Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
21.11.19

Mirzə İbrahimovun “Gələcək gün” romanının qəhrəmanı Firudin İbrahimi, Güney Azərbaycan Milli Hökümətinin qurucularından biri və baş prokuroru olub. Çox az ömür sürüb. Firidun İbrahiminin 1947-cı ildə mənfur şah rejimi tərəfindən 28 yaşında edam olunub – dar ağacından asılıb.

Mirzə İbrahimovdan sonra Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza Arif Səfa, Tariyel Ümid əsərlərində onun poetik obrazını yaradıblar.
                                                                  
Dolaşarkən şimal  yeli,
Yurdun  qızıl  bayrağında,
Ellər ilə  od  yandırdın.
Babəkilər  ocağında.
Lakin  əfsus,  son ışıq  tək,
Söndün  həyat çırağında.


Bu misralar tanınmış Güney Azərbaycan  şairi Həbib Sahirindir. “Namurad Firudin İbrahimiyə” adlı bu şeirin altı sətrinin hər misrasında bir tarix yatır, vətənsevər və şərəfli bir mübarizin həyat yolları işıqlandırılır. O Firudin İbrahiminin ki, Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olmuşdu. 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri Nazirlər Kabinetini formalaşdıranda Firidun İbrahimini Azərbaycan Milli Hökumətinə baş prokuror təyin etmişdi.

İranda qədim tariximizə aid ana dilimizdə ilk əsəri yazmaq Firidin İbrahiminin boynuna  düşür. 26 yaşlı Firidun İbrahimiyə baş prokuror olmaqla yanaşı, ona “Azərbaycan tarixi” kitabının yazılması da həvalə olunmuşdu. Tehran Unversitetinin hüquq fakültəsini bitirən Firidun İbrahiminin gözəl  qələmi  və  jurnalistlik  təcrübəsi də vardı. Hələ tələbəlik illərində yazdığı məqalələrini “Rəhbər”, “Mərdom”, “Ettelaat”, “Ajir”, “Zəfər”, “Siyasət”, “Azərbaycan” qəzetlərində çap etdirirdi. Hətta Təbrizdə İran Xalq Partiyasının orqanı “Xavəre Nov” qəzetinə redaktorluq da etmişdi. Azərbaycan tarixi kitabının yazılmasında fəal iştirak edən F.İbrahimi Zеynalabidin Qiyamiylə birlikdə mövzuya aid materiallar toplayır, Təbrizin tarixi və coğrafiyası haqqında 100 il əvvəl Nadir Mirzənin fars dilində yazmış olduğu məşhur əsəri tərcüməyə başlatdırır. 

İbrahiminin bu kitabına gəldikdə isə bizlər öncə onun şərəfli adını, soyadını daşıyan, prokrorluq orqanlarında 37 il qüsursuz işləyib təqaüdə çıxmış, Azərbaycan Respublikasının prokurorluq orqanlarının fəxri əməkdaşı adına layiq görülmüş Firidun Ənuşirəvan oğlu İbrahimiyə minnətdarıq. O, 70 il arxivlərdə yatan, 1946-cı ildə Təbrizdə buraxılan kitaba bir növ əsirlikdən qurtarıb Azərbaycan oxucusuna təqdimatının təşəbbüskarı olub.

 F.İbrahimi Milli hökuməti çökdürmək istəyən terrorçu qruplaşmalara qarşı mübarizə aparan “Babəkilər  ocağında, ellər ilə  od  yandırıb”. “Babək” adlı könüllü dəstələrin təşkilatçısı olur.

Bu ictimai xadimin, vətənsevər gəncin, istedadlı qələm sahibinin fəaliyyəti İranla məhdudlaşmır.

Firidun İbrahimininin fəaliyyəti İranla məhdudlaşmır. 1946-cı ildə Parisdə keçirilən Sülh Konfransında iştirak edir.

ADF yaradıldıqdan iki gün sonra Təbrizdə ana dilində "Azərbaycan" qəzeti nəşrə başlamışdı. Qəzetin səhifələrində ilk zamanlar farsca da məqalələrə yer verilirdi. Qəzetin yubanmadan nəşri məsələsini S.C.Pişəvəri ortalığa gətirmiş və az müddətdə qəzet öz ətrafına Həmzə Fəti Xoşginabi, İsmayıl Şəms, Firidun İbrahimi, Məhəmməd Biriya, Əli Fitrət, Yəhya Şeyda, Balaş Azər oğlu və s. gənc jurnalistləri, yazıçı və şairləri toplaya bilmişdi. 1946-cı ilin dekabrında xarici güclərin yardımı ilə şah rejiminin əskəri birlikləri Azərbaycanın üzərinə yürüş edir. Azərbaycan Milli Hökumətinin rəhbərlərini və Azərbaycan Demokrat Partiyasının fəallarının bir qismini Sovet hökuməti Sovet Azərbaycanına gətirəndə Firidun İbrahimi gəlmir. Təbriz qan içində boğulanda Firidun İbrahimini və məsləkdaşlarının bir çoxu həbs edirlər. Uzun sürən işgəncəli istintaqdan sonra 1947-ci il mayın 22-sinde Firidun İbrahimi, özü kimi başqa mərd vətən oğulları ilə bərabər Təbriz şəhərinin "Gülüstan" bağı"nda edam edilir.

