Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı olub
29.10.19

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsi Məlikzadənin anadan olmasının 85 illiyi münasibətilə çap olunmuş “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Mədəniyyət Nazirliyi, Milli Kitabxananın birgə təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə çap olunub.

Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov İsi Məlikzadənin əsərlərinin rus yazıçısı Anton Çexovun yaradıcılığı ilə müqayisə oluna biləcəyini söyləyib və onun duzlu-şirin yazıları ilə ədəbiyyat tarixində əbədi yaşayacağını qeyd edib. O, kitabın əhəmiyyətini xüsusilə qeyd edərək bildirib ki, gənc nəsil onun hekayə və povestlərini oxuyarkən onlarda yazıçı haqqında geniş təsəvvür yaranacaq.

AYB-nin sədri, Xalq yazıçısı Anar deyib: “İsi Məlikzadə ötən əsrin 60-cı illərinə mənsub olan ən istedadlı yazıçılardan biri olub. Ona klassik yazıçı deməyə haqqımız çatır. Əsərlərində qarabağlıların bənzərsiz yumorunu çox böyük koloritlə qələmə alıb. Yazıçının əsərlərinin qəhrəmanları da real həyatdan götürülüb”.

Onun sözlərinə görə, istedadlı yazıçının dünyadan vaxtsız getməsinə Qarabağ hadisələri səbəbi olub, çünki bu hadisələri o, ürəkdə yaşayıb.

AYB-nin katibi Rəşad Məcid kitabın hazırlanmasında baş redaktoru olduğu “525-ci qəzet”in böyük əməyi olduğunu vurğulayıb. Bildirib ki, bu günə qədər İsi Məlikzadənin latın qrafikasıyla kitabı çap olunmayıb. Kitabda tanınmış ədiblərimizin fikirləri də əksini tapıb. O, İsi Məlikzadənin Ağcabədidə xatirə muzeyinin yaradılmasının vacibliyini xüsusilə qeyd edib.

Milli Məclisin deputatları Aqil Abbas və Tahir Rzayev yazıçı haqqında xatirələrini bölüşüblər.

Filologiya elmləri doktoru Asif Rüstəmli Milli Kitabxanaya, Yazıçılar Birliyinə və kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edərək bildirib ki, bu kitab İsi Məlikzadənin yubileyinə ən sanballı töhfədir.

Jurnalist Əsəd Cahangir çıxış edərək tədbirin əhəmiyyətini vurğulayaraq “Ədəbiyyat” qəzetində çap etdirdiyi “Qatarda keçən 30 il” məqaləsindən danışıb. O, bildirib ki, onun yaradıcılığında kənd mövzusu, torpağa sadiqlik əsas olub və İsi Məlikzadəni “realist-psixoloji yazıçı” kimi dəyərləndirib.

Sonda tədbir iştirakçıları İsi Məlikzadənin əsərlərindən ibarət “İsi Məlikzadə - 85” adlı sərgi ilə tanış olub və sərgi önündə xatirə şəkli çəkilib.

Yenililklər
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
09.11.19
Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” çap olunub
09.11.19
Qürbətdə kabusa dönüb yuxulara gələn xatirələr
09.11.19
Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimatı keçirilib
06.11.19
“Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib
06.11.19
“İçərişəhər”də Dövlət Bayrağı Günü münasibəti ilə dəyirmi masa keçirilib
04.11.19
Bolqarıstanda Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı çap olunub
04.11.19
Elyar Təbrizli - Mirzə Melkumun siyasi fəaliyyəti və düşüncəsi
01.11.19
 Mədəniyyət Nazirliyi ssenari müsabiqəsi elan edib
01.11.19
Cavanşir Yusiflinin yeni kitabı nəşr olunub
01.11.19
Şahbaz Xuduoğlu məşhur əsəri dilimizə çevirdi
31.10.19
Fərid Hüseynin poetik dünyası
31.10.19
"Ulduz" jurnalının oktyabr sayı işı üzü gördü
31.10.19
Aqşin Yeniseyin yeni romanı çap olunub
31.10.19
Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” kitabının imza günü keçirilib
31.10.19
Qalib Şəfahətin iki kitabı işıq üzü gördü
30.10.19
Dr. Məhəmmədrza Batini İsfahani - Fars dili qeyri-məhsuldar dildir
29.10.19
"Qanun"dan iki yeni kitab
29.10.19
Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı olub
29.10.19
Gözəl göy gözlərini mən ovum dimdiyimlə
29.10.19

"Poetika.izm" jurnalının yeni sayı çıxıb

29.10.19
Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
25.10.19
Naşir Müşfiq Xan: “Kitab şokolad qutusu deyil ki, onu yeri gəldi, gəlmədi hədiyyə edəsən” - SƏNƏT VƏ SÖHBƏT
25.10.19
Instagram poeziyası - Qədim sənətin yeni forması
24.10.19
Ülvi Babasoy - Seymur Baycanın hekayələri daha çox Mopassanvaridir
23.10.19
Səxavət Sahil - Homerə uduzan Hesiod
23.10.19
Nobel mükafatının layiqli sahibləri, yoxsa bəxtləri üzlərinə gülənlər?
23.10.19
Muhsin Kadıoğlu - Kələbək simvolları
23.10.19
“Hədəf”dən 30 000 manatlıq kitab hədiyyəsi
23.10.19
Uluslararası Vizyon Üniversitesinde uluslararası konferans düzenledi
22.10.19
Nəsiminin qəzəlləri on beş dildə nəşr olunub
21.10.19
VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu  keçirilib
21.10.19
“Akademik Məmmədağa Şirəliyev və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçiriləcək
21.10.19
“Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinin qazax dilində təqdimatı olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.