Elyar Təbrizli - Mirzə Melkumun siyasi fəaliyyəti və düşüncəsi
04.11.19

Yazıda İranda Məşrutə inqilabından öncə ölkənin müasir inkişafına qatqı göstərib maarifçilik  hərəkatının  önündə gedən  ziyalılardan biri Mirzə Melkumun siyası fəaliyyəti və düşüncəsi araşdırılır. İranın müasir tarixində, xüsusilə məşrutə və ondan sonrakı dövrdə, eləcə  də Pəhləvi rejiminin ilk başlanğıcında siyasi hadisələrin istiqamətini dərk etmək üçün onun “İran ziyalılarının atası” adlandırılması bəhsinə toxunulur.

 Eləcə də Mirzə  Melkumun İngilis təmayüllü olması və bir fiqur  kimi siyasi hadisələrdə oynadığı rolu araşdırılır. Araşdırma nəticəsində məlum  olur  ki, Melkum xan London və Tehran arasında siyasi və bəzi hallarda iqtisadi bir dəllal idi. Bu üzdən onu İngiltərənin maraqlarını qoruyan bir cəsus hesab etmək olar.Onun üstəlik Mirzə  ağa  Təbrizinin əsərlərini  öz  adına çıxmsı  isə onu “ədəbi oğru” olmasına  da dəlalət  edir.

İranın müasir siyasi tarixini, xüsusilə hakimiyyət strukturunu izləyib yaxından  tanıdıqca bir  üstü  açılmamış hadisələrin və çox gerçəklərin  şahidi  oluruq.
Özəliklədə   hər iki rejimin(Pəhləvi və İslam Cümhuriyyəti) azad fikirli, tərəfsiz mütəfəkkir bir insan mütaliə edərkən bu rejimlərin əsas strukturlarının qeyri-təbii  və keçmişdəki qeyri-mütəmərkəz cərəyanın əksini görəcək. Bütün siyasi–mədəni və sosial həyatda  baş  verənlərin əsası 1304-ci (1925) ildə yəni, Pəhləvi hakimiyyəti illərində qoyulsa da, bu xətaların kökünü  ondan öncə, yəni XVIII əsr  Qacar dövründə axtarmaq gərəkir.
Bir tərəfdən Avropa gücləri, xüsusilə İngiltərə, Fransa, Almaniya və həmçinin Çar Rusiyası  yeni torpaqlar ələ keçirmək üçün Orta Şərqi rəqabət meydanına çevirmişdi. Digər tərəfdən isə İranda siyasi və hərbi münaqişələr nəticəsində Qacar hakimiyyəti zəiflərkən cəmiyyət arasında bir qrup siyasət  adamlarının mövqelərində  sabit  qalmasının  şahidi oluruq. Bu ziyalılar sivilizasiya dövrünün ilk ziyalıları olaraq XVIII əsr Avropa mərkəzçi cərəyanlarının  fikirlərini  mənimsəyə  bilmişdilər. Onlar hiyləgərliklə ölkədəki siyasi-mədəni plüralist ənənələri zəiflətməyə çalışırdılar. Onların öndə  gedənlərdən biri də Mirzə Melkum  idi.  Mirzə Melkumun İngiltərə ilə sıx bağlılığı, əlli illik siyası həyatında  Londonda uzun müddət( hətta  br  ara İran dövlətinin rəsmi nümayəndəsi qismində) yaşaması, onu İranda Britaniya siyasətinin ən önəmlı fiqurlarından birinə çevirmişdi.
Mirzə Melkum erməni soylu idi, erməni ailəsində doğulmuşdu. Ən mühümü də  budur  ki, eyni halda öz dövrünün və ondan sonrakı dövrün təzadlı və mübahisələrə  səbəb  olan siyasi şəxsiyyətlərindən biri sayılır.  Melkum xandan sonrakı dövrdə yaşayan İranın bir çox mərkəzçı elitləri onu “İran Ziyalılarının Atası” adlandırmışlar.
Bu məqalədə Qacar dövrünün ən mübahisə doğuran siyası-ictimai şəxsiyyətinin- Mirzə Melkumun düşüncə və fəaliyyətini izləməyə çalışacağıq İranda Monolit hakimiyyətin yaranmasında ən mühüm siyasi şəxsiyyətlərdən biri kimi Mirzə Melkum siyasi-mədəni baxımdan ölkəyə çox ağır zərbə vurmuşdur. O, fars olmayan xalqların dil və mədəniyyətlərinin məhv edilməsində önəmli rol oynayıb.

