Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19

Muxtar respublikada fəaliyyət göstərən muzeylər sırasına daha bir muzey əlavə olundu: Milli Dəyərlər Muzeyi. Bu muzeydə 70 il sovet imperiyasının balta çalmağa çalışdığı, lakin xalqın illərlə öz məişətində, şüurunda, ürəyində yaşadıb, bəslədiyi milli dəyərlərimiz nümayiş olunur. Əslində muzeyin yaranmasına qədər muxtar respublikada bu istiqamətdə məqsədli şəkildə bir sıra işlər görülmüşdü. Dövlət tərəfindən həyata keçirilən maraqlı layihələr hamı tərəfindən rəğbətlə qarşılanıb. Bəs nədir o milli dəyər, nələrdir onun nümunələri?

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

1918-ci ildə AXC-nin qaldırdığı üçrəngli bayrağı vəsf edən Cəfər Cabbarlının ürəyində daşıdığı bayraq sevgisini 1991-ci ildə öz milli dəyərləri uğrunda savaşa çıxmış xalq yenidən bərpa etdi. Naxçıvanda ilk dəfə 3 rəngli bayrağın Ulu öndər tərəfindən dalğalandırılması ilə milli dəyərlər də intişar tapdı. İllərin buxovlarından azad oldu sovet imperiyasının məngənəsində sıxılan milli mənliyimiz. Bütün dünyaya Azərbaycanın müstəqilliyini bəyan edən üçrəngli bayrağın kölgəsində qol-qanad açdı, sevildi, gənc nəslə aşılandı. Milli dəyər hər bir xalqın milli kimliyinin göstəricidir, mənəvi pasportudur. O mənəvi pasportda xalqın müstəqilliyi var, müstəqilliyini simvolizə edən bayrağı, himni, gerbi var. Doğma dilinə mənsubluğu, mədəniyyətinə, tarixinə sahiblik hissi var. Bu varidatın qorunduğu yerdə torpaq da qorunur, ölkə də inkişaf edir, gənclik gələcəyə milli zəmində qurulmuş möhkəm dayaqlar üzərində addımlayır. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə, eləcə də onun ayrılmaz parçası olan muxtar respublikamızda milli dəyərlərin təbliği, gənc nəslə aşılanması istiqamətində mühüm addımlar atıldı. Bu baxımdan “Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2009-cu il tarixli sərəncamı milli dəyərlərə qayıdışa, sahiblik hissinə səsləyən mühüm tarixi sənəd olub. Bütün bunlar öz nəticəsini göstərib. Tarixi abidələrə yeni həyat verilib, xalq yaradıcılığı günləri təşkil olunub, milli kökə bağlılıq nümayiş etdirilib. Ağacişləmə, papaqçılıq, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, dulusçuluq kimi qədim sənət sahələri qorunub saxlanılıb.

2012-ci ildə muxtar respublikada “Milli dəyərlər ili” çərçivəsində beynəlxalq rəsm, folklor və muğam festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar keçirildi, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil olundu. Aparılan tikinti-quruculuq işlərində milli ornamentlərin tətbiqinə üstünlük verilib, qədim milli musiqi alətlərində ifalara və milli geyimlərimizin təbliğinə diqqət artırılıb. Ötən dövr ərzində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində milli mətbəx nümunələrimizdən “Plov”, “Kətə”, həmçinin  “Yallı”, Yaradıcı əllər”, “Xalq yaradıcılığı”, “Milli geyimlər” festivallarının keçirilməsi milli dəyərlərimizin daha geniş auditoriya qarşısında təbliğinə xidmət edib. Artıq bir ənənə halını alan bu festivallar turistlərin də maraq dairəsindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin istifadəyə verilməsi dövlət atributlarına ehtiramın ən böyük ifadəsi olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində atılmış mühüm addımlardan biri olub. Bu gün bayraq meydanı müqəddəs and yerinə çevrilib.

2012-ci ildə “Milli dəyərlər ili” nə həsr olunmuş tədbirdə çıxış edən Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Biz həyata keçirilən tədbirləri milli dəyərlərin öyrədilməsi və yaşadılması istiqamətində görülən işlərin yekunu yox, başlanğıcı hesab edirik. Bu sahədə görülən işlərlə kifayətlənmək olmaz. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mühüm vəzifəsi olmalıdır. Biz öz tarixi dəyərlərimizə sahib çıxmasaq, ona başqaları sahib çıxacaqdır. Xalqımızın gələcəyini düşünürüksə, bu gələcəyi möhkəm təməllər – milli dəyərlər üzərində qurmalıyıq”. Sentyabrın 23-də Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Milli Dəyərlər Muzeyi də milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində atılan daha mühüm addımlardan biridir.

3 ekspozisiya zalından ibarət muzeydə hər biri özündə məna yükü daşıyan eksponatlar nümayiş etdirilir. Bu eksponatlar özündə hansı dəyərləri yaşadır? Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Dövlət himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz, milli sənətkarlıq nümunələri, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə  dair bukletlər də daxil olmaqla muzey özündə 236 eksponatı hifz edir.  

Yenidənqurmadan sonra Cəmşid Naxçıvanski muzeyi ilə eyni gündə tarixi binada istifadəyə verilən Milli Dəyərlər Muzeyi milli dəyərlərimizə sahiblik hissinin ən gözəl nümunəsidir. Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan - Milli Dəyərlər Muzeyi hər birimizin yolunu gözləyir. Mənəvi sərvət dünyasına övladlarımızla birgə daxil olaq. Gələcəyimiz olan uşaqların bu sərvətdən pay götürəcəyinə əmin olun.

Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru

Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.