Nəsiminin qəzəlləri on beş dildə nəşr olunub
22.10.19

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizlə yanaşı, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər keçirilir, kitablar nəşr edilir. Türk xalqlarının bir-birinə yaxınlaşması və onların ortaq mədəniyyətinin təbliği missiyasını üzərinə götürən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY da 2019-cu ili türk dünyasında İmadəddin Nəsimi ili elan edib.

AZƏRTAC xəbər verir ki, TÜRKSOY şairin qəzəllərini 15 dildə tərcümədə Ankarada nəfis tərtibatla və yüksək poliqrafik səviyyədə nəşr etdirib. “İmadəddin Nəsimi dünya dillərində” adlı bu kitab əlamətdar yubileyə dəyərli töhfədir.

Kitabın tərtibçisi və redaktoru Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlıdır. Kitabda Nəsiminin şeirləri Azərbaycan, qazax, qırğız, özbək, türk, türkmən, alman, rus, fransız, ingilis, ispan, italyan, rumın, tacik və Ukrayna dillərində verilib. Şeirlərin tərcüməsinə həmin ölkələrdən təcrübəli mütəxəssislər cəlb olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin kitaba yazdığı “Ön söz”də deyilir: “Humanist ənənələrə söykənən XIV yüzillikdə əfsanəvi səməndər quşu kimi xarabalıqların və yanğın küllərinin altından baş qaldıran İslam filosof və şairləri insanların sınmış ümidlərini özlərinə qaytarmağa, onların taleyin əlində köməksiz oyuncaq olmadıqlarını, əksinə, öz talelərinin qüdrətli hakimi olduqlarını təlqin etməyə və inandırmağa başladılar. İslam şərqinin hər üç hakim dilində- ərəb, fars və türk dillərində bu cür humanist ruhlu əsrlər qələmə alan ən böyük sənətkarlardan bir də XIV yüzilliyin sonu, XV yüzilliyin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi oldu”.

Akademik qeyd edir ki, Nəsimi humanizmi insana böyük məhəbbət duyğuları ilə yoğurulub. Bu məhəbbət təkcə onun əsərlərinin məna və mahiyyətində, məzmununda deyil, forma xüsusiyyətlərində, daha doğrusu ritmikasında, oynaqlığında, ahəngində, alliterasiyasında da özünü göstərir. Nəsimi qəzəllərinin də bir çoxunda ritmika sanki oxucunun ürəyini oynadır, ona həyat eşqi, sevinc aşılayır. İnsana daxili mənəvi rahatlıq gətirir. Bunun kökündə isə, şübhəsiz ki, şairin özünün böyük insan sevgisi dayanmaqdadır.

Kitabda yer alan şeirlər bir daha göstərir ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri olub. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Müxtəlif dillərdə təqdim edilən şeirlər sənətkarın yaradıcılığının bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərdiyini əyani şəkildə sübut edir.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov kitaba yazdığı təqdimatında rəhbərlik etdiyi təşkilat tərəfindən 2010-cu ildən etibarən hər ilin türk dünyasının tanınmış simalarından biri ilə bağlı olduğunu diqqətə çatdırır. O, bu sırada İmadəddin Nəsiminin xüsusi yeri olduğunu vurğulayaraq yazır: “Şərqin hər üç ədəbi dilində əsərlər yazan bu qüdrətli şair qələmə aldığı bənzərsiz qəzəlləri ilə daha çox tanınmaqdadır. Yaradıcılığındakı səmimiyyət, humanizm, həyatın gözəlliklərindən zövq almaq, şeirlərində ifadə etdiyi fəlsəfi düşüncəsi onu dünya ədəbiyyatının ən görkəmli, mütərəqqi adamları ilə yaxınlaşdırır və böyük mütəfəkkirin dünya görüşünün universal miqyasını göstərir. Onun nəsihətləri və təlimləri sadəcə türk dünyası üçün deyil, bütün insanlıq üçün yol göstəricisidir. Şeirlərdəki eşq, din və fəlsəfi ifadələr bu gün də ədəbiyyatçıların və tədqiqatçıların diqqət mərkəzindədir”.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun məsləhətçi olduğu kitabda Xalq rəssamı Arif Hüseynovun Nəsimiyə və onun əsərlərinə həsr etdiyi rəsmlərdən istifadə olunub.