Melkum Xan kimdir?

Mirzə Melkum  İsfahan ermənilərindən idi. O, Nazimü-Dövlə və Şahzadə ləqəbi ilə tanınrdı. O, 1249-cu hq ilində(1831) İsfahanda anadan olub. Onun atası Mirzə Yaqub da erməni olub. Yaqub Xanın atası Abrahim Melkum də İsfahanda doğulub.  Abrahim Melkum də erməni olub, anası isə fransız idi.
Mirzə Yaqub erməni olduğundan təhsil almaq üçün Hidistana gedir və orada ermənilərin icmasına daxil olur. O, sonralar ticarət etmək üçün bəzi həm məsləkləri ilə Uzaq Şərqdə yerləşən  “Cava” adasına gedərək bir müddət orada yaşayır.
İran tarixində Mirzə Melkumun necə rol oynadığını araşdırmaq üçün onun düşüncə və siyasi yaşayışını, ailəsinin kim olduğunu öyrənmək yerinə  düşər. Çünki atası, yəni erməni Mirzə Yaqub onun təlim-tərbiyəsində, hətta oğlunun siyasət meydanına qədəm qoymasında, habelə Qacar dövlətinin məmuru olmasında çox mühüm rol oynamışdır. Mirzə Melkum kimi atası Mirzə Yaqub da Qacar tarixində-  Nəsirəddin şah dövründə mübhim və mübahisə doğuran personajlardan biri idi.
Deyilənlərə görə Erməni Mirzə Yaqub İrana qayıtdıqdan sonra müsəlmanlığı qəbul edir. Tehrandakı Rusiya səfirliyində tərcüməçi kimi işə başlayır. Bir çox rəvayətlərə görə Mirzə Yaqub və oğlu Mirzə Melkumun islamı  qəbul etmələri məsləhət üzündən olmuşdur. Onlar batində erməni məsləkində qalmışlar.
Mirzə Yaqub islam ayinlərini tam dəqiqliyi ilə yerinə yetirməsinə baxmayaraq, tədqiqatçıların bir çoxu onun həqiqi müsəlman olmasına inanmırlar. Onların fikrincə o, yalandan islama təzahür edirmiş. Hətta onlar Mirzə Melkumun müsəlman olmadığı qənaətindədirlər.
Hamed Elqar yazırdı  ki, - Mirzə Melkum  həm İranda və həm də xaricdə ermənilərlə müaşirət etməyə meyilli olmadığına baxmayaraq, adının ermənicə qoruyub saxlaması müsəlmanlıqda  səmimi olmamasına dəlalət edir.(Elqar 1369- 1990)
Qeyd etmək lazımdır ki, təzə müsəlman olmuş erməni Mirzə adı ibrani kökündən götürülüb. (Mühit Tabatabai 1327- 1948)
Ən önəmli tarixi məqamlardan biri Əmir Kəbirin qətlində Mirzə Melkumun ailəsinin rolunun olmasıdır.
Mirzə Melkum və atasının İngiltərə dövlətinə bağlılığı, bu bağlılığın dairəsinin genişlənməsi onun siyasi-ictimai  fəaliyyətində görmək olar.
Əmir Kəbirin baş nazir olduğu dövrdə Mirzə Yaqub Tehranda Rusiya  səfirliyində tərcüməçi işləyirdi. O, gizili xəbərləri Əmir Kəbirə və onun rəqibi olan Aqaxan Nuriyə verdiyi üçün onların yaxın adamı hesab olunurdu. Müasir tarixdə yazıldığı kimi Mirzə Yaqub Əmir Kəbirin öldürülməsinin zəminini yaradan şəxslərdən biri olmuşdur. Buna səbəb isə Əmir Kəbirin öldürülməsinə Rusiya səfirinin razı olmaması idi. Əmir Kəbir işdən çıxarıldıqdan sonra İrandakı Rus səfiri I Pyotra məktub yazır. Məktubda xahiş edir ki,  Nəsirəddin  şah qarşısında vəsadət qaldırıb, ondan Əmir Kəbiri bağışlamasını rica etsin. Əmir Kəbirin işdən çıxarılması ingilislilərin xeyrinə idi. Çünki Əmir Kəbir İngiltərənin