Qürbətdə kabusa dönüb yuxulara gələn xatirələr
09.11.19

Pərvanə Məmmədli

 “Bu sətirləri yazdığım zaman hələ də bəzi gecələr kabusun hücumundan yuxuda bağırıb, daşlanıram və dəhşətdən tər içində boğulduğumu duyuram. Bu zaman həyat yoldaşım dadıma çatır. Dəfələrlə psixoloq yanına gedib müalicə olunmaq istəsəm də, bu keçmiş dəhşətli hadisələrin ruhumun dərinliyinə işlədiyini və çarəsizliyimi  vurğulayıblar. Zaman ötdükcə özümün onları unutmaq məcburiyyətində olduğumu söyləyiblər”.

Bu sətirlər bu yaxınlarda İstanbulda çap olunan ”Bir əsgərin xatirələri” kitabindandır.

Həyatda  hər şeyin  sonu  var, tək  xatirələrdən  başqa. İnsan həyatı  xatirələrlə zəngindir. Baş alıb gedən xatirələrsə nəhayətsizdir. Bəzən   xatirələr qürbətdə belə gəlib insanı təqib edir, gecələr kabusa dönüb  yuxusunu ərşə çəkir.

Bəhs olunan  kitabın müəllifi Mirmusa Haşimi də 40  ilə  yaxındır  ki, isti  yuvasından, doğmalarından  iraq düşüb qürbətdə yaşayır. Kitabda onun  başına  gələnlər öz dili – müəllifin dili  ilə söylənilir.

Qısa haşiyə: Mirmusa Haşimi 1980-ci ilin yazında Azadxahlıq ittihamı ilə Tehranda həbs olunub və ona hərbi məhkəmədə ölüm cəzası istənılib. Bu arada həmkarlarından bir neçəsi öldürülüb. Ancaq M. Haşimi İran-İraq savaşının gərgin ərəfəsində yəni 1980-ci ilin payızında həbsdən sərbəst buraxılıb. 1988-ci ildən etibarən İsveçdə yaşayan Mirmusa Haşimi Güney Azərbaycanın milli fəallarındandır. 1999-cu  ildən bəri İsveçdə yayınlanan “Varlığın səsı” adlı  dərginin qurucusu və redaktorudur. Azərbaycan Milli Cəbhəsinin qurucularındandır. Onun bəhs olunan kitabı öncə 2007-ci ildə Almaniyanın Köln şəhərində, 2017-ci il ildə isə İsveçin Malmö şəhərində işıq üzü görüb. İki kitabı “Ürək sözlərim” (şeir toplusu) və “Azərbaycan tarixindən bir yarpaq”  (məqalələr toplusu) əlyazma halında olub, çapa hazırdır.

Rejimin zoraklığına, ağır işgəncələrinə məruz qalmış və həbsxana həyatından sonra isə qaçaq zoraklığına, ağır işgəncələrə uğramış Türkiyəyə siğinan və hal hazırda, İsveçdə yaşayan Güney Azərbaycanlı  ziyalı Mirmusa Haşimi o dövrə aid qələmə aldığı xatirələrində İslam inqilabından əvvəlki dövrü, islam inqilabını və İran-İraq müharibəsi zamanı cəmiyyətdəki fikir ayrılığının, böhranın siyasi və mədəni tarixini işıqlandırılır.

Zəmanənin ucbatından hətta orta məktəbi bitirə bilməyən bir kəndli balası çarəsiz olaraq ordu sıralarına girib gizir rütbəsində olarkən parlaq zəka göstərməklə diviziya qərargahının ən həssas bölməsində qulluq göstərir. Sonralar devriliş cəhdi göstərmək ittihamı ilə hədələnərək siyası məhbus olur. Ölümlə qarşı qarşıya  qalan əsərin  qəhrəmanı, ağıl və dözümlə ağır İran-İraq müharibənin başlanğıcında yaxasını qurtarıb, ölkəni tərk edə  bilir.

Bir generalın, siyasətçinin, tanınmış söz və sənət adamının memuar və ya həyat xatirəsini yazması  kimsədə təəccüb doğurmur. Maraqlısı budur ki, “Bir əsgərin xatirələri” daim qaranlıq pərdə arxasında gizlədilmış İrandakı şahənşahlıq ordu üsul-idarəsi haqqında olan sıravi bir hərbçinin xatirələridir.

“Bu kitabı doğma ana dilim – Azərbaycan türkcəsində yaza bilməməyim ən böyük kədərim idi” – deyir müəllif. Kitab ilk  dəfə bir  neçə il öncə farsca  Almaniyada  yayınlanmışdı.

Artıq  müəllif  arzusuna  çatıb, əsər fars dilindən çevrilib. Mənim də redaktoru olduğum bu kitabın tərcüməçisi tanınmış güneyli şair və  mütərcim  Kərim Güləndamdır.

Kitabda  bir hərbçinin – atsubayın  yaşadığı ölkədə  haqsızlığa uğrayıb tutuqlanması, həyatda ölüm-dirim mücadiləsi ilə əlbəyaxa olması, Türkiyə və İsveçdə siyasi mühacir  həyatı yaşayan zaman başına  gələn olaylar və sonda həbs və təqiblərdən  qurtulması və azadlığa çıxıb  ailəsi ilə  qovuşması ilə bağlı  bir sənədli hekayətdir.

