Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19

Muhsin Kadıoğlu türk dünyasının bir parçası, doğma vətəni kimi dəyərləndirdiyi və vəsf etdiyi Bakını “Ateşgâhım (Atəşgahım)” şerində tərənnüm etmişdir.

Yazar Bakını görmədən sevdiyi gözəl bir qadına bənzədir. Ruh dünyasında “Med cezir” tərzindəki eniş çıxışları “dəniz səviyyəsinin altı” və “Gobustan dağları” şəklində ifadə edir. Sevgilisinin ismini ağaca qazımaq ənənəsini Qobustandakı petroliflərə bənzədir. Rüzgarların görmədən sevdiyi bu şəhərdən yenə görmədən sevdiyi əsrarəngiz qadının qoxusunu, bədən və qəlb atəşini ona doğru daşıdığına inanır.

Sən dəniz səviyyəsinin altında
Mən Qobustan mağaralarında
Petroliflərə dəfələrcə qazdım adını
Rüzgarların və atəşin şəhəri Bakı

Azərbaycanın dünyaca məşhur palçıq vulkanlarını içindəki duyğu coşğunluğu ilə müqayisə edən yazar Bakının dünya miqyasında məşhur özəlliklərini də ustalıqla şerinə daxil edir.

Türk dilindəki “arkadaş” sözünün “arxa daş”dan gəldiyinə istinad edən M.Kadıoğlu “qavaldaşım” vurğusuna köklənir. Bilindiyi kimi, qədim türklər düşmən hücumlarından qorunmaq üçün arxalarına daş bağlayırdılar. Kürəyə bağlanan bu daş “arxa daş” kimi adlandırılmışdır. Daha sonra arxasından gələn hücumları qoruyan insanları göstərmək üçün “arxa daş” sözündən yaradılan arkadaş kəlməsi istifadə olunmağa başlanmışdır. Yenə də məlum olduğu kimi, Qobustanı ziyarət edən aşiqlərin Qavaldaşında birlikdə musiqi ifa etmələri ənənələrimiz içində yer almaqdadır. Şair Qobustandakı qavaldaşında sevgilisi ilə ortaq musiqi çalarkən xəyala dalır. Özünün və sevgilisinin qəlbinin səsini musiqinin “qavaldaşım, eşqim və yoldaşım” şəkilndə dilə gətirir. Yəni Bakı Kadıoğlunun eşqi, bəlkə də görmədən sevdiyi Bakılı gözəlinin qəlbinə gedən yoldur.

Fokur-fokur fokurdayır qanım
Sanki mən palçıq vulkanıyam!
Qavaldaşım, eşqim və yoldaşım
Sən mənim ilk şəhər eşqimsən.

M.Kadıoğlu gəncliyindən Bakını görmək arzusunu sanki Qaf dağının o biri tərəfindəki bir xəyal kimi uzaq düşünürdü. Lakin taleyin şanslı axışında illər sonra Bakıya gəlir və xəyallarının şəhərini görür. Öncədən “görmədən sevdiyi” Bakıya yenə də “görmədən sevdiyi” gözəl timsalında “aşiq” olur. Bu duyğularını Bakının üç təməl özəlliyi olan “rüzgar”, “atəş” və “atəşgah” ilə birləşdirir. Beləcə Bakı sevgisi “vazkeçilməz” hal alır və eşqə çevrilir. Bakı M.Kadıoğluna elə bir ilham verir ki, o zamana qədər dilə gətirmədiyi duyğularını bir-bir bu şəhərdə ifadə edir. Bu səbəblə Bakını ona hər şeyi öyrədən “filosof” kimi görür və əfsanə gözəllikləri bir qadının simasında ifadə etdiyi üçün “filosofə” kimi adlandırır. Bakıda yaşadığı “duyğu zənginliyi”nin özü üçün “yol göstəricisi” olacağını təsəvvüfi bir ifadə ilə “pir-i sanımsan” şəklində dilə gətirir:

Sən görmədən sevdiyim şəhər
Görüncə aşiq olduğum gözəl kimisən.
Rüzgarım, atəşim və atəşgahımsan,
Bəlkə folosofum, piri-sanımsan.

Məlum olduğu kimi, Bakı əfasənələri ilə məşhur bir şəhərdir. Bu əfsanələrin ən ünlülərindən biri Qız qalası ilə bağlıdır. Yazar Qız qalasında intihar edən qız əfsanəsinin kədərini ifadə edir. İnsanın ürəyini yaxan əfsanələrə baxmayaraq, Bakı M.Kadıoğlunun nəzərində “şah”, yəni dünyanın önəmli şəhərlərindən biridir. İçində daşıdığı duyğuların qarmaşığında doğru bir müəyyənlik tapa bilməməsindən narahatlıq duyan şair Bakı haqqındakı düşüncələrini “şəhərlərin şahı” şəklində dəyişə biləcəyi “şahların şahi” mənasında “belki de şehinşâhımsın” kimi ifadə edir. Bakı haqqında şəhərlərin şahı mənasında “şehinşâh” ifadəsini istifadə etdikdə “fazla içmiş”şəklində dəyərləndirilməsi ehtimalını diqqətə alır və cavabını yenə Azərbaycanın çox önəmli bir iqtisadi dəyəri olan çayı gündəmə gətirərək verir. Bakı haqqındakı fikirlərinin “sərxoş ikən” deyil, çay içərkən formalşdığını ifadə edir.
 