İranda apardığı siyasətinə qarşı idi. Həmçinin Əmir Kəbir işdən çıxarıldığından sonra Aqaxan Nurinin baş nazir olması İngiltərənin tam siyasəti ilə uzlaşırdı. Aqaxan ingilislərin İranda apardığı siyasətin tam tərəfdari idi. Rus səfiri “Əmir Kəbir zərbə görməsin” deyə onun bağışlanmasına çox çalışırdı. Bu əsnada Mirzə Yaqub Aqaxanın casusu olaraq ondan xahiş etdi ki, Rusiya tərəfindən Əmir Kəbirin bağışlanması üçün tədbir görülməsinə mane olsun. Hətta Əmir Kəbirin öldürülməsini tələb etdi. Əgər çar şəxsən  Nəsirəddin şah qarşısında vəsadət qaldırsaydı, çox güman  ki,  Nəsirəddin şah ona hörmət etdiyi üçün çarın xahişini yerinə yetirərdi. Əgər Əmir Kəbir qətlə yetirilməsəydi, çox ehtimal ki, yenidən nüfuz qazanıb öz postuna yiyələnərdi. Beləliklə Əmir Kəbirin qətlində Mirzə Yaqubun birbaşa oynadığı rol İngiltərənin İranda apardığı siyasətlə tam üst-üstə düşürdü. Demək olar ki, bu hadisədən sonra İran hakimiyyət dairəsində Mirzə Melkumun ailəsinin nüfuzunun artmasının şahidi oluruq. Mirzə Aqaxanın nazir olandan sonra Mirzə Melkumun ailəsi şah sarayına daha da yaxınlaşdı.
Mirzə Aqaxan Nurinin baş nazırliyi dövrü Mirzə Yaqubun oğlu “Jozef  Melkum” adlanırdı, Jozef dövlət tərədindən xaricə göndərilən tələbələr sırasında Fransaya ezam olundu. O, Parisdə erməni icmasına məxsus məktəbdə oxumağa başladı. “Jozef Melkum” öncə mühəndislik fakültəsində təhsil almağa başladı və sonra siyasi hüquqla maraqlandığı üçün təhsilini həmin fakültədə davam etdirdi. Yeddi il Fransada qaldı. Demək olar ki, bu müddət ərzində Fransa tərbiyəsinə yiyələndı. İrana qayıdarkən “Darül-fünun” məktəbində tərcüməçiliklə məşğul oldu. O dövrdə “Darül-fünun” məktəbində Avropadan gələn müəllimlər dərs verirdilər. Melkum də müəllimlərin tərçüməçisi olaraq bu məktəbdə işləyirdi. Lakin sonralar o, özü də müəllim kimi coğrafiya fənnini tədris etməyə başladı. Melkumun  Darül-fünunda işləməsini onun ilk sosial fəaliyyəti hesab etmək olar. Onun təbii fənnlərə meyli Fransada olarkən Sehrbazlıq(ovsun, gözbağlayıcılıq) fənnini  öyrənməyə sövq etmişdi. Onun bu sənətlə məşğul olması çox səs-kuyə səbəb oldu və onu  ictimaiyyətə tanıtdırdı. Çox ehtimal ki, bu tarixdən o, Mirzə Melkum  adı ilə tanınındığı üçün Jozef adınıdan vaz keçmişdı. Qeyd etmək lazımdır ki, o, daha heç vaxt Jozef adından istifadə etmədi. Onun ilk siyasi fəaliyyəti Fərrux Xan Əminü-Dövlə hakimiyyəti dövründə olmuşdur. O, artıq İran dövlətinin yüksək rütbəli məmuru idi. Əminü-Dövlə Herat problemini İngiltərənin böyük elçisi ilə müzakirə etmək üçün İstanbula gedərkən Mirzə Melkumu da özü ilə aparır. Mirzə Melkum bu səfərdə tərçüməçi və ya hansı vəzifəni daşıdığından asılı olmayaraq özü üçün  mövqe qazanır. Onun bir neçə xarıcı dil bilməsi, Avropa mədəniyyətinə yiyələnməsi və o dövrün siyasi vəziyyətini yaxşı analız etməsi onun Əminü-Dövlə ilə yaxınlaşmasına səbəb olur.

