Ülvi Babasoy - Seymur Baycanın hekayələri daha çox Mopassanvaridir

24.10.19

Avanqard.net ədəbiyyatşünas və tənqidçi Ülvi Babasoyun "Yazı masasında dünya ədəbiyyatı..."  məqaləsini təqdim edir.

"Baxıram əlimdə Bolesə yazdığım məktub. Uff!
  – Qulaq asın, Tereza! Bu nə deməkdir? Başqalarının yazmasını neynirsiniz ki, mən yazdığımı heç göndərməmisiniz axı?
  – Kimə?
  – Ona da... Bolesə.
  – Boles yoxdu axı!
  Heç bir şey başa düşmürəm! Tüpürüb getməkdən başqa yol qalmadı. Amma qadın izah etdi.
  – Neynək? – küskün halda dedi. – O yoxdu, deməli, yoxdu. – Və sanki onun niyə var olmadığını anlamırmış kimi əllərini açdı, – Mənsə istəyirəm ki, o, olsun... Məgər mən də hamı kimi insan deyiləm? Əlbəttə, mən... mən bilirəm ki... Amma mənim ona yazmağımın heç kəsə zərəri yoxdu axı...
  – Bağışlayın kimə?
  – Bolesə də!
  – O yoxdu axı”. 

(Maksim Qorki: "Boles”. Tərcümə edən: Xanım Aydın )
 
 
 "– Sizə bunu kim deyib?
  – Kimin deməyi o qədər də əhəmiyyətli deyil.
  – Siz kimsiniz?
  – Mən Bəhramın arvadıyam. Bəs siz kimsiniz?
  – Düzü, heç bilmirəm, sizə necə cavab verim.
  – Mən eşitmişdim ki, Bəhram cavan bir qızla görüşürmüş. Təsadüfən həmin qız siz deyilsiniz?
  – Yox, mən Bəhramla heç vaxt görüşməmişəm.
  – Əgər elədirsə, onda siz niyə Bəhramın qəbri üstə gəlib göz yaşı axıdırsınız?
  – Bu, mənim şəxsi işimdir. Sizə heç dəxli yoxdu.
  Qadının iri, qara gözlərindən qəzəb qığılcımları saçıldı. Özü də gözlərinin ikisi birdən deyil, gah biri, gah da digəri qığılcım saçmağa başladı. O, istədi, Əminənin saçından tutub söyüd ağaclarının altında sağa-sola sürüsün, çətin də olsa özünü saxlamağa məcbur etdi”.                  

(Seymur Baycan: "Qəbiristanlıqda” )
 
Maksim Qorkinin "Boles”, Seymur Baycanın "Qəbiristanlıqda” hekayələrindən passajlardır. Hər iki mətn, məncə, hekayə sənətində nadir nümunələrdəndir. Azərbaycan ədəbiyyatında Seymur Baycan kompozisiya yaratmaqda bənzərsizdir. Seymurun hekayə və romanlarını hər hansı yöndən tənqid etmək mümkündür. Ancaq o, fərqli, məxsusi konfiqurasiya yaratmaqda peşəkardır. Hadisələr həssas, intellektual emosiya ilə yaradılır. Əksər hallarda bədii mətnlərdə intellektual emosiya süni təsir bağışlayır. Yəqin ki, Seymur Baycanın Borxesi sevməməsinin əsas səbəblərindən biri də budur. Seymur Baycan "Ət və ət məhsulları” əsərində orqanik intellektual emosiya, reflektiv müşahidə və analizlərlə məzmunca polifonik bir təhkiyə texnikasından istifadə edib. Ədəbiyyatımız üçün yeni olan bədii struktur "Ət və ət məhsulları”nda üzə çıxdı. Müəllifə görə, "skelet roman” olan "Ət və ət məhsulları” dünya ədəbiyyatında ilkdir. Romanın estetik profili müəlliflə razılaşmaq üçün əsas verir. "Quqark” romanı isə Qarabağ mövzusunda yazılan onlarla, yüzlərlə əsərdən fərqləndi.  Bu roman barədə həqiqət duyğusu olan  yazıları yazıçı Nərmin Kamal və kinotənqidçi Sevda Sultanova yazdı. Romanın özü kimi. Nərmin Kamal  zəki və soyuqqanlı təhlillər apardı. Sevda Sultanova romanın duyğu estetikasını ifadə etdi.