Ürəyimdə acı hər bir əfsanən
Şirvanşah sarayı və Qız Qalası
Şahım, bəlkə də şahənşahımsan!
Hər yudum çayla içtim mən səni

Müxtəlif millətlərin tarixində onları gözəl gələcəyə götürəcək yollarla bağlı əfsanələr vardır və bu əfsanələr zaman-zaman milli ruhu canlı tutmaq və xalq kütlələrini hərəkətə keçirmək üçün önəmli yerə sahibdir. Məsələn, Polşanın Rusiya və Almaniya tərəfindən parçalndığı və müstəqilliyinin əlindən alındığı dövrlərdə “türk atları Vistül nəhrindən su içdiyi gün Polşa müstəqilliyini qazanacaqdır” fikrinə inanılırdı. Məzmun kontekstində olmasa da, ana fikir baxımından bənzər əfsanələr türk tarixində də mövcuddur. M.Kadıoğlu, xüsusilə də, türklər arasında geniş yayılmış “Xəzər suları yüksələrsə, türk millətinin bəxti açılar” əfsanəsinə istinad etmişdir. 

M.Kadıoğlu şerinin son bəndində ortaq duyğuların önəmini ifadə etmək üçün coğrafi uzaqlığın qovuşmaq üçün əngəl olmadığını vurğulamaqla və insanları Bakını ziyarətə və bəlkə də misilsiz gözəlləri görməyə belə dəvət etməkdədir: 

Bir kəs yüksələrsə, Xəzər suları
Açılar taleyi türk millətinin
Sanma uzaqdadır Bakı yolları
Qovuşması yaxın qardaşlarının

“Atəşgahım” şeri “Bakı Gezi Rehberi” (Kadıoğlu, Muhsin; Azizali, Besire. Bakı Gezi Rehberi, e-pub: elektronik kitap, Google Play Books, 2018) kitabında yer almışdır.

Atəşgahım

Sən dəniz səviyyəsinin altında
Mən Qobustan mağaralarında
Petroliflərə dəfələrcə qazdım adını
Rüzgarların və atəşin şəhəri Bakı

Fokur-fokur fokurdayır qanım
Sanki mən palçıq vulkanıyam!
Qavaldaşım, eşqim və yoldaşım
Sən mənim ilk şəhər eşqimsən.

Sən görmədən sevdiyim şəhər
Görüncə aşiq olduğum gözəl kimisən.
Rüzgarım, atəşim və atəşgahımsan,
Bəlkə folosofum, piri-sanımsan.

Ürəyimdə acı hər bir əfsanən
Şirvanşah sarayı və Qız Qalası
Şahım, bəlkə də şahənşahımsan!
Hər yudum çayla içtim mən səni

Bir kəs yüksələrsə, Xəzər suları
Açılar taleyi türk millətinin
Sanma uzaqdadır Bakı yolları
Qovuşması yaxın qardaşlarının

Yenililklər
03.07.20
Mədəniyyət Nazirliyi Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib
03.07.20
“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb
02.07.20
Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20
COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
01.07.20
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib
01.07.20
Saedinin dünyaca məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda nəşr edildi
01.07.20
Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
30.06.20
Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20
Simran Qədimin yeni kitabı çap olunub
30.06.20
Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
27.06.20
Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20
Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
26.06.20
Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Fərid Muradzadə - Güclü kişi 
26.06.20
Simran Qədim - Təhlükə: COVID-19
26.06.20
Məmmədov Eşqin - Payız məni darıxdırır, ilahi!
26.06.20
Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )
26.06.20
Tarix İnstitutunda “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” kitabı çap edilib
26.06.20
Dahilərin, yaradıcı insanların problemi: Bipolar xəstəlik
26.06.20
Azad Qaradərəli - Azər Abdullanın “Qəmərlidən keçən qatar” hekayəsinin ismarıcları
26.06.20
Mübariz Örən: "Yazıçı söz yaratmaqdan qorxmamalıdı" - Müsahibə
26.06.20
Daşkənddə “Azərbaycan Demokratik Respublikası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı çap olunub
26.06.20
“Məhtimqulu və Türk dünyası” adlı Beynəlxalq onlayn konfrans keçirilib
24.06.20
Orxan Saffari - Balığı güldürən azərbaycanlı yazıçı
23.06.20
İsmayıl Mərcanlı İmanzadə - Xatirələr tüstülənən ocaqmış...
22.06.20
Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi
22.06.20
Tanınmış ispaniyalı yazıçı vəfat edib
20.06.20
Atif Abbasov - Bilinən və bilinməyən Nəsrəddin Tusi
19.06.20
Bu kino ki var, bəs bizdə niyə yoxdur? - ARAŞDIRMA
19.06.20
Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpadan sonra açılışı olub
19.06.20

"Ulduz"un yeni sayı çıxıb

18.06.20
Ayxan Ayvazın “Mavra, Zəhra və başqaları” adlı kitabı çap olunub
18.06.20
Gənc yazardan Prezidentə müraciət: "Bu dəfə ümid sizədir"
16.06.20
Fərid Hüseynin Türkiyədə kitabı çap olunub
16.06.20

Gələn il “Eurovision” bu tarixlərdə keçiriləcək

15.06.20
Emil Rasimoğlu:"Azər Turanın istefa verməyi hesab edirəm ki, bu məqamda ən gözəl addımdır"
14.06.20
Gənc yazarlardan Azər Turana etiraz:“Götür bir istefa ərizəsi yaz”
12.06.20
"Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyənləşib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.