Türk rənginin - Turkuazın hekayəsi
16.09.19

Dr. Muhsin Kadıoğlu

TURK RƏNGİNİN -TURKUAZIN HEKAYƏSİ


Turkuaz eyni adlı mücəvvərlərə uyğun olaraq mavi-yaşıl rəngin adını bildirir. Qısa şəkildə ifadə olunursa, turkuaz yaşılın üzərinə xəfif şəkildə çəkilən açıq mavi rəng çaları kimi meydana çıxmışdır. Ona görə də turkuaz yaşıl və mavi arasında müəyyənləşdirilən bir rəng tonuna mailkdir. İncə şəkildə mavi və yaşılı xatırladan turkuaz daşları nadir və dəyərlidir, bənzərsiz rəng çaları sayəsində minlərcə ildir ki, qiymətli bəzək daşı kimi istifadə olunmaqdadır.

Etimologiyası

Qədim Roma müəllifi və dəniz hərbi komandiri Plineyin (?-79) “Naturalis Historia” – “Təbiət tarixi” adlı əsərinə görə, antik yunan dilində bu rəngə “parıldayan mavi və yaşıl” (kalláinos) adı verilmişdir. Latın dilində eyni mənanı ifadə edən söz isə yunan dilindən alınmışdır və əsasən, Neolit dövründə  istifadə olunan vəsaiti bildirmək üçün “callaina” şəklidə olmuşdur.
    Turkuazın mühüm istehlakçısı olan Azteklər onu “Chalchihuitl” adlandırmışlar. Turkuazın digər bir önəmli istehsalçısı olan İranda isə bu minerala türk dilində də işlədilən “firouzé” və ya “piruza” söyləyirlər.

    Turkuaz kəlməsi XIII əsrin əvvəllərində fransız dilində “turkoys” şəklində ortaya çıxmışdır. XV yüzilliyin əvvəllərində isə bu ifadə türk daşı (pierre turque) və ya turkuaz daşı (pierre turquoise) formasında işlənilir. Bəzi fransız etimoloqlar daşın, əslində, Xorasandan gəldiyini, lakin Türkiyədən Avropaya nəql edildiyi üçün yalnış anlaşıldığını və türk daşı olaraq adlandırıldığını iddia edirlər. Halbuki Xorasan da tarixi bir türk əyaləti olmuşdur və daş Avropaya haradan gedirsə getsin, türk daşı (pierre turque) və ya turkuaz şəklində adlandırılması doğru idi. 

    Qeyd olunduğu kimi, fransızların Türkiyədən idxal etdikləri bir daş sayəsində tanıdıqları rəng olduğu üçün turkuaz sözü fransız dilindən gəlir. Türkuaz bir rəng adı kimi ingilis dilində ilk dəfə 1573-cü ildə istifadə olunmuşdur. XIX əsrin sonlarında fransız və Qərb dünyasında “turkuaz göy üzü” populyar ədəbiyyatın klişesinə çevrilmişdir.

Turkuaz kimyəvi tərkibi CuAl6 (PO4)4(OH)8 • 4H20 olan  bir mineral tipli fosfat hidrat mis və alüminiumdur. Turkuaz rəngi 475 ilə 500 nm arasında maksimum spektral paylanma ilə işıq aşkar edildikdə meydana gəlir. Bəziləri bu rəngi “camgöbəyi” adlandırsalar da, bütün dünyada “turkuaz” kimi daha çox tanınmaqdadır. Turkuazın rəng çaları safir mavisi ilə zümrüd yaşılı arasındakı rənglər tonundadır. Turkuaz  üçün ən gözəl və güclü rəngləyici Heliogen yaşılıdır. Rəssamlar turkuaz daş əsasını piqment kimi istifadə etmişlər.

    Buzlu rəng tonundakı turkuaz bütün rənglərin ən soyuğu olaraq qəbul edilir, çünki dəniz və ya buzlaq buzlu havası verməkdədir.

