Muhsin Kadıoğlu - Kələbək simvolları
23.10.19

Kələbəklər böyük, əsasən, parlaq rəngli qanadlara və diqqətçəkici, çırpınan uçuşa sahibdir. Son araşdırmalar görə, təxminən 56 milyon il öncə yaşanan Paleosen dövründən qalan qalıqlar içərisində kələbəklərə də təsadüf olunmuşdur.

Kələbəklərin tipik dörd mərhələli böcək yaşamı dövrü mövcud olur. Qanadlı və dolğun mərhələdəki kələbəklər tırtıl kimi tanınan sürfələrini bəsləmək üçün qida bitkiləri üzərinə yumurta qoyur. Tırtıllar bəzən çox tez böyüyür və tam inkişaf etdikdə böhran yaşayırlar. Metamorfoz tamamlandıqda yırtıcı dəri ayrılır, yetkin böcək çıxır və qanadları genişləndikdən və quruyandan sonra uçur.

Kələbəklər çox vaxt polimorfikdir və bir çox yırtıcılardan qaçmaq üçün kamuflyaj və təqliddən istifadə edir. Hökmdar kələbək və boyalı qadın kələbək kimi bəzi növlər uzun məsafələrə köç edirlər.

Bir çox kələbəklər arılar, protozoanlar, milçəklər və digər onurğasızlar da daxil olmaqla parazitlər və ya parazitoidlər tərəfindən hücuma məruz qalır  və ya ovlanır. Bəzi növlər böcək, həşarət tiplidir, çünki larva mərhələlərində ev bitkilərinə və ya ağaclara zərər verə bilər. Digər növlər bəzi bitkilərin tozlandırıcı maddələridir.

Kələbəklər ədəbiyyat və mədəniyyətdə məşhur motivlərdən biridir. Xəfifliyi, qanadlarını çırpması və xüsusilə də tırtıldan metamorfozunun daha gözəl və güclü bir formasına çevrilməsi ilə ortaya çıxan kələbək ruhu, yenidən doğuşu, dirilişi və qadınlığı simvolizə edir. Kələbək simvolu qədim dövrlərdən məlumdur və bütün dünyada geniş şəkildə yayılmışdır. Kələbək tırtıldan qanadlı yetişginə çevrilməsinə görə həm də transseksual olma nümunəsidir.

Antik dövr

Klassik yunan və Roma mədəniyyətində ruhun vücudu bir kələbək şəklində tərk etdiyinə inanılırdı. Dirilən tanrıça Psyche kələbək qanadlı bir qız olaraq təsvir edilmişdir. Kələbəklər qədim Misirdə hələ 3500 ilə əvvəlki sənət nümunələrində rastlanılmaqdadır.

Qədim Meso-amerikan şəhəri Teotihuacanda kələbəyin parlaq pəngli görüntüsü bir çox tapınağa, binalara, mücavirlərə və buxur yandırıcılarına həkk edilmişdir. Kələbək bəzən bir yaquarın ağzı ilə təsvir edilmiş və bəzi növlərinin isə ölən döyüşçü ruhlarının reenkarnasiyası olduğuna inam kimi qəbul edilmişdir. Kələbəklərin atəş və savaşla olan yaxın əlaqələri Aztek mədəniyyətində çox önəmli hesab olunmuşdur. Zapotek və Maya mədəniyyət nümunələri arasında da bənzər yaquar-kələbək rəsmlərinin örnəkləri tapılmışdır.

Azteklər üçün kələbək ölənlərin bədənindən çıxan ruhu və ya nəfəsi simvolizə edirdi. Kələbəklər düşmən savaşçılarının və doğum zamanı ölən qadınların ruhlarını simvolizə etmək üçün də istifadə olunmuşdur. Çiçəklər arasında çırpınan bir kələbək savaş meydanında öldürülən əsgərləri təmsil etməkdə idi.

Simvolik anlamları içində bir kələbəyin qanad çırpması ilə alov titrəməsi arasındakı bənzərlik atəş və günəşlə əlaqədardır. Aztek mədəniyyətindəki atəş tanrısının “obsidion kələbək” olan İtzpapalotlın pektoral bir libasında bəzəndiyi söylənilmişdir.

Antik Misirdə kələbək füquru

Kələbəklər Eşq Tanrısı və Ruh motivinə aid edildiyi kimi arzu, ehtiraz və həsrəti simvolizə edə bilir, çünki onlar qısa bir ömür, keçici bir həyat yaşayırlar. Gözəl rəngləri ilə füsunkar bir görünüş yaradar, ətirli çiçəklərdən bəslənir və zərif vücudları ilə heyranlıq doğurarlar.