Kitabda Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”, “Üzünü məndən nihan etmək dilərsən, etməgil!”, “Dilbara, mən səndən ayrı təndə canı neylərəm?”, “Mərhaba, insani-kamil, canımın cananəsi”, “Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım, mərhaba!” və digər qəzəlləri müxtəlif dillərdə oxuculara təqdim olunur.

On beş dildə iyirmidən çox qəzəlin yer aldığı kitab Nəsiminin böyük bir ədəbi məktəb yaratdığını göstərir. Kitabla tanış olan oxucu orta əsr klassik Azərbaycan lirikasının bənzərsiz nümunələrini yaratmış İmadəddin Nəsiminin şeirlərinin insanın qüdrəti haqqında himn kimi səsləndiyini, onun şeirlərində kamil insan olmağa çağırışların ifadə olunduğunu bir daha görəcək.

TÜRKSOY-un Nəsimi irsinin təbliğinə çox böyük töhfə olan bu kitab müxtəlif dillərdə danışan insanları İmadəddin Nəsimi irsi ilə yaxından tanış etmək və böyük söz ustadının yaradıcılığı haqqında dolğun fikir formalaşdırmaqda qiymətli mənbə rolu oynayacaq.

Yenililklər
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
09.11.19
Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” çap olunub
09.11.19
Qürbətdə kabusa dönüb yuxulara gələn xatirələr
09.11.19
Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimatı keçirilib
06.11.19
“Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib
06.11.19
“İçərişəhər”də Dövlət Bayrağı Günü münasibəti ilə dəyirmi masa keçirilib
04.11.19
Bolqarıstanda Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı çap olunub
04.11.19
Elyar Təbrizli - Mirzə Melkumun siyasi fəaliyyəti və düşüncəsi
01.11.19
 Mədəniyyət Nazirliyi ssenari müsabiqəsi elan edib
01.11.19
Cavanşir Yusiflinin yeni kitabı nəşr olunub
01.11.19
Şahbaz Xuduoğlu məşhur əsəri dilimizə çevirdi
31.10.19
Fərid Hüseynin poetik dünyası
31.10.19
"Ulduz" jurnalının oktyabr sayı işı üzü gördü
31.10.19
Aqşin Yeniseyin yeni romanı çap olunub
31.10.19
Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” kitabının imza günü keçirilib
31.10.19
Qalib Şəfahətin iki kitabı işıq üzü gördü
30.10.19
Dr. Məhəmmədrza Batini İsfahani - Fars dili qeyri-məhsuldar dildir
29.10.19
"Qanun"dan iki yeni kitab
29.10.19
Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı olub
29.10.19
Gözəl göy gözlərini mən ovum dimdiyimlə
29.10.19

"Poetika.izm" jurnalının yeni sayı çıxıb

29.10.19
Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
25.10.19
Naşir Müşfiq Xan: “Kitab şokolad qutusu deyil ki, onu yeri gəldi, gəlmədi hədiyyə edəsən” - SƏNƏT VƏ SÖHBƏT
25.10.19
Instagram poeziyası - Qədim sənətin yeni forması
24.10.19
Ülvi Babasoy - Seymur Baycanın hekayələri daha çox Mopassanvaridir
23.10.19
Səxavət Sahil - Homerə uduzan Hesiod
23.10.19
Nobel mükafatının layiqli sahibləri, yoxsa bəxtləri üzlərinə gülənlər?
23.10.19
Muhsin Kadıoğlu - Kələbək simvolları
23.10.19
“Hədəf”dən 30 000 manatlıq kitab hədiyyəsi
23.10.19
Uluslararası Vizyon Üniversitesinde uluslararası konferans düzenledi
22.10.19
Nəsiminin qəzəlləri on beş dildə nəşr olunub
21.10.19
VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu  keçirilib
21.10.19
“Akademik Məmmədağa Şirəliyev və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçiriləcək
21.10.19
“Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinin qazax dilində təqdimatı olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.