    Tarixi

    Qədim və yeni dünyanın bir çox mədəniyyətlərində bu dəyərli daş minnərcə il müddətində müqəddəs bir daş, yaxşı bir sərvət və ya tilsim gətirici kimi hörmət qazanmışdır. Qədim Misirdə m.ö. 3000 illərindən qalma bir məzar daşı turkuaz rəngdədir. Sasanilər İmperiyasında boyuna və ya biləyə taxılan göy mavisi daşlar təbii olmayan ölümlərdən qorunmaq üçün istifadə olunurdu. Mesopotomiyada, Şimali və Cənubi Amerikada da istifadə olunmuşdur.

    Fironların ilk xanədanları dönəmində və bəlkə də daha öncə misirlilər turkuaz istifadə edirdilər. Misirlilər turkuazı Sina Yarmadasındakı Serabit əl-Xadim və Vadi Mağara mədənlərindən çıxarırdılar. Buradan çıxarılan turkuazın rəngləri İranın eyni adlı daşlarından daha yaşıl idi.

    İran ən az 2000 il boyunca dünyanın ən önəmli turkuaz istehsalı bölgələrindən  və ən qədim yataqları olan məkanlarından biri olmuşdur, ən önəmli istehsal mərkəzi isə Xorasan əyalətindəki Ali Mersai Dağı idi.

    Əvvəllər Amerika Birləşmiş Ştatlarının cənəb-qərb əyalətlərində (Arizona, Kaliforniya, Kolorado, Nyu Meksiko, Nevado) bir çox turkuaz yataqları var idi. Müasir dövrümüzdə yalnız Kaliforniyadakı Apaçi Kanyon bölgəsi məhsuldar yataqlara mənsubdur. Fransada isə Boussac, Creuse, Limousin yaxınlığındakı Soumansdakı Montebras mədəni Avropadakı yeganə turkuaz yatağıdır.

 Zaman keçdikcə turkuazın rəng dəyişdirmə keyfiyyəti də aşkar edildi. Dəyişmə işıqdan, kosmetikadan, toz və ya turşudan qaynaqlanan kimyəvi bir reaksiya nəticəsində ortaya çıxa bilərdi.

    Turkuaz, xüsusilə də, Orta Asiya və Türkistandakı böyük camilərin qübbələrində və daxili məkanlarının bəzədilməsində, eləcə də İranda tez-tez istifadə olunmaqdadır.

    Turkuaz rəngi almanca danışan dünyada türklər sayəsində bilinən bir mineral və dəyərli daşın rəngindən yaradılmışıdır. Turkuazın müxtəlif rəng çalarlarına verilən isimlər də maraq doğurmaqdadır.

    Turkuazda mavi ton üstünlük təşkil edirsə, yaşıl-mavi, buz mavisi, turkuaz mavisi, mavi, akvamarin kimi isimlər istifadə olunmaqdadır.

    Turkuazda yaşıl rəng önə çixirsa, mavi-yaşıl, buz yaşılı, turkuaz yaşıl, dəniz yaşılı kimi adlandırılmaqdadır.

    Alman dilinin rəng bildirən sözlüyündə turkuaz, ənənəvi olaraq, “mavi-yaşıl” və ya “yaşıl-mavi” kimi müəyyənləşdirilir, lakin rəng elmində fərqli şəkildə dəyərləndirilir. Belə ki, 1696-cı ildə “tūrkoiszblau” və 1997-ci ildə türk mavisi (ūrckis-blau) olaraq adlandırılmışdır. Bəzi almanlar tərəfindən keramikalara işlənilən uyğun rəng fars mavisi (Blue Persan) adlandırılsa da, əslində bu da turkuaz rəngidir.

    Ticarətdə istifadə

   Turkuaz rəngi bir sıra dünya şirkətlərinin, eləcə də ictimai-siyasi birliklərin loqo və simvollarında da istifadə olunmaqdadır. Şirkət loqosu olaraq orijinal bir rəng tapmaq üçün şirkətin fəlsəfəsindən asılı olaraq yaşıl-mavi rənglər tələb olunur. Bunun üçün daxili standartlar qurulur. İtalyan Bianchi şirkəti korporativ bir dizayn kimi şirkətin rənglərini “parlaq göy mavi”  olarq müəyyənləşdirmişdir.