Diderot kələbəyi ruhun simvolu kimi müəyyən edir. Bir Roma heykəlində ruhun ağızdan çıxması inancı ölü bir adamın ağzından kələbəyin çıxması kimi təsvir olunmuşdur. Yunan mədəniyyətində isə kələbək mənasına gələn “psȳchē” kəlməsi ruh və zehin anlamına gəlməkdədir.

Müasir mədəniyyətlərdə kələbək

Zairdə yerləşən Kasaidəki geniş yayılmış bir rəvayətdə kələbəyin həyat döngəsinin insan həyatını simolizə etdiyi belə açıqlanır: Bir körpə kiçik bir tırtıldır, bir yetişkin insan böyük bir tırtıldır. Yaşlılıqda və ölümdə insan xrizalis olur. Bundan sonra ruh qəbirdən bir koza kimi çıxır və yenidən canlandırılmaq üçün bir kəpənək şəklində uçur.

Avstraliyanın yerli xalqı kəpənəkləri sonrakı həyatdan qayıdan ruhlar kimi qəbul edir.

Vyetnam mədəniyyətində kələbək uzun ömürlü hesab edilir. Bunun səbəbi “kələbək” və “böyük yaş” xarakterinin eyni şəkildə tələffüz edilməsidir.

Devon ingilis rayonundakı insanlar bir il pis şanslardan qaçmaq üçün, təəssüf ki, ilin ilk kələbəyini öldürməyə tələsirlər. Filippində evdə qara kələbək və ya güvə ailədə ölüm mənasını ifadə etməkdir. Bəzi Amerika ştatları rəsmi dövlət kələbəkləri seçiblər.

Yapon sənətində zərif kələbəklər qadınlığı simvollaşdırır və iki kələbək nikahda xoşbəxtliyi təmsil edir. Həyatda bir kələbək dolaşan bir ruh sayılır və görünüşü ziyarətçini və ya ailədə bir ölümü proqnozlaşdırır.

Çinin mandarincə danışan bölgəsində bir gənc insanın əfsanəsi vardır. Kasıb bir gənc bəyaz bir kələbəyi təqib edərkən zəngin bir adamın bağçasına girir. Bağçada zəngin adamın qızı ilə qarşılaşır və onlar bir-birilərinə aşiq olurlar. Sonda isə aşiqlar ayrılırlar.

Mandarin dilində kələbək “hu-tieh”, yəni “70 il” deməkdir. Bu səbəbdən kələbəklər uzun bir həyata işarə etməkdədir. Çinlilər üçün birlikdə uçan iki kələbək eşqi təmsil edir.

Yaponiyada kələbək həm ümidli gəncləri, həm də xoşbəxt evliliyi təmsil edir. ABŞ-da kələbəkləri bir toy mərasiminin sonunda uçurtmaq sevginin və ümid verici bir evliliyin simvoludur.

Bəzi qızıldərili mədəniyyətlərində kələbəklərinin bir insanın diləklərini Böyük Ruha qovuşdura biləcəyinə inanırlar. Bir kələbək tutun, diləyinizi pıçıldayın və sərbəst buraxın. Diləyiniz Tanrıya yetişəcəkdir.

Kələbəklərlə bağlı bir başqa yerli Amerika hekayəsi “yeriməyi rədd edən uşaqlar”dan bəhs edir:  Körpələrin iməkləməkdən yeriməyə başlamaları üçün havaya bir ovuc çınqıl səpildi. Çınqıllar havada dağıldıqca gözəl rəngli kələbəklərə çevrildilər. Körpələr çox sevindilər, hoppandılar və kələbəklərin ardınca qaçmağa başladılar.

“Süslü Şal rəqsi”

Bəzilərinə görə, Qərbdə mərasimlərdə sərgilənən “Fancy Shawl Dance” – “Bəzəkli Şal rəqsi” kələbəklərin rəqsindən götürülmüşdür. Çünki bu rəqs müharibədə əri öldürülmüş gənc bir kələbəyin hekayəsini təsvir edir: Yas tutan kələbək gözəl qanadlarını çıxarır, özünü sərt bir kozaya sarır və öz hücrəsində yalnız bir həyat yaşamağa başlayır. Ailəsi və doğmaları ona təsəlli etmək üçün gələrlər, lakin öz tayfasına yük olmaq istəməyən kələbək uzaqlara getdiyi üçün onu tapa bilməzlər və kədər hissi ilə geri dönərlər.