XXI yüz il Azərbaycan ədəbiyyatında özünüironiya, sarkazm və yumorun bədii təyinatı, estetik elastikliyi "Ət və ət məhsulları”nda olduğu qədər heç bir bədii mətndə yoxdur, ən azından mən görməmişəm. Milan Kundera "Pərdə” kitabında Vitold Qombroviçin ədəbi zövqü və istedadı çərçivəsində roman tarixinə baxır. "Qombroviçin yaradıcılıq atelyesindən roman tarixi” analiz edilir. Və nəhayətdə Qombroviçin sevdiyi yazıçılar və yaradıclığındakı kəşflər maraq doğurur. Seymur Baycan da roman və hekayələri ilə yanaşı öz yazı masasından dünya ədəbiyyatına mütəmadi səyahət edir. Akademik təyinatlardan və terminologiyadan uzaq esselər yazır. Bir ədəbiyyat adamı kimi Seymurun esseləri bir çox ədəbiyyat bilicilərinin söz yığınlarından daha sadə və maraqlı gəlir mənə. 

S.Baycanın "Ət və ət məhsulları”, "18,6 sm” romanları Qombroviçin "Ferdidurka” və "Pornoqrafiya” romanları ilə eyni estetik məkanı bölüşə bilir. Bu romanların müqayisəli analizi vacibdir. Başqa bir yazıda bu müqayisəyə ehtiyac duyuram. Əlbəttə ki, istənilən müqayisə yarımçıq və qüsurludur. Yenə də müqayisəli ədəbiyyat çağında belə bir metod ən uyğunudur. Devid Damroşun "dünya ədəbiyyatı” tezisi ilə yanaşsaq Seymur Baycan aparıcı dünya dillərinə çevrilməli və dünya oxucusuna təqdim edilməlidir. Məhz bu prosesdən sonrakı reaksiyalar Seymurun dünya ədəbiyyatına daxil olmağını müəyyənləşdirəcək.

Qayıdaq qəbiristanlığa.  "Qəbiristanlıqda” hekayəsinin qəhrəmanı Əminə hər şənbə günü ölən sevglisi Bəhramın qəbrini ziyarət edir. Boş yerə əsərdə şablon mövzular axtarmayın. Yazıçı da, oxucu da, hətta qəhrəman belə bir vaxtlar Bəhramın da Əminəni sevdiyinə, onunla sevgili olduğuna şübhə etmir. Lakin şənbə günlərindən birində Bəhramın həyat yoldaşı Əminənin qarşısına çıxıb deyir ki, sən nə haqla mənim ərimin qəbrini ziyarət edirsən?

"Boles” hekayəsində isə fahişəlik edən Tereza qonşuluqda yaşayan oğlandan xahiş edir ki, sevgilisi "Boles”ə məktub yazsın. Bir gün məlum olur ki, Boles adlı adam yoxdur. Tereza öz tənhalığına, talesizliyinə təsəlli axtarır. Oğlan o gündən Terezadan Bolesə, Bolesdən Terezaya məktub yazır.

"Qəbiristanlıqda” hekayəsi roman strukturundadır. Əbəs yerə Mopassana həsr edilməyib. Seymur Baycanın hekayələri daha çox Mopassanvaridir. Kompozisiyaya əməl edilir. Giriş, hadisələrin inkişaf dinamikası və nəticə var. Çexovda isə giriş və nəticə ya yoxdur, ya da elə bir düşüncə yaradır. An hekayələridir. "Qəbiristanlıqda” giriş və nəticə həm var, həm də yoxdur. Çexovla Mopassan hekayələri bir-birinə qarışıb.

