Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
02.10.19










Azərbaycan xalqı özünün qələm ustadları ilə həmişə tanınıb… və tanınır. Şairlərimizin şeirləri bütün xalqın dilinin əzbəridir.Belə bir şairlərdən biri də : Alım , şair Vüqar Əhməddir. Adətən şair xalqının sevimlisi olur.

Vüqar Əhmədin şeirləri üçün hec bir sərhəd yoxdur.Şair ürəkləri oxuyan bir qələm sahibidir. Bir çox xarici ölkələrdə elmi əsərləri və şeirləri ilə tanınan Vüqar Əhməd bu dəfə Kəlküttə keçirilən dünya miqyaslı Our Poetry Archive ( Bizim poeziya toplusu ) adlı antologiyada 2019 il oktyabr ayının şairi kimi tanınmışdır.

Alim,şair dunya üzrə 47 şair arasında bu şərəfli ada sahib olmuşdur. Bu antologiyanın böyük bir şair ordusu var.Həmin şairlət arasında müsabiqə götürülən zaman Vüqar Əhmədin sözləri hamınını maragına səbəb olmuşdur.

Antologiyanın üzvlərindən olan bir şair Alis Kuberska şerin şair üçün nə demək olduğunu ; Müasir dunyada şeirin mənası nədir; Şeiriniz sadəcə xəyalınız olduğu sizin üçün baş verdimi;Yeni bir şeir yazarkən yaradıcılıq prosesinizi təsvir edə bilərsinizmi; Sizin üçün ən vacib mövzular hansılardır; suallarına Vüqar Əhməd belə cavab vermişdir : “ Şeirlər - bu mənim üçün dünənki, bu günün, sabahın hissləri və ruhun rahatlamasıdır. Şeirlərimi yazıram, ətrafımdakı hər şeyi hiss edirəm ...

Şeir hava ..., nəfəsimiz və zövqümüzdür. Təbiət ..., hadisələr və düşüncələrim ... Şeir mənim arzum deyil, ruhun, düşüncənin reallığıdır. Şeir vasitəsilə dünyanı və insanlığı hiss edirəm. Mən hec vaxt mövzu seçmirəm. Mövzu məni tapır və heç vaxt tərk etmir. Mən yalnız bu düşüncələri yazırm.”

Antologiyanın digər üzvü ,şair Mariya Miraqliya isə şairin yaradıcılığını yaxından tanımaq üçün : İlk şeirlərinizi ruhlandıran hansı duyğular idi; Şair olmaq istəyiniz baş verdi, yoxsa hamısı təsadüf idi ; Şerlərinizi ilk oxuduğunuz kimdir və niyə ; Hər hansı bir poetik antologiyanızı nəşr etdirmisiniz, onu ilk dəfə əlinizəəlinizə alanda nə hiss edirdiniz; Şeirlərini oxuduğunuz başqa şairlər kimlərdir; Onlardan ilham alırsınız? - kimi sual yağışlarını şair Vüqar Əhməd belə cavablandırmışdır: “ Duyğularım xüsusilə sevgi, vətənim və tanıdığım fərqli insanlar. Mən şair olmazdım, əgər şeirlərim ürək oxşamasaydı və mən özümü şair hesab etmirəm. Sadəcə ürəyimin ... ruhumun düşüncələrini yazıram ...

Tanınmış şair Hindastanın Kəlküttə şəhərində keçirilən  dünyamiqyaslı antologiyada
Şeirlərimi oxuduğum ilk şəxs anam idi, amma indi ailəm ... xüsusən də qızım. Çünki qızım müğənnidir - muğamın (milli musiqimizin) ustasıdır və bütün düşüncələrimi ... başdan sona qədər hiss edir. Yaxşı şeirlərə üstünlük verirəm. Əgər onlar böyükdürlərsə, onları və bütün yaxşı şeir müəlliflərini oxuyacağam. Onların düşüncələrindən ilham alıram. “

Ürəkləri oxuyan şairimizin qələmi dünya şairlərinin diqqət mərkəzi olmaqdan dayanmırdı.Suallar bir-birinin ardınca məhəbbət misraları kimi yağırdı.

