Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19

    Çağdaş mətbuatımızın və poeziyamızın tanınmış nümayəndəsi Rəşad Məcidin bu günlərdə “Qələmsiz yazılanlar” adlı kitabı oxucuların ixtiyarına verilib. “Qanun” nəşriyyatında çap olunan kitabın ön sözünün müəllifi  akademik İsa Həbibbəyli, açar yazını qələmə alan Pərvin, redaktoru Yusif Rzayev, illüstrasiyalar gənc rəssam Nigar Məmmədzadədir. Kitabda “Qələmsiz yazılanlar” silsiləsindən müasir dövrün tələblərinə uyğun yeni səpkili əsərlər toplanıb. Kitabda toplanan esselər çağdaş dövrün dinamikasına uyğun- Rəşad Məcidin çoxillik təcrübəsindən, müşahidələrindən ərsəyə gələn bədii nümunələrdir. Bu əsərlər müəllifin bəzən ironik, bəzən də yumoristik münasibətinin təcəssümüdür. 10 ildən çox müddətdə qələmə aldığı, sosial şəbəkələrdə yazdığı statuslar oxucular tərəfindən rəğbətlə qəbul edilir və oxunur. Bu statuslarda şair Rəşad Məcidin sosial həyatla sıx kontaktda olan baş redaktor Rəşad Məcidin operativ münasibəti vəhdət tapır.

Akademik İsa Həbibbəyli Rəşad Məcidin kitaba yazdığı ön sözdə Rəşad Məcidin statuslarını belə səciyyələndirir: “Rəşad Məcidin “qələmsiz yazılar”ı iki qismə ayrılır: status-esselər; sms-esselər. Qeyd edək ki, bu janrlrin təyinatını Rəşad Məcid özü müəyyən etmişdir. Həqiqətən də, həm statuslarda, həm də xüsusən sms-lərdə esse janrının əlamətləri vardır. Esse janrına məxsus emosional düşüncə və mənsur şeir əlamətləri, Rəşad Məcidin statusları və sms-lərindəki bədiilik ünsürləri onun jurnalistliyindən çox, şairliyindən irəli gəlir. Əlbəttə, Rəşad Məcidin sosial şəbəkə yazılarında publisistikanın xüsusi yeri vardır. Status və sms-lərin ideya-mövzu cəhətdən gündəmə aid olması, cəmiyyətdə baş vermiş hadisələrlə səsləşməsi, aktuallığı və müasirliyi publisistika ilə üzvi surətdə əlaqədardır. Rəşad Məcidin statusları və sms-ləri müasir dövrün yazıçı müşahidəsinin, şair hissiyyatının və publisist müasirliyinin əsasında yaranmış orijinal şəbəkə ədəbiyyatıdır”.

    Ümumiyyətlə deyərdik ki, kitabda gerçək insan həyatının, ruhunun təzadlı situasiyaları, enişi-yoxuşu, nikbinlik, bədbinlik esselərin leytmotivini təşkil edir. Kitab oxunaqlıdır, düşündürəndir.

    Qələm dostumuz Rəşad Məcidə tale və yaradıcılıq yollarında uğurlar arzulayıram!


AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin  müdiri,
filologiya elmləri doktoru, professor Vüqar Əhməd


Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.