Mirzə Melkumun əsərləri

Mirzə Müküm Xan  bir çox  dissertasiyalar, esselər və məqalələr  müəllifidir.
Bu yazılarda Mirzə Melkum  çeşidli mövzulara işarə etmişdir. İlk olaraq 1325-ci hq(1906) ilində Haşım Rəbizadə, yəni Melkum Xanın ölümündən  bir il əvvəl onun bəzi dissertasiya və kitabçalarını toplayaraq, “Melkumun Külliyyatı” adı ilə nəşr etdi.
Sonra Məhəmməd Mühit Təbatəbai 1325-ci günəş (1946) ilində “Mirzə Melkumun əsərlərinin toplusu” adlı kitabı çap etdirdi.
Mirzə Melkumun ən mühüm əsər və yazılarını altı(6) fərqli mövzulara bölmək olar.  Hökumət və Hökmranlıq (dövlət), İqtisadiyyat, Siyasət, Sosial, Yeni əlifba, Massonizm, “Adəmiyyət Cəmiyyəti”( Bu cəmiyyət Məşrutə dövründə Abbasqulu Xan Qəzvini, “Adəmiyyət” təxəllüslü şəxs vasitəsi ilə yaradılmışdır- və Massonlara bağlı cəmiyyət idi - tərcüməçi)
Onun “Tənzimat Dəftəri”, “Dost və Nazir”, “Məhkəmə Aparatı” və “İranlı mədəniyyəti” adlı əsərləri  dövlət idarəetmə metotlarını izah edir. Həmçinin siyasətə aid əsərlər, o cümlədən “Mərv və Türkmanan”( Mari və türkmənlər), “Dövlət Politikası” adlı esselər onun ən mühüm yazılarından sayılır.
“Mərv Və Türkmanan” kitabında türkmənlər qarşısında İran dövlətinin apardığı siyasətdən bəhs edir.
Melkum massonlar və onların məqsədləri  barədə 5 kitab yazıbdır:
“Fəramuşxana”, “Üsuli-Adəmiyyət”, “Höccət”, “Müftah” və  “Tofiqi-Əmanət”

