Səxavət Sahil - Obrazı necə yaratmalı?

18.10.19

Məşhur Amerika yazıçısı Ernest Heminqueyin gənc yazarlara belə bir tövsiyəsi var: "Elə bir obraz yaradın ki, onu öz yanınızda görə biləsiniz, yaratdığınız obraz ətrafınızda dolaşa bilsin. Heminquey sözün əsl mənasında dünyanı gəzib, görmüş bir sənətkar olub. Bir neçə dəfə ailə qurub, ayrı-ayrı şəhərlərdə yaşayıb, müxtəlif qadınlara sevgi macərası olub. Yəni onun təcrübəsi və həyat yolu imkan verib ki, belə bir məsləhət versin.

  Ədəbi obrazlar, əslində, canlı varlıqlardır. Onların ömrü hətta insan ömründən də uzundur. Servantesin Don Kixotu, Tolstoyun Anna Kareninası, Şekspirin Hamleti, Floberin Madam Bovarisi, Coysun Ulissi bizimlə birgə yaşayır, bizdən sonra da yaşayacaq. Biz tez-tez hər gün bu qəhrəmanları xatırladan insanlarla rastlaşırıq. Bəzən elə olur ki, müəllif ikinci plana keçir, onun yaratdığı qəhrəman daha çox qabarır. Məsələn, Don Kixot obrazını buna misal çəkmək olar. Məncə, Migel de Servantes tanınmaqda öz obrazından geri qalır. Buna müəllifin xoşbəxtliyi də demək olar, bir az da müasir düşüncə ilə yanaşsaq müəllifin ölümü də deyə bilərik.  Azərbaycan ədəbiyyatında da dillər əzbəri olan, özünə müstəqil yaşamaq hüququ qazanan ədəbi qəhrəmanlar var. Mirzə Cəlilin Şeyx Nəsrullahı, Mirzə Fətəli Axundovun Hacı Qarası kimi obrazlar özgür yaşamaq hüququ əldə ediblər.

  Ədəbi tənqidçilərin bir qismi hesab edir ki, əsərin qəhrəmanı yadda qalmalı, oxucuda dərin təəssürat oyatmalıdır. Qəhrəmanı xatırlanmayan əsər uzun müddət yaşaya bilməz, unudulacaqdır. Bəzi tənqidçilər isə düşünür ki, əsas əsərin süjeti yadda qalmalıdır, hadisələr oxucunun cəlb etməlidir. Qəhrəmanlar obrazlar yadda qalmasa da əsərin süjet xətti oxucunu təsiri altına almalıdır.

  Bəs bu obrazı necə yaratmaq lazımdır? Ona əbədi həyat qazandırmaq üçün yazıçı nə etməlidir, necə yazmalıdır? Bu sual yazıçıların heç də hamısını maraqlandırmır. İndi kitab bazarında daha çox gündəmdə olmaq və çox satılmaq əsas meyara çevrilib. Yenə qayıdıram Ernest Heminqueyin gənc yazarlara tövsiyəsinə. İndi bu tövsiyə nə qədər aktualdır. Dünyada ədəbiyyatın istiqamətinin dəyişdiyi, hətta postmodernizimin də köhnəldiyi bir dövrdə Heminqueyin məsləhəti öz dəyərində qalırmı? Təbii ki yazıçı yaratdığı obrazı hiss etməli, görməli və ona inanmalıdır. İndiki ədəbi tələblərlə yanaşsaq yazıçı öz obrazını bu tələblərdən kənarda da saxlaya bilər. Lakin əsas məsələ odur ki, oxucu əsərin qəhrəmanlarına inansın.
  Yazıçı öz qəhrəmanını necə seçməlidir? Həyatdan, tanıdığı adamlardan, şahidi olduğu hadisələrdən, yoxsa özündən əvvəlki dövrdən, tarixdən götürməlidir? Bəlkə təxəyyülündə yaratmalıdır, fantaziyasını işə salmalıdır, mətn içində olan mətnlərdə gizlənməlidir? Bəlkə, paralel zamanlar içində olmalıdır qəhrəman, həm indiki həm keçmişi həm də gələcəyin içində var-gəl etməlidir? Bu suallar qalsın bir yana. Mətnə necə başlamaq lazımdır? Yazacağı əsərin süjetini əvvəlcədən düşünürlər, yoxsa hər şey yazanda meydana gəlir. Reallığı yazmalı, yoxsa özündən uydurmalı? Olmuş hadisəni öz əlavələrinlə zənginləşdirib oxucuya təqdim etsə necə olar? Bəs qəhrəmanların adları? Onlar necə olsun, təsadüfi bir ad, yoxsa obrazı ifadə edən ad olmalıdır? Bəlkə, yazıçı qəhrəmanının əvəzinə danışmalıdır, obrazı müəllifə çevirməlidir? Digər tərəfdən müəllif qarşısında mürəkkəb, yoxsa sadə yazmaq sualı da var. Oxucu sadə əsərləri başa düşdüyünə görə bəyənməyə bilər. Ya da qarışıq süjetlər, mürəkkəb cümlələrlə oxucunu qaranlığa salmaq lazımdır...

  Bu qədər sualların qarşısında müəllif elə yazmalıdır ki, oxucuda əlavə sual yaranmasın. 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.