əsər yazılmasını təqdirəlayiq hal sayıb. Akademik həmçinin əsəri bir dilçi olaraq da bəyəndiyini vurğulayıb.

Kitabın bədii redaktoru, yazıçı Elçin Hüseynbəyli əsərin ilk oxucularından olduğunu bildirib. Yazıçı qeyd edib ki, müstəqilliyimizin ən böyük nemətlərindən biri tariximizə yenidən nəzər salmaqdır. Yunus Oğuzun da bu işin öhtəsindən məharətlə gəldiyini deyib.
 Cəvarirləl Nehru adına Hindistan Dövlət Universititetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri Oğuz Xan hindli olmasına baxmayaraq tədbirdə türkcə çıxış edib. O Azərbaycan və Elmlər Akademiyası, xüsusilə Ədəbiyyat İnstitutu haqqında xoş təəssüratarını bölüşüb.
Tədbirdə müəllifin qələm dostlarından və digər ziyalılardan Faiq Ələkbərov, Kənan Hacı, İlqar İlkin, Vahid Aslan da iştirak ediblər.
    Sonda müəllif Yunus Oğuz çıxış edərək tədbirin təşkili üçün əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib. Film və serial çəkilməsi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. Artıq həmin sahədə işlər görüldüyünü qeyd edib.

Nizami adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.