Mirzə Melkum, FraMassonizm (Massonizm) və Fəramüşxanənin təsis edilməsi

Mirzə Mülkumun siyasi nümayəndə heyəti ilə İstanbul və Parisə ilk səfəri Herat məsələsi ilə əlaqədar olaraq tarixi cəhətdən çox əhəmiyyətlidır. Amma ümumiyyətlə İranın müasir və mürəkkəb tarixinin eniş-yoxuşunda gözdən qaçırılan ən önəmli məsələlərdən biri ondan ibarətdir ki, Melkum xandan başqa Parisə gedən heyət üzvlərindən heç birisinin Avropa və Fransanın mədəniyyətindən, həmçinin onların apardıqları siyasətdən xəbəri olmamışdır.
Bu neçə həftəlik Paris səfərində çox güman ki,  Mirzə Melkumun planı əsasında heyət üzvləri “Böyük Şərq” və  onun  yuxarı təşkilatı olan “Səmimi Dostluq” adlı Masson cəmiyyətinə üzv oldular. Çox ehtimal ki, Melkum xan özü yeddi il Fransada qaldığı müddətdə bu təşkilata üzv olmuşdur. O, İrana qayıtdıqdan sonra da  cəmiyyət arasında bu təşkilata üzv olmağı təbliq edirdi. Demək olar ki, Mirzə Melkum Masson təşkilatına üzv olan ilk İranlı deyil. “Töhvətül-Aləm” kitabının müəllifi Seyid Əbdül-Lətif Hindistanda olarkən Masson təşkilatının üzvlüyünü qəbul edərək İrana qayıtmışdır. O da İranda Massonların məsləkini təbliğ edirdi. Əlbəttə cəmiyyət formasında deyil, fərd olaraq təbliğat aparırdı.
Mirzə Əbutalıb adlı bir şəxs də Melkumdən öncə masson olmuşdur. İranın Londondakı səfiri Mirzə Əbül-Həsən xan Şirazi İngiltərənin Hindistandakı müxtar naziri və komandiri vasitəsilə Masson təşkilatına cəlb olunmuşdur.
Tarixi sənədlərə əsasən Melkumdən öncə başqa şəxslər də Masson təşkilatına üzv olmuşlar. Amma şübhəsiz İranlı Massonlar arasında Melkum xanın özünəməxsus yeri və mövqeyi vardır.
Mirzə Melkum  İrana qayıtdıqdan sonra atasının yardımı ilə “Fəramuşxana” adlı ilk rəsmi Masson təşkilatı yaratdı. Bu təşkilat 1858-ci ildə Tehranda təsis edildi. Bu təşkilatın gizli fəaliyyəti  Nəsirəddin şahın narahatatlığına səbəb oldu. Ona görə də bu təşkilatın bağlanmasına göstəriş verərək bütün üzvlərinin tutulmasını tələb etdi.
Bu üzdən Mirzə Melkum  Hindistana sürgün edildi. “Fəramuşxana” təşkilatı bağlandıqdan sonra Mirzə Melkum  “Məcməi-Adəmiyyət” (Adəmiyyət Yığıncağı) adlı yeni bir qurum 
uygunlaşdıran Pərvanə Məmmədliyaratdı. Demək olar ki, bu qurum “Fəramuşxana” təşkilatının davamçısı olaraq onun məram və məqsədini təbliğ edirdi. Bu qurumun fəaliyyət dairəsi  “Fəramuşxana” cəmiyyətindən daha geniş idi. Çünki “Fəramuşxana”nın əksinə olaraq təkcə Tehranda deyil, başqa şəhərlərdə də şöbələri var idi. Melkum yaratdığı Masson cəmiyyətinin mərkəzini “Mədineyi-Şərifə” adlandırdı. “Məcməi-Adəmiyyət” təşkilatının üzvlərini də üç qrupa böldü. Onlara “Hadi”, “Əmin” və “Adəm”  adı verdi. (İsmayıl Rain 1357).
Mİrzə Melkum Xan İtaliyanın paytaxtı Roma da səfir olarkən Hüseynqulu xan Qəzvini vasitəsi ilə “Camei-Adəmiyyət” adlı ilə üçüncü Masson cəmiyyətini yaratdı. Melkum xan uzaqdan onu idarə edirdi. İranda “Fəramuşxana” cəmiyyətindən sonra “Məcməi-Adəmiyyət (Adəmiyyət Yığıncağı) və “Camei-Adəmiyyət”(Adəmiyyət Camiəsi) adlı Masson təşkilatları yarandı. Deyilənlərə görə Adəmiyyət adı da bu cəmiyyətlərdən iqtibas olub

