Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Oman Mədəniyyət Assosiyasinin prezidenti Dr, Aişə Əd Dərməki, Serbiya Yazıçılar Birliyinin fəxri sədri Radomir Andriç, Moldova Pen Təşkilatının sədri Leo Butnaru və Slavakiya şairi Valeri Kupka ilə görüş keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq qonaqları salamlayıb. Akademik bildirib ki, Avrasiya yazıçılarının “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı çox böyük əhəmiyyətə malikdir. Bu, həqiqətən böyük ədəbiyyat hadisəsidir, bütün tərəflər üçün əhəmiyyətlidir. Azərbaycan üçün də ev sahibi kimi əhəmiyyətli və məsuliyyətlidir. Bundan sonra da ədəbiyyatın dünyada inkişafına böyük təkan verən hadisə olacaq. Mən açılış tədbirində iştirak etdim, çox böyük təəsüratlarla ayrıldım.

İnstitutun direktoru onu da əlavə edib ki, adından göründüyü kimi bizim İnstitut ədəbiyyatı öyrənir. İnstitutumuzun 86 yaşı var, əsas istiqamət Azərbaycan ədəbiyyatını öyrənməkdir. Eyni zamanda Ədəbi tənqid və Ədəbiyyat nəzəriyyəsi şöbələri də vardır. Bunlardan başqa Dünya ədəbiyyatı şöbəsi var ki, həmin şöbədə daha çox Qərb, əsasən Avropa ədəbiyyatı öyrənilir. Bizim eyni zamanda Asiya və Türk xalqları ədəbiyyatını öyrənən şöbələrimiz də var. Bu ölkələrin bəzilərinə aid mütəxəsislər vardır, bir çoxu isə yeni formalaşır. Oman ədəbiyyatını son illərdə Bədii Tərcümə Mərkəzi ilə birgə öyrənirik. Artıq nəticə var, Oman ədəbiyyatının nümayəndələri Azərbaycan dilinə tərcümə olunub, ilk dəfə antologiya çap edilib. Bu iş davam edir, oradakı həmkarlarımızla əlaqə qurmuşuq. Sizin gəlməyiniz də bu əlaqələrin inkişafına kömək edəcək. Avropa Ədəbiyyatı haqqında onu əlavə edə bilərəm ki, sovet dövründən fərqli olaraq indi Moldova ədəbiyyatı Rumıniya ədəbiyyatı ilə bir yerdə öyrənilir.

Sonra “Dünya Ədəbiyyatı” dərgisinin baş redaktoru, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bu görüşün təşkili üçün akademik İsa Həbibbəyliyə təşəkkür edərək qonaqların fəaliyyəti haqqında məlumat verdi. O qeyd edib ki, Dr, Aişə Əd Dərməki Oman Mədəniyyət Assosiyasının prezidentidir. Həmin təşkilat Oman Sultanının diqqət mərkəzində olan bir qrumdur. Biz ilk dəfə olaraq əlliyə yaxın omanlı müəllifi əhatə edən “Oman ədəbiyyatı” xüsusi sayınının nəşrinə nail olmuşuq. İmamverdi Həmidovun iştirakı ilə Oman haqqında məqalələr kitabını çap etmişik. Gələcəkdə azərbaycanlı alimlərin Omanda, eləcə də onların burada məqalələrini nəşr etməyi düşünürük.

Radomir Andriç isə şairdir, uzun illər Serbiya Yazıçılar Birliyinin sədri olub, indi isə fəxri sədrdir. Azərbaycan ədəbiyyatının yaxın dostudur. Yazıçıların Beynəlxalq Belqrad görüşünün təşkilatçısıdır. 50 ildən artıq tarixi olan Belqrad görüşlərində on ildən çoxdur ki, Azərbaycandan da iştirakçılar qatılır. Leo Butnaru görkəmli rumin və moldovan şairidir. “Nobel” mükafatına Rumıniya Yazıçılar İttifaqı tərəfindən təqdim olunub. Rumıniya Pen Təşkilatının Kişinyov filialının sədridir. Valeri Kupka isə tanınmış Slavakiya şairidir.
Daha sonra Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri Gülər Abdullabəyova, qonaqlar Dr, Aişə Əd Dərməki, Radomir Andriç, Leo Butnaru, Valeri Kupka çıxış edərək belə bir görüşün təşkili üçün təşəkkürlərini bildiriblər.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.