 Həbib Sahirin yazdığı kimi Güney  Azərbaycanda, Təbrizdə “Babəkilər ocağında, məktəblərdə ana dilin oxutduran  ustad olmasa da” onun özündən sonra izi, qəhrəmanlıq xatirəsi qaldı:

Nə ellərin  məktəbində
Kitabını  açan  oldu,
Nə  yazdığın qızıl  yazı
Rəvac  tapıb  dastan oldu.
Lakin sanma bu  əsrdə
Hər  şey bitib nisyan  oldu


    Firidun İbrahim edam edilsə də, onu  sevən xalqın qəlbində yaşadı və ədəbi qəhramana çevrilib. Mirzə İbrahimov “Gələcək gün”, Xəlil  Rza "Hara gedir bu dünya?..." Həbib Sahir” Namurad Firudin İbrahimiyə”, Mədinə Gülgün “Firidun”, Fəthi Xoşginabi, Balaş Azəroğlu və başqaları  əsərlərində onun obrazını yaradıb.

  M.İbrahimovun yaradıcılığında mühüm mərhələ təşkil edən "Gələcək gün” romanında Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatı bədii boyalarla göstərilir. Güney Azərbaycanı yaxından tanıması, xalqın həyatına dərindən bələdliyi M.İbrahimova bu həyatı təsvir etmək imkanı yaradıb. Bu ona xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir etdiyi obrazların prototipini canlı həyatdan götürmək şansını da verib. Romanda ikinci dünya müharibəsindən əvvəl və müharibə illərində İranda, Güney Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, Pişəvəri hərəkatından, sovet ordusunun 41-ci ildə İrana girməsindən bəhs edilir.

    Baş qəhrəman Firudinin prototipi 40-cı illərdə Güney Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri alovlu vətənpərvər, prokuror  Firudin İbrahimidir. Təbriz yaxınlığında, Azərşəhrdə anadan olan Firudin  hakim rejimin məmuru Hikmət İsfahani ilə mübahisəsindən sonra həbs olunur. Sonra isə həbsdən qaçaraq Tehrana gəlir və “istibdad rejimi” əleyhinə mübarizə aparmaq üçün təşkilatlanmaqda olan bir qrupa qoşulur. Və hadisələrin mübarizə və faciə dolu axarı bundan sonra başlayır. "Gələcək gün” romanı güclü bədii ümumiləşdirmələrinə, real həyatda baş verən hadisələrlə birbaşa səsləşdiyinə görə, bu mövzuda yazılmış digər əsərlərdən fərqlənir. Romanda xalqın azadlığı uğrunda mübarizə aparan Firudin İbrahimin və onun ailəsinin faciəsi inandırıcı bədii lövhələrlə təsvir olunur.

  Başqa bir müəllifin xalq şairi Xəlil Rzanın Cənubi Azərbaycanın dərdlərindən xəbər verən "Hara gedir bu dünya" poemasında  Firudin İbrahiminin qəhrəman obrazı ilə rastlaşırıq. Tarixlər boyu "Hara gedir bu dünya?..." problemi bir çox xalqların sənətkarlarını düşündürdüyü kimi X.Rzanı da narahat etmişdir. Bu əsər Azərbaycanı ikiyə bölən, onun Şimalını bir, Cənubunu başqa imperiyanın caynağına verən, Azərbaycan xalqını əslindən, kökündən, tarixindən, qədim ənənələrindən, mənəviyyatından ayırmaq üçün bütün vasitələrə əl atan qüvvələrə qarşı çevrilmişdir.
 Əsərin "Qalx ayağa Vətənim!" bölməsində böyük məslək və əqidə sahibi, Cənubi Azərbaycanın ilk demokratik hökumət qurumunun baş prokuroru, məhbus Firudin İbrahiminin tərtəmiz kostyum geyib, qalstuk bağlayıb edam olunacağı vaxtı gözləməsindən söz açılır. Ölüm qabağı Firudinin:

- Mənim eşqim, məsləkim günəş qədər təmizkən,
De, nə üçün ölümə miskin getməliyəm mən?
- deməsi onun əqidəsinin paklığını göstərir.

Əsərin sonunda müəllif Firudin İbrahiminin nəfəsindən, canından, iliyindən, qanından çıxmayan "dosta dayaq, düşmənə, yada qənim" olan:

Qalx ayağa, Vətənim!"
Qalx ayağa, Vətənim!"
-sözlərini bir daha xatırladır.

Firudin  İbrahimi özündən sonra gələcək  nəsillərə bir qəhrəmanlıqla dolu bir iz,xatirə qoya bildi və yaddaşlara həkk olundu.































İranlı mühacirlər İB nin sədri Firudin İbrahimi beynəlxalq kitab sərgisində.

Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.