Lotereya imtiyazı və  Melkum Xanın rüsvaçılıq hekayəsi

Mirzə Melkum  əlli il siyasi ömrünün bir çox hissəsini Londonda yaşadı. O, Londonda İran dövlətinin böyük elçisi olarkən Vala-həzrət şahzadə Melkum xan Nazümü-Dövlə adlanırdı. Lotereya imtiyazının alınması Melkum Xanla bağlı olduğu  üçün böyük rüsvaçılıq və qalmaqala səbəb oldu. Bu məsələ onun siyasi həyatına böyük zərbə vurdu. Bu rüsvayçılıq o dərəcədə idi ki, İran şahı ona verilən bütün imtiyaz və titulları ləğv edib, işdən çıxarılmasına göstəriş verdi.
Nəsrəddin şah Londonda səfərdə olarkən Mirzə Melkum  onu möhtəşəm surətdə qarşılayaraq şahın şərəfinə geniş ziyafət verdi. O, şahın razı qaldığından sui-istifadə edərək yenə də lotereya imtiyazını almağa çalışırdı. Lakin bunubu işi şəninə sığışdırmayıb məsələnin həlli üçün bir fransalı vətəndaşdan istifadə etdi. Yəni şahdan lotereya imtiyazının alınmasını Fransa vətəndaşı üçün xahiş etdi. Şah da Melkumun xahişini qəbul edərək böyük elçisinin istəyini yerinə yetirdi. Zahirdə bu imtiyaz Fransa vətəndaşına aid idi, lakin onun gerçək sahibi Melkum Xan idi.
 Melkumun göstərişinə əsasən Fransa vətəndaşı lotereya imtiyazını böyük məbləğ- qırx min dollar müqabilində İngiltərə şirkətinə satdı. Mirzə Melkumun bu məkirli planı ifşa olunaraq, həm xalq və həm də şah bu hadisədən xəbərdar oldular. Belə ki, Melkum xan xalq və şah tərəfindən ağır qınanıldı. O, bu rüsvayçılığın ardınca şahın göstərişi ilə böyük elçilik məqamından çıxarıldı. Lotereya imtiyazı da ləğv edildi.Ona verilən bütün titullar ləğv olundu.
 Melkum xanın yerinə Tiflisdəki İran konsulu “Əlaüs-səltənə” böyük elçi təyin olunaraq Londona ezam edildi.

“Qanun” qəzeti

İranın müasir mətbuat tarixində ən önəmli mövzulardan biri Mirzə Melkum  vasitəsi ilə nəşr olunan “Qanun”qəzetidir. Ölkə ziyalılarının əksəriyyəti bu qəzetin nəşrini İranın milli intibah və oyanışında atılan ən əsas addımlardan hesab edirlər. Lakin bu qəzetdə Melkum xanın siyasi yanaşmasına diqqət yetirdikdə görürük ki, Melkum xanın onu nəşr etməkdən məqsədı yalnız  Nəsirəddin şahla siyasi düşmənçiliyini göstərməkdən başqa bir şey deyilmiş. Baxmayaraq ki, o qəzetdə faydalı mövzular da çap edilmişdi.
Mirzə Melkum  Nəsirəddin şah tərəfindən işdən çıxarıldıqdan sonra bütün dövlət vəzifələrindən uzaqlaşdırıldıqda inqilabçılığa başladı. Elə bu səbəbdən də Londonda “Qanun” qəzetinin nəşri ilə məşğul oldu. Lakin  Nəsirəddin şah qətlə yetirildikdən sonra onun yerinə Müzəffərəddin şah səltənət taxtına oturdu. Melkum xan yeni şaha yaltaqlıq məktubu yazdı. O məktubda şahdan əfv diləyətrək yenidən Roma səfiri olmağını ondan xahiş etdikdə, şah razılıq verdi. O, yenidən Roma səfiri təyin edildi. Qəzetdə islahat və inqilab tərəfdarı kimi çıxış edən və ölkənin şəraitinin pis olduğunu yazan Melkum xan  bu dəfə sükut edir və “Qanun”  qəzetini də bağlayır. Onun yalançı inqilabçı olmasında yuxarıda qeyd olunan səbəbdən başqa nə demək olar.