    Cerulean – Səruliən tərəfindən 1860-cı ildən bəri sənətçilər üçün satılan turkuaz mavi bir rəngdir. Bundan başqa, turkuaz Pantone şirkəti tərəfindən “2010-cu ilin rəngi” adlandırılmışdır.

İrqçilərin yer aldığı Avstriya Xalq Partiyası 2017-ci ildə mənimsədiyi əsas qara rəngin yanına “Tūrkis” olarak bilinən turkuazı rəng kodu olaraq qəbul etmişdir.

    Uzun zamandan bəri turkuaz sənətkarlar və zərgərlər tərəfindən dəyərli bir mücəvvər olaraq təqdir edilmiş və istifadə olunmuşdur. Günümüzdə də o, təqlidi əşyalar və sintetik məhsullarla rəqabət etməkdədir. Xüsusilə də təqlidi turkuazın ABŞ-n Utah və Neveda bölgəsində istehsal olunan yaşıl variantı həqiqi olanlarından ayırmaq üçün çətinliklə qarşılanan saxta bir mineraldır.

     Musiqidə

    Türkiyədə Sezen Aksu tərəfindən səsləndirilən “Füruzə” adlı mahnı uzun müddət ən çox dinlənilən mahnılar arasında öz yerini qorumuşdur. Mahnının sözlərinin bir hissəsi belədir:
    Qısqanır rəngini baharda yaşıllar,
    Sevdanın tilsimi kimisən, Füruzə.
    Sən nazlı bir çiçək, bir orman guşəsi
    Üzum buğusu kimisən, Füruzə

    Turkuazın farsca adı olan Füruzə Azərbaycan türkləri arasında da xanımlar üçün geniş şəkildə işlənən adladan biridir. Üzeyir Hacıbəyovun yarımçıq qalmış operası da Füruzə adlanmışdır.

      Qoruyucu daş kimi

    Tünd yaşıl turkuazlar daha nadir tapılır və mavi rəngli eyniadlı daşa nisbətən daha dayanıqlıdır. Turkuaz daşının hər zamn bir tilsim gücünə malik olduğuna və sahibini qoruyacağına inanmışlar. Xüsusilə də, insanlara yönəlmiş neqativ enerjinin boşaldılması və ruhsal rahatlığın bərpasına yardımçı olması qəbul edilmişdir.

    Bir gözmuncuğu kimi istifadə olunduğunda onu daşıyanın mənfi təsirlərdən mühafizə olunacağına dərin inam duyulmuşdur. Hətta savaş meydanlarında “qoruyucu” kimi qəbul edilən bu daşın sahibini pisliklərdən və tilsimdən qoruyacağına inanılmışdır. Şəxsi rahatlığı təmin edərək qəzəbi azaltmağa kömək edəcəyi də söylənilmişdir.

    İnanclara görə, turkuaz daşının sahibi pis bir hadisə ilə qarşılaşarsa, daş ya rəngini itirər, ya da parçalanar. Yunan mifologiyasında Afroditaya aid edilmişdir. Cənubi Amerika mədəniyyətində isə Azteklər cənnət Tanrısının göz yaşlarının turkuaz rəngində olduğunu düşünmüşlər.

    Qadınların marağını cəlb etdiyi üçün türk daşı uzun zamandan bəri “sevgi daşı” olaraq da adlandırılmışdır.

Güc, şans və himayənin simvolu olan turkuazın istər rəng çalarları, istər ayrı-ayrı tonlarından simvollar, istərdə də türkuaz daşından düzəldilmiş əşyalar öz aktuallığını müasir dünyamızda da qoruyur.

Azərbaycan türkcəsinə uyğunlaşdıran: Bəsirə Əzizəli



























































































































Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.