“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Qoşa qanad” ədəbi almanaxının üçüncü kitabı nəşr edilib. Ədəbi almanax AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin 22 may 2019-cu il tarixli, 5 saylı qərarı ilə çap olunub. Kitaba Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyi tərəfindən rəy verilib.

Kitabın ideya və ön sözünün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktoru isə hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovdur. Ədəbi almanaxın tərtibçi-redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, nəşriyyat redaktoru isə Mətanət Novruzovadır. Kitabın kompüter düzümçüsü Arzu Novruzovadır.

Ədəbi almanax akademik İsa Həbibbəylinin “Akademik ədəbiyyat məktəbi” adlı yazısı ilə açılır. İki hissəli, 352 səhifədən ibarət olan ədəbi almanax “AFPoliqrAF” mətbəəsində çap olunub. Kitabın birinci bölümü “Şeir”, ikinci bölümü “Nəsr” nümunələrindən ibarətdir.

Kitabda AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan əməkdaşların bədii əsərləri, xüsusən də şeir və hekayələri toplanıb. Şeir bölməsində İsa Həbibbəyli, Ziya Bünyadov, Vaqif Abbasov, İbrahim Əzizov, Vüqar Əhməd, Cəfər Quluzadə, Knyaz Məmmədov, İmaş Hacıyev, Tağı Hüseynov, İsmayıl Quliyev, Kübra Quliyeva, Zülfiyyə Quliyeva, Əflatun Baxşəliyev, Şakir Albalıyev, Nizami Muradoğlu, Əhməd Qəşəmoğlu, Oktay Bəyaz, Bəhram Basqallı, Rəşid Təhməzoğlu, Vüqar Cəfərov, Gülbəniz Babayeva, Səlimə Əyyubova, Ruşan Ruşanzadə, Atif İslamzadə, Lalə Əliyeva, Qiymət Məhərrəmli, Zəki Bayram (Yurdçu), Qəndab Əliyeva, Aygün İskəndərzadə, Zümrüd Mənsimova, Nigar Vəlizadə, Sevinc Rəcəbova, Telman Quliyev, Natəvan Bağırova, Fazil İsmayılov, Asya Əhmədova, Nərmin Hüseynova, Nazlı İbrahimova, Fatimə Əliyeva, Sevil İbrahimqızı, Yusurə Abdullayeva, Ramilə Cəfərli, Sevinc Hüseynova kimi müəlliflərin şeirləri nəşr edilib.

Nəsr bölməsində isə Kamran İmranoğlu, Salidə Şərifova, Mərziyyə Nəcəfova, Ələddin Məlikov, İlhamə Qəsəbova, MirNamik Bəşirov, Səlimə Əyyubova, Sadıq Qarayev, Göyərçin Mustafayeva, Rəşid Fətəliyev, Nicat Məmmədov, Əsmər Hüseynova, Natəvan Bağırova, Fazil İsmayılov, Vüsalə Əbdüləli qızı, Nərmin Hüseynova, Aynur Cəlilova, Mənzər Niyarlı, Turxanım Hümbətova kimi əməkdaşların hekayələri yer alıb.

Ümumilikdə kitabda ayrı-ayrı elmi fəaliyyət sahələrini əhatə edən alimlərin müxtəlif mövzulu və formalı bədii nümunələri cəm olunub. Həmçinin Elmlər Akademiyasının Ədəbiyyat, Neft-Kimya Prosesləri, Molekulyar Biologiya və Biotexnologiyalar, Şamaxı Astrofizika Rəsədxanası, İdarəetmə Sistemləri, Memarlıq və İncəsənət, Şərqşünaslıq, Botanika, Coğrafiya, Dilçilik, Folklor, Radiasiya Problemləri, Torpaqşünaslıq və Aqrokimya, Fəlsəfə, Mərkəzi Nəbatat Bağı, Ədəbiyyat Muzeyi, Fizika, Zoologiya kimi institutlarında çalışan tədqiqatçılar bədii əsərləri sayəsində bir araya gəliblər.
   
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

 

Yenililklər
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.