Mirzə Melkumun düşüncələri barədə fikirlər

Öncə  də qeyd olunduğu kimi, Mirzə Melkum Nazimü-Dövlənin şəxsiyyətinə və funksiyasına diqqət yetirdikdə, , çağdaş İran tarixinin müasir ziyalıları arasında öz dövrünün və ondan sorakı dönəmin ən mübahisə doğuran siyasi fiqurlarından biri sayılır. Melkumun Avropaya bağlılığı hamıya aydın olmasına baxmayaraq, onun bu düşüncə tərzində siyasi-iqtisadi mənfəət məsələsi  əsas rol oynayır. Hərçənd ki, Melkum xan Fransada təlim-təbiyə almışdı. Hətta, qeyd olunduğu kimi Fransada Masson lojasına daxil olmasına baxmayaraq, onu Fransa meyilli şəxs hesab etmək olmaz. Çünki onun İngiltərə siyasətinə bağlılığı açıq-aydın müşahidə olunur və bu da ona ailədən miras qalmışdır. Atası da ingilis təmayüllü bir şəxs idi.  Lakin əgər Melkum xanın bu yaxınlığını sırf öz xeyrini güdməsi  ilə bağlasaq  yanlış olardı. O, fikir etibarı avropalıların İrana inteqrasiya etməsi tərəfdarı idi. Çünki bu haqda açıq şəkildə yazırdı ki, İran bütün limanlarını xarici şirkətlərin üzünə açmalıdır. Xarici şirkətlər İranın daxili işlərinə müdaxilə etməzlərsə, İran abad olmaz. (Melkum xan 1325). Mİrzə Melkum xanın fikrincə İranın kimliyi konkret Qərbin bir hissəsi olmasıdır. Başqa sözlə desək, ariya soyu və Hind-Avropa dili İranla Avropanı bir-birinə birləşdirir. Onun fikrincə ariyasevərlərin təlimlərinə əsasən fars dili Hind-Avropa mədəniyyətini yaradan amillərdən biri sayılır. Lakin Melkum xan Qərb mədəniyyətinin üstün və mərkəzçı olması fikrini qəbul etməklə yanaşı, Qərbin modern nailiyyətləri ilə İslam nailiyyətləri arasında qarşıdurmanı görür və onun  davam etməsini də bilir. Lakin bu qarşıdurmada latın əlifbasının tərəfdarı kimi çıxış edərək fars dilini rahat öyrənmək üçün ərəb əlifbasının latınla dəyişdirməsini tövsiyə edirdi. Onun fikrincə əgər fars dilinin xətti xarci qrafika ilə olsaydı, keçən beş yüz il müddətində bizim dilimiz bütün rəiyyətlərin dilinə çevrilərdi. (həmin mənbə)