Qəbiləsini tərk edən kələbək tarlalarda və axar sular ətrafında dolaşarkən aşağıda qəribə bir daş görər və ona xəfifcə basar. Daşa basdıqca yas tutan qəlbi fərəhlənər, həyat eşqi geri dönər, şükranlıqla həyatına davam edər. Kozanı kənarlaşdırar, qanadlarını açar və rəqs etməyə başlayar.

Evinə qayıtdıqdan sonra qəbiləsinə səfər təəssüratlarını danışar və şəfa daşından bəhs edər. Onun dönüşünü qeyd edən qəbilə yeni başlanğıcı qeyd etmək üçün rəqs edər. Günümüzdə də kələbək rəqsi parlaq şəkildə bəzənmiş şallarla edilir və “Bəzəkli Şal rəqsi” adlandırılır.

Sənət və ədəbiyyatda

Kələbəklər sənət və zərgərlik əşyalarında müxtəlif şəkillərdə istifadə olunmuşdur. Ədəbiyyat, rəssamlıq və musiqidə də önəmli bir simvol kimi işlədilmişdir. Norveçli təbiət yazarı Kjell Sandved kələbəklərin qanadlarından 26 hərfin tamamını və 0-9 saylarını əhatə edən bir Kələbək əlifbası hazırlamışdır. Sir John Tenniel 1865-ci ildə Luis Kerrolun “Alisa möcüzələr ölkəsində” əsərinin qəhrəmanı Alisa üçün tırtıl ilə tanış olan Alisa rəsmi çəkmişdir. Bu rəsmdə tırtıl bir göbələyin üzərində oturmuş və nargilə içir. Eric Karlenin “Çox ac tırtıl” adlı uşaqlar üçün yazdığı əsərində kələbəyin uşaqlara beşə qədər necə saymağın mümkünlüyünü və həftənin günlərini öyrədən biri kimi təsvir olunması maraq doğurmaqdadır.

Mifologiya və folklorda

Yaponiyada kələbək bir insanın ruhunun insanlaşması kimi qəbul edilir. Yaşayırlar, ölürlər və ya çoxdan ölmüşlər. Bir yapon inancına görə, əgər bir kələbək qonaq otağına daxil olarsa və bambuk pərdənin arxasında durarsa, ən çox sevilən insanın ziyarətə gələcəyinə işarə olunur. Çox sayda kələbək isə pis əlamət kimi qəbul olunur.

Günəşin insan döyüşçüləri də kələbək bəzəkləri ilə bəzənirdilər. Qartalların evində Günəşin özü kələbək kimi təsvir edilmişdir.

Kələbəkləri toplamaq bir zamanlar məşhur bir hobbi idi. Hal-hazırda da fotoqrafiya, video çəkimlərində kələbəklərdən geniş şəkildə istifadə olunur və onların təbiətdə mövcudluğu yüksək mədəniyyət kimi qəbul olunmaqdadır.

Xristian simvolizmində kələbək

Xristian ənənəsi kələbəyi dirilmənin simvolu olaraq görür. Əhdi-Ətiq hekayəsinə görə Məsih çarmıxda öldü, üç gün ərzində qəbrə basdırıldı və həyata  ümid vermək üçün ölümdən sonra yenidən həyata qayıtdı. Pasxa mövsümündə xristianlar üçün kələbəklər xüsusilə vacib simvollardır. Kələbək uzun müddət koza içərisində basdırılmış və yeni bir həyatda ortaya çıxan bir tırtılın “ölməsi” olaraq görülə bilər. Simvolik olaraq, kələbəklər adi səviyyədən keçib cənnətə uçuşa qadir olan varlıqlardır.

Xristianlıqda kələbək İsanın və ona inanların dirilişini simvolizə edir. Yəni tırtılın sanki çarmıxa çəkilmədən sonra məzarın içinə atılan ölü kimi kozaya dönməsi, daha sonra isə daha gözəl və güclü şəkildə meydana gəlməsi İsa peyğəmbərin qayıdışına inamı ifadə etmişdir. “İncil”də deyilir: “Eləsə, ölülərin dirilişi ilə olacaqmı? Əkilən vücud pozula bilir, pozulmaz hala gəlir. Şərəfsizliyə əkilir, şərəfləndirirlir. Gücsüzlərə əkilir, güclənir. Təbii bir vücuda əkilir, mənəvi bir bədən yetişdirirlir”.

