VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu  keçirilib
21.10.19

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin və digər qurumların birgə təşkilatçılığı ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu  keçirilmişdir. AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında təşkil edilən tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik bildirib ki, artıq altıncı dəfə təşkil olunan bu simpozium Bican Veysəl Yıldızın Türkiyədə rəhbərlik etdiyi Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin iştirakı ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Milli Konservatoriyasının, AMEA Memarlıq və İncəsənət İnstitutunun və digər qurumların birgə səyləri ilə hazırlanıb. Simpoziuma Türkiyədən, Rusiyadan, Qazaxıstandan, Makedoniyadan, Pakistandan, Kpirdən və digər ölkələrdən qonaqlar qatıldığını deyib.

Əlavə edib ki, “bugünki konfrans 18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin ildönümünə təsadüf edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində aparıcı ölkələrdən birinə çevrilmiş müstəqil Azərbaycanda yeni nəslin yetişdirilməsi qarşımıza qoyulan dövlət səviyyəli əsas problemlərdən biridir. Yeni nəslin hazırlanmasında isə uşaq ədəbiyyatı, uşaq musiqisi, folkloru, təsviri incəsənəti əsas amillərdən biridir. Bu işin elmi müstəvidə öyrənilməsi üçün inkişafına təkan verilməlidir. Müstəqillik dövrünün artıq yeni tipli uşaq ədəbiyyatı yaranmalıdır. Ədəbiyyat İnstitutunda da uşaq ədəbiyyatının öyrənilməsi istiqamətində mühüm işlər görülür. Həmin işlər çərçivəsində Uşaq ədəbiyyatı şöbəsi yaradılıb”.

İnstitutun direktoru İsa Həbibbəyli Uşaq ədəbiyyatının təbliği istiqamətində böyük xidməti olan Bican bəyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının “Ədəbiyyatşünaslığa dəstək” diplomu ilə təltif edib. Ardınca Azərbaycan Milli Konservatoriyasının Gənclər Xorunun ifasında iki mahnı səsləndirilib.

Sonra Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi İdarə Heyətinin Sədri Bican Veysəl Yıldız çıxış edərək Azərbaycanda təşkil edilən bu simpoziumun həm uşaqlar, həm də ədəbiyyat üçün faydalı cəhətlərindən bəhs edib.  O bildirib ki, “Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi 2013-cü ildə qurulub, ilk konfransını 2014-cü ildə gerçəkləşdirib. Əsas işimiz türk və islam dünyasının uşaq ədəbiyyatı nümunələrinin toplanıb nəşr edilməsini həyata keçirməkdir. Biz türklər Azərbaycandan danışarkən “Can Azərbaycan” deyərik. Bu səbəbdən də ilk xarici simpoziumumuzu Azərbaycanda təşkil etdik”. Sədr simpoziumun təşkilində xidmətlərinə görə fərqlənən şəxsləri təltif edib.

Tədbirdə əsas təşkilatçılardan biri olan Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova çıxış edərək simpoziumun davamı olaraq Konservatoriyasının Gənclər Xorunun konserti olacağını əlavə edib. Eyni zamanda AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxışında bilirib ki, təşkilatçılar sırasında bizim institutun da öz töhfəsini verməsi sevindiricidir. Simpoziumun açılışı İnstitutumuza məxsus rəsm əsərlərindən ibarət sərgi ilə başladı.

 Simpoziumda xarici qonaqlardan pakistanlı  Abdul Fareed Brohi,  Şimali Kiprdən Esra Kan da çıxış ediblər. Həmçinin Azərbaycan şairlərindən Zahid Xəlil, Yusif Nəğməkar, Qəşəm İsabəyli, İbrahim Yusifoğlu və Sevinc Nuruqızı çıxış edərək uşaq ədəbiyyatına aid şeirlərindən nümunələr oxuyublar. Tədbirdə uşaqların nümayəndəsi olaraq Məmmədhəsən Məmmədov Cabir Novruzun “Kaş millətdə ruh yaşasın” şeirini səsləndirib.

Daha sonra Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin  müdiri, filologiya elmləri doktoru Elnarə Akimova qeyd edib ki, şöbəmizin yaranmasının bir illiyi dekabr ayında tamam olacağına baxmayaraq, artıq ortada nəzərəçarpan nəticələr var. Sonda Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi Azərbaycan Təmsilçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova təşkilatçılar adından təşəkkürlərini bildirib. Simpozium müxtəlif mövzularda məruzələrlə plenar iclaslarda davam edib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.