Mirzə Melkum  əski adla Jozef Melkum Nazimü-Dövlə və habelə şahzadə ləqəbi ilə tanınmışdı. Melkum o şəxsiyyətlərdən biri idi ki, İranın oyanışında yaxud deyilənlərə görə məşrutəçilik hərəkatının əsaslarını qoyanlardan deyil, bəlkə də İngiltərə müstəmləkəçi dövlətinin İrana müdaxiləsinə zəmin yaradan siyasi bir fiqur idi. Şübhəsiz  biz qanunsevərlik, on səkkizinci əsr Avropa müasir düşüncə və mərkəz meyillilik baxımından onu bütün çağdaşlarından daha qabaqcıl hesab edirik. Tarixdə Mirzə Melkumun mərkəz meyilli və ariyansevərlik düşüncələrini qanunsevərlik zəmini yaradan deyil, bəlkə  Rzaxanın diktaturasına aparan bir yol kimi dəyərləndirmək  olar. Onun kökü  və soyu erməni olsa da Qacar dövründə islam dinini qəbul edənlərdən biri sayılırdı. Onun aşağı zümrədən olmasına baxmayaraq, atasının hiyləgər, özünün isə ağıllı  və kələkbaz olması, yuxarı vəzifə və məqamlara yiyələnməsinə gətirib  çıxardı. Mirzə Melkumun siyası həyatını tədqiq etmək onu “İran ziyalılarının atası” kimi tanınması mürəkkəb bir məsələ olaraq ortaya çıxır. Həmçinin  onun Melkum Nazimü-Dövlə olmasının mühakiməsını yürütmək özü-özlüyündə mübahisə doğuran bir məsələ sayılır.
Melkum xan ona  məxsus  olmayan dörd pyesi öz  adına  çıxarması  da  onun “ədəbi oğru” olduğunu göstərir.Belə  ki,dörd  əsərin əsil müəllifi Mirzə ağa Təbrizi olub. O, M.F.Axundovun təsiri altında dram əsərləri yazmışdır. Mirzə ağa Təbrizi yazdığı hər bir yeni peysini M.F.Axundovdan məsləhət almaq və əsər haqda onun fikrini bilmək üçün ona göndərirmiş. Amma hər dəfə də xahiş edirdi ki, yazışma zamanı bir müəllif kimi onun adını yazmasın, bunu gizli saxlasın. Çünki onun əsərləri tənqidi satira üzərində qurulduğundan yazıçıya təhlükə yarada bilərdi. Bu səbəbdən uzun illər bu əsərlərin müəllifinin adı qaranlıq qalmışdı. Uzun müddət onun əsərlərini səhvən M.F.Axundovla əlaqə saxlayıb məktubla yazışan, başqa bir ziyalı, erməni əsilli Melkum xanın adına çıxırdılar. Bu məsələ ilə bağlı həqiqəti ilk dəfə tədqiqatçı Həmid Məmmədzadə üzə çıxarmışdır. Tutarlı dəlil və faktlara söykənib bu dram əsərlərin əsl müəllifinin Mirzə ağa Təbrizi olduğunu sübuta yetirmişdir.
İranda ilk mütəşəkkil Masson cəmiyyətinin yaranmasının təşəbbüskarı məhz Melkum xan idi. Bu xüsusda onun etdiyi bir çox xəyanətlərin nəticəsi bu gün də davam etməkdədir. Melkum haqqında asanlıqla deyə bilərik ki, Melkum London və Tehran arasında siyasi və bəzi hallarda iqtisadi bir dəllal idi. Bu üzdən onu İngiltərənin maraqlarını qoruyan bir cəsus hesab etmək olar.

İstifadə olunmuş mənbələr:
1. Elqar Hamed. Mirzə Melkum. Tərcüməçi Cahangir Əzima. Tehran. Müdərris nəşriyyatı. 1369 (1990)
2. Rain İsmayıl. “Fəramuşxana və Framassoneri Dər İran”. Cild 1. Tehran: Sepehr nəşriyyatı, 1977.
3. Sasani, Xan Məlik. “Siyasətgərane Doreye Qacar” (Qacar dövrünün siyasətçiləri). Tehran: Babək nəşriyyatı, 1338.
4. Tabatabai mühit, Məhəmməd. “Məcmueye Asare Mirzə Melkum”(Mirzə Melkum  Əsərlərinin Toplusu). Tehran: Danesh Nəşri, 1327.
5. Melkum Xan Mirzə.”Risaleye Üsule Təməddün” (Sivilizasiya prinsipləri haqqında bir risalə). Haşim Rəbizadə tərəfindən redaktə edilmişdir. Təbriz. Bina nəşriyyatı, 1325.
6. Qanun. Huma Natiq tərəfindən redaktə edilmişdir. Tehran: Əmir Kəbir Nəşri, 1355 (1976).
7. Nurai Firiştə. “Təhqiq Dər Əfkare Mirzə Melkum ”( Mirzə Melkum ın fikirlərini araşdırmaq). Tehran. kitabçalar. 1352 (1973)
8. Pərvanə Məmmədli. "Cənubi Azərbaycan; ədəbi şəxsiyyətlər, portretlər" (Ədəbiyyata böyük töhfələr bəxş edən Həmid Məmmədzadə). I Hissə, s.87-92, Bakı, 2015

Azərbaycan  türkcəsinə uyğunlaşdıran Pərvanə Məmmədli

Yenililklər
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.