Kitabda  yazılanlar  uzun  zaman  dövlətə, vətənə sədaqətlə qulluq  etmiş, lakin yeni hakimiyyətə  gələnlər  tərəfindən haqsız  yerə ittiham  olunub, ölkədən uzaqlaşmağı çıxış yolu kimi seçən bir hərbçinin həyat  hekayəsidir. 

Xatirə-memuarda məxfi saxlanan siyasi anlaşmaların düyünü açılaraq ortaya qoyulur. Hadisələr müxtəlif rütbəli hərbçilərin ordudakı  özbaşınalıqları və həyatdakı sərgüzəştləri ətrafında cərəyan edir. Oxucuya məlum olur ki, şah əslində Amerikanın marionetinə çevrimişdi və bütün hava, dəniz və quru qüvvələri şaha deyil, Amerika generallarına tabe idi. Kitabda eyni zamanda müəllifin ailəsinin,  yaxınlarının başına gələn olaylardan, vətəni tərk etməyə məcbur olmasından və ağrılı vətən həsrətindən söz  açılır.

Müəllif yazır: “Əlinizdə olan kitabin yazılması üç il mənim ürəyimin ağrısına səbəb olmuşdur. Bir sıra mətləbləri əldə etməkdə ağır çətinliklərə məruz qalmışam. Vətəni tərk edərkən yanımda heç bir sənəd olmamışdı. Bütün arxivlər, hətta ailə şəkilləri evimizə basqı zamanı təhlükəsizlik məmurları tərəindən ələ keçirilib, götürülmüşdür. Başqa cəhətdən də mənim bütün istəklərimə rəğmən kitabı Azərbaycan türkcəsində qələmə almaq səylərim bir nəticə vermədi. Çarəsiz qalaraq hafizəm boy verənə qədər keçmiş hadisələri, habelə xatirələri farsca qələmə aldım. İndi bu kitabda əks etdirdiyim olaylar və həqiqətlərə görə vicdanım qarşısında özümü rahat hiss edirəm. Keçmiş təcrübələrimi indiki və gələcək nəslə ötürə biləcəyim üçün də içərimdə daha razılıq hissləri oyanır. Qoy başqaları sınadiqlarını bir daha sınaqdan keçirməsinlər. Arzu edirəm başqalarıda keçmiş yaşam təcrübələrini qələmə alsın və  bununla səadət yolunu ailəmizin içindən başlamış olaq”.

Mirmusa  Haşiminin yaxınlarının  və  əqidə  yoldaşlarının başına  gələnlər casus  filmlərindəki görüntüləri  xatırladır: “Hamid İstanbulun Ataköy məhləsində yaşayırdı. O, günün  səhər çağı küçələr sakit və xəlvət olan vaxt ofisə gəlmək məqsədilə qəzet alıb Ataköy ilk okulu önündəki durakda  avtobus yolunu gözləyirdi. Avtobus gəlincə səhər saat 9 raddələrində bir şəxsi minik avtomobili kənarda dayanır. İki nəfər Hamidin üzərinə hücüm edir, Hamid qaçmağa başlayır, onlar onun ardına düşüb, yaxın məsafədən bir neçə gülləni onun başına sıxırlar.  Terrorçular onun çantasını götürərək maşına minib aradan çıxırlar.” 

“Hürrriyət” qəzeti 1986-ci il 19 oktyabr sayında yazırdı ki, Hamid kinodakı casuslar kimi qətlə yetirilmiş və Hamidin cansız meyidi yerdə qalmışdı. Görənlərin dediklərinə görə onu vuran şəxslər ezamiyyəti yerinə yetirildikdən sonra özlərini Sirkəçi məntəqəsində İran İslam könsulluğuna çatdırmışlar!

Kitabda müəllifin həyata baxış və fikirləri və tərcüməçinin yazı üslubu saxlanılmışdır. Bəzi insan, yer adları və məqamlar müəllifin istəyi ilə  (müəyyən  səbəblər  üzündən)  gizli verilmişdir.

Mirmusa Haşimi  bu kitabda onlarca  kiçik, böyük hərbi qulluqçu, mülki vətəndaşın, yaxın-uzaq qohum əqrəbanın, mənfi-müsbət cirzgilərini, görkəm və xarakterinb mahirətlə qələmə alıb təsvir etməyə nail olmuşdur. O, ətraf mühit barədə oxucuya yoruculuqdan uzaq aydın bir tablo yaratmağa mail olub. Heç bir qabartma olmadan müəllif bütün dözümü, ümidi və fəallığı ilə bu olayların mərkəzində yer tuta bilmişdir. Müəllif həyatının ən uca məqamı bütün gözlənilməz mənfi olaylara rəğmən, onun getdikcə işiqlanan parlaq, mütərəqqi fikir dəyişikliyindən  keçərək paniranist mövqeyindən milli düşüncə zirvəsinə yüksəlməsidir.

Əsəri oxuduqca bir ordu altsubayın bu qədər əhatəli siyasi-ictimai məsələləri necə diqqət və məharətlə qələmə alması oxucuda təəccüb və maraq doğura bilir.

Müəllifin faktlara söykənərək otaylı-butaylı Azərbaycan tarixinə, millətimizin başına gələn faciələrə toxunması, ölkəmizin sonsuz cəfalara məruz qalma səbəbini araşdırması, hər bir oxucunu milli varlığına sayğı duymağa çağırışı təqdirə layiqdir.


Yenililklər
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.