Kələbək rənglərinin mənəvi anlamı
Bəyaz kələbək

Dünyanın bütün mədəniyyətlərində ağ rəng saflığı təmsil edir. Bəyaz kələbək ağ göyərçin, ağ gül kimi yaxşılığa doğru dəyişməyi ifadə edir. Eyni zamanda, mənəvi inkişaf, böyümək, bilgəlik və doğru yolda olmağın simvoludur. Bununla yanaşı, bir çox dünya dinlərində və mədəniyyətlərində bəyaz kələbək gözəl şans xəbərçisi kimi görülmüşdür.

Bir kələbəyin daşıdığı rənglərin mənalarının dünya mədəniyətlərində fərqli şəkildə ortaya çıxması da müşahidə olunmaqdadır. Məsələn, çin mədəniyyətində bəyaz kələbək sevilməsinə baxmayaraq, ayrılan birinin ruhunu simvollaşdırır. Qara ayaq adı daşıyan yerli Amerika qəbiləsi bəyaz kələbəkləri yuxularının daşıyıcıları olaraq qəbul edirlər.

Bəyaz kələbəklərin mələklər dünyasından yaxşılığa çevrilən bir mənəvi dəyişim olacağına dair mesajlar gətirdiyinə inanılır.

Sarı Kələbək

Sarı rəng insanın həyatında yeni ümidləri təmsil edir. Bu baxımdan bir çox mədəniyyətlərdə yaxınlığınızda çırpınan sarı kələbiyin sizə söyləyəcək bir çox sözü olduğuna inanılır. Sarı kələbəklər yaxşı xəbəri təmsil edər, pozitiv duyğular bəxş edir.

Qədim mədəniyyətlərdə bir dənizçinin sarı kələbək ilə qarşılaşması səfəri zamanı daha təmkinli davranmalı olması mənasına gəlirdi.

İrlandiya mədəniyyətində sarı kələbək ölümdən sonra barış içində dinlənən ruhları təmsil edir. İngilis mədəniyyətində isə xəstəlik və ya xəstəlik şəklindəki kədərli günlərin ailəyə yaxınlaşmasının xəbərçisi kimi qəbul edilir.

Şotlandlar sarı kələbəyi bir şans kimi görür və onu görənlərin cənnət əhli olacaqlarını düşünürlər.

Qara kələbək

Qara kələbəklər digər növlər kimi geniş yayılmamışlar, onlar kədərli duyğulardan xəbər verməkdədir. Qara kələbəklərin insanların inaclarından asılı olaraq çox saylı mənaları və müxtəlif mədəniyyətlərdə fərqli yorumları da vardır. Qara kəpənək hər zaman bir insanın həyatına girməmiş pisliyə və ya qaranlığa işarə olmuşdur.

Aztek mifologiyasına görə qara kələbək dəyişiklik, sərbəstlik və yenidən doğuşu təmsil edir. Qara rəngli kələbəklər güc, nüfuz, cinsəllik, sirr, qəzəb, qorxu, pislik və s. duyğularla da əlaqələndirilir.

Çin mədəniyyətində qara kələbək ölüm simvolu olaraq görülür və kiminsə tezliklə öləcəyi xəbərdarlığı sayılır.

Narıncı Kələbək

Kələbək özlüyündə nikbin bir ruh ifadə etsə də, narıncı kələbək xəyal qırıqlığlı ilə bağlı qəzəb və təcavüzi təmsil edir. Narıncı kələbək həyat və məntiq ilə əlaqəli düşünüldüyü üçün tutqunun da ifadəçisi olmuşdur. Onun insanları daha sosial olmağa, yeni insanlarla tanışlığa və xoşbəxt bir həyat yaşamağa təşviq etdiyi düşünülməkdədir.

Hökmdar kələbəklər

Hökmdar kələbəklər ilham, gözəllik və həssaslığı təmsil edir. Onlar ruhsal bir dəyişikliyin işarəsi olaraq xəstəliklərin ortaya çıxacağının xəbərçiləri kimi düşünülür.

Hökmdar kələbəklərin mənəvi aləmdən bir işarə gətirdikləri inancına da təsadüf olunmaqdadır. Əgər hökmdar kələbəkləri görsəniz, bu yaxın zamanlarda ölmüş bir əzizinizdən xəbər gətirdiyinə inam kimi qəbul edilir. Çünki kələbəklər dünya ilə ruh arasında asanlıqla səyahət edir.
    
Azərbaycan türkcəsinə uyğunlaşdıran: Bəsirə Əzizəli
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.