"Boles” hekayəsi haqda yazmışdım ki, var olmayan eşqin var olan gözəlliyidir bu. "Qəbiristanlıqda” hekayəsində vəziyyət fərqlidir. Əminə dirilərdən qaçıb ölülərə sığınır. Necə olur ki, salamat olan bir insan yoxdur Əminənin yaşadığı mühitdə? Hara yozursan, yoz, yoxdur. Əminənin magik, sürreal dünyasında da, antiqəhrəmanın mövcud ola bilməmək problemində, ekzistensial situasiyada  da heç nə dəyişmir. Bu məqamda söz də, hətta ədəbiyyatın özü də əbəs gəlir adama. Seymur Baycanın yazı masasından dünya ədəbiyyatına daxil oluruq. Damroşun "dünya ədəbiyyatı varmı?”, sualına ehtiyac qalmır. Müqayisəli ədəbiyyat davam edir. Seymurun hər şeyə rəğmən yazması kimi.

/Artkaspi.az/

Yenililklər
03.07.20
Mədəniyyət Nazirliyi Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib
03.07.20
“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb
02.07.20
Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20
COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
01.07.20
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib
01.07.20
Saedinin dünyaca məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda nəşr edildi
01.07.20
Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
30.06.20
Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20
Simran Qədimin yeni kitabı çap olunub
30.06.20
Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
27.06.20
Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20
Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
26.06.20
Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Fərid Muradzadə - Güclü kişi 
26.06.20
Simran Qədim - Təhlükə: COVID-19
26.06.20
Məmmədov Eşqin - Payız məni darıxdırır, ilahi!
26.06.20
Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )
26.06.20
Tarix İnstitutunda “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” kitabı çap edilib
26.06.20
Dahilərin, yaradıcı insanların problemi: Bipolar xəstəlik
26.06.20
Azad Qaradərəli - Azər Abdullanın “Qəmərlidən keçən qatar” hekayəsinin ismarıcları
26.06.20
Mübariz Örən: "Yazıçı söz yaratmaqdan qorxmamalıdı" - Müsahibə
26.06.20
Daşkənddə “Azərbaycan Demokratik Respublikası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı çap olunub
26.06.20
“Məhtimqulu və Türk dünyası” adlı Beynəlxalq onlayn konfrans keçirilib
24.06.20
Orxan Saffari - Balığı güldürən azərbaycanlı yazıçı
23.06.20
İsmayıl Mərcanlı İmanzadə - Xatirələr tüstülənən ocaqmış...
22.06.20
Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi
22.06.20
Tanınmış ispaniyalı yazıçı vəfat edib
20.06.20
Atif Abbasov - Bilinən və bilinməyən Nəsrəddin Tusi
19.06.20
Bu kino ki var, bəs bizdə niyə yoxdur? - ARAŞDIRMA
19.06.20
Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpadan sonra açılışı olub
19.06.20

"Ulduz"un yeni sayı çıxıb

18.06.20
Ayxan Ayvazın “Mavra, Zəhra və başqaları” adlı kitabı çap olunub
18.06.20
Gənc yazardan Prezidentə müraciət: "Bu dəfə ümid sizədir"
16.06.20
Fərid Hüseynin Türkiyədə kitabı çap olunub
16.06.20

Gələn il “Eurovision” bu tarixlərdə keçiriləcək

15.06.20
Emil Rasimoğlu:"Azər Turanın istefa verməyi hesab edirəm ki, bu məqamda ən gözəl addımdır"
14.06.20
Gənc yazarlardan Azər Turana etiraz:“Götür bir istefa ərizəsi yaz”
12.06.20
"Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyənləşib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.