Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” çap olunub
09.11.19

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin ideya müəllifliyi  və ön sözü ilə Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri”i nəşr edilib. Akademik İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə və Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” dövrü” adlı öz sözündə böyük demokrat yazıçının həyatı və yaradıcılığından, mollanəsrəddinçi müasirlərinin xidmətlərindən geniş bəhs olunur. Sofiyada çap olunmuş Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri”nin Bolqarıstan Milli Kitabxanasında akademik İsa Həbibbəylinin iştirakı ilə geniş təqdimatı və müzakirəsi keçirilib.

İlk dəfə bolqar dilində kitab halında çap olunan Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri”nin məsul redaktoru Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, professor Elka Traykovadır. Tərcümənin redaktoru Bolqarıstan Sofiya Dövlət Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru Sofiya Şiqayeva Mitreskadır.

Əsərləri Azərbaycan dilindən bolqar dilinə Sofiya Şiqayeva Mitreska (“Poçt qutusu” və “Molla Fəzləli”), Sofiya Dövlət Universitetinin Türkologiya ixtisası üzrə təhsil alan tələbələri Aysun Yumer (“Kişmiş oyunu”), Alper Emurlov (“Usta Zeynal”), Çiydem Aliosmanova (“Saqqallı uşaq” və “Dəllək”), Liliya Yordanova (“Nigarançılıq”), Janet Nikolova (“Bəlkə də qaytardılar”) tərcümə ediblər. Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun “Boyan Penev” nəşriyyatında işıq üzü görən kitabın korrektoru Emiliya Aleksiyeva, dizayner və naşiri isə Katerina Blkovadır.

Qeyd edək ki, indiyə qədər akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə Cəlil Məmmədquluzadə irsinin dünyada tanıdılması istiqamətində onun əsərləri Rusiyada (1999), Pakistanda (2004), Misirdə (2007), Ukraynada (2010), Macarıstanda (2011), Gürcüstanda (2016), Litvada (2017), Özbəkistanda (2018), Tacikistanda (2019) və Bolqarıstanda (2019) işıq üzü görüb.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi


Yenililklər
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.