Antologiyada uzun müddət calışan Apreliz Zank şairimizin hər bir sətrinə dəyər verərək onun daxiliylə tanışlıq üçün Mənaya çatmaq sizin üçün nə qədər vacibdir? Sualı ilə başladı ; Oxucularınızı şeirlərinizin şifrəsini açmaq üçün çox çalışmağa çağırırsınız, yoxsa mənanın şəffaflığına üstünlük verirsiniz; Əsasən hansı şeirlər yazırsınız? Təkrarlanan mövzularınız varmı, yoxsa bütün şeirləriniz bənzərsizdir?

Sizcə şeiriniz ümumiyyətlə hansı cinsə aiddir,? Özünüz haqqında əsasən yazırsınız, yoxsa dünya məsələlərinə açıq gözünüz / qulaqınız var? Sizin şeiriniz digər şairlərdən nə ilə fərqlənir?- suallarrın ardı arası yox idi .

Sairimiz Vüqar Əhməd isə hər bir saula incəliklə cavab verir. : “ Düşünürəm ki, şeirlərim maraqlı olsadı, oxucular özləri mənim yaradıcılığımı tapacaqlar və hər zaman onlardan zövq alacaqlar ; Şeirlər mənim hisslərimdir, məni əhatə edən hər şeyə aid ola bilər. Bu düşüncə və tərz baxımından fərq ola bilər.

Antologiya üzvlərindən biri də qardaş Türkiyədən olan şairə Leyla İşikdır. Vüqar Əhmədə verdiyi suallar şairin özünün və vətənində istifadə edilən şeir növlərinə aid idi. Şairə şeiri həqiqi şeir halına gətirən əsas amillər nələrdir? ; şeirdə görüntü vacibdirmi? Təsəvvürün əhəmiyyəti bir şeirdə haradan başlayır, harada bitəcək?

Ölkənizdə ən çox istifadə olunan şeir növləri hansılardır? Yaxşı şair olmaq üçün nə vacibdir? Yaxşı şeirlər yazmaq üçün! İndiki dövrdə ən vacib şairlər və onların əsas xassələri kimlərdir?- kimi sorumları Vüqar Əhməd dolğun cvablandıraraq fikrini bildirmişdir. “ Şairlərin hissləri, dərin mənaları və ruhudur .

Şair şeir yazarkən, xəyali dərin olmalıdır. Çünki şeirlər xalq poeziyasının şah əsərləridir. Onlardan biri də hecaların tərzidir və bit cox şairlər bundan istifadə edir. Əgər şair olursansa,incə qəlbli şair olmalıdır ki, yaratdığı sətirlər ürəkləri fəth etsin. Mən şeiri şairlərə görə secib oxumuram ,şeirə vurgunluga üstünlük verirəm .

Vüqar Əhmədin yaradıcılığı o qədər rəngarəngdir ki , hər bir dövlətdən olan şairlər onun yaradıcılığını xırdalıqları ilə araşdırırdılar .

Antologiyanın üzvü Deborah Langford Qazani sairin yaradıcılığında şeirdə görüntü, əhval-ruhiyyədən bəhs edərək belə bir suallara cavab istəmişdir : Şeiri başa düşmək, şeirdəki təsvirləri görüntüləməklə başlayır. Nəyi görürsən, dadını, qoxusunu, eşitdiyini və ya hiss etdiyini ? Şeirinizin görüntüləri nədir? Şeirinizin əhval-ruhiyyəsi necədir? (Yoxsa səni necə hiss edir?) Şeirinizdə şeirin söz sahibi kimdir? Özünüzə və ya başqalarına danışırsınız? Şeirinizin mesajı nədir? Şeiriniz hansı mesajları çatdırır? – bu kimi suallar Vüqar Əhmədin sərhədləri olmayan poeziya boxçasında olan zənginlikləri əks etdirir. Bunları hiss etməyən bir şair yoxdur Şair şeir yazarkən öz dünyasını….düşüncələrini və ruhunu hiss etməlidir…

OPA üzvlərinin sual yağışı coxdur…və şairimiz Vüqar Əhməd ürəkləri oxumaq üşün daim şeirlərini yazaraq bu maraq yağışını daha da gücləndirəcək.

Bu şərəfli adın alması münasibətilə OPA –nın rəhbəri şair Nilavronill Shoovro Azərbaycanın sevimli şairini bir daha təbrik edib Kalkuttə yeni şeirlərlə cıxış etməyə çagırdı.

Biz isə Şairimizə deyirik : Ürəkləri oxuyan şairimiz səsiniz şeirlərinizlə beləcə bütün dünyanı ilhama gətirsin !

İsmayılova Məsmə Əliyulla qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.