Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19

Türkiyənin Kafkas Universitetində Vurğun Əyyubun anma mərasimi keçirilib.

Bu gün Türkiyənin Qars şəhərində yerləşən Kafkas Universitetində Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümünün təşkilatçılığı ilə 24 sentyabrda ağır xəstəlik nəticəsində dünyasını dəyişən dəyərli elm adamı, ədəbiyyatşünas Vurğun Əyyubun anma mərasimi keçirilib.

Universitetdən Avanqard.net-ə verilən məlumata görə tədbirdə universitetin Humanitar və Dəqiq Elmlər Fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri açan həmyerlimiz professor Hacalı Nəcəfoğlu 2010-2012-ci illər arasında Kafkas Universitetinin Azərbaycan dili və ədəbiyyatı şöbəsində çalışan Vurğun Əyyubun elmi-pedaqoji və siyasi fəaliyyətindən bəhs edərək onun vaxtsız ölümünün Azərbaycan, eləcə də Türk dünyası üçün ağır bir itki olduğunu dilə gətirib. Vurğun Əyyubun həyat yolunu əks etdirən video-slayt təqdim edildikdən sonra universitetin Slavyan dilləri və ədəbiyyatları bölümünün professoru Xurşid İsayev, Türk dili və ədəbiyyatı bölümünün müdiri dosent Mithat Durmuş və Çağdaş Türk Ləhcələri və ədəbiyyatları bölümünün müdiri dosent İlkin Qulusoy söz alaraq mərhumla bağlı xatirələrini paylaşıb, Allahdan rəhmət diləmiş və ailəsinə başsağlığı verdiklərini ifadə etmişlər. Tədbirin sonunda professor Hacalı Nəcəfoğlu bir zamanlar Vurğun Əyyubun dərs keçdiyi və Azərbaycanla bağlı tədbirlər hazırladığı konfrans zalına onun adının verilməsini təklif etmişdir. Tədbir İlahiyyat fakültəsinin müəllimi həmyerlimiz Coşqun Zəkinin mərhumun ruhuna Yasin surəsini oxuması ilə başa çatmışdır.

Avanqard.net


































































Yenililklər
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
09.11.19
Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” çap olunub
09.11.19
Qürbətdə kabusa dönüb yuxulara gələn xatirələr
09.11.19
Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimatı keçirilib
06.11.19
“Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib
06.11.19
“İçərişəhər”də Dövlət Bayrağı Günü münasibəti ilə dəyirmi masa keçirilib
04.11.19
Bolqarıstanda Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı çap olunub
04.11.19
Elyar Təbrizli - Mirzə Melkumun siyasi fəaliyyəti və düşüncəsi
01.11.19
 Mədəniyyət Nazirliyi ssenari müsabiqəsi elan edib
01.11.19
Cavanşir Yusiflinin yeni kitabı nəşr olunub
01.11.19
Şahbaz Xuduoğlu məşhur əsəri dilimizə çevirdi
31.10.19
Fərid Hüseynin poetik dünyası
31.10.19
"Ulduz" jurnalının oktyabr sayı işı üzü gördü
31.10.19
Aqşin Yeniseyin yeni romanı çap olunub
31.10.19
Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” kitabının imza günü keçirilib
31.10.19
Qalib Şəfahətin iki kitabı işıq üzü gördü
30.10.19
Dr. Məhəmmədrza Batini İsfahani - Fars dili qeyri-məhsuldar dildir
29.10.19
"Qanun"dan iki yeni kitab
29.10.19
Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı olub
29.10.19
Gözəl göy gözlərini mən ovum dimdiyimlə
29.10.19

"Poetika.izm" jurnalının yeni sayı çıxıb

29.10.19
Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
25.10.19
Naşir Müşfiq Xan: “Kitab şokolad qutusu deyil ki, onu yeri gəldi, gəlmədi hədiyyə edəsən” - SƏNƏT VƏ SÖHBƏT
25.10.19
Instagram poeziyası - Qədim sənətin yeni forması
24.10.19
Ülvi Babasoy - Seymur Baycanın hekayələri daha çox Mopassanvaridir
23.10.19
Səxavət Sahil - Homerə uduzan Hesiod
23.10.19
Nobel mükafatının layiqli sahibləri, yoxsa bəxtləri üzlərinə gülənlər?
23.10.19
Muhsin Kadıoğlu - Kələbək simvolları
23.10.19
“Hədəf”dən 30 000 manatlıq kitab hədiyyəsi
23.10.19
Uluslararası Vizyon Üniversitesinde uluslararası konferans düzenledi
22.10.19
Nəsiminin qəzəlləri on beş dildə nəşr olunub
21.10.19
VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu  keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.