Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
25.11.19

Bu günlərdə Fərid Hüseynin "Kaspi nəşrləri” seriyasından "Sevdiyim əsər” adlı kitabı nəşr olunub. Kitabda dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçkin söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur. 101 müsahibənin cəm olduğu kitabda 100-ə qədər əsərdən söhbət gedir. 

  Qeyd edək ki, "Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru  filologiya elmləri doktoru Sona Vəliyevadır. Kitabın rəyçiləri akademik, millət vəkili, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli və akademik, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovdur. Kitabın Ön sözünün müəllifi professor, Bakı Dövlət Universitetinin "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri Cahangir Məmmədlidir. "Zərdabi” nəşriyyatında çap olunan kitabın redaktorları isə Natiq Muxtarlı və Günel Şamilqızıdır.

  Kitabda "Koroğlu”, "Kitabi-Dədə Qorqud” dastanları, Uliyam Şekspirin "Hamlet”, Migel de Servantesin "Lamançlı Don Kixot”, Daniel Defonun "Robinzon Kruzo”, Viktor Hüqonun "Səfillər”, Lev Tolstoyun "Hərb və sülh”, "Dirilmə”, "Anna Karenina”, "Hacı Murad”, "Sergi ata”, İvan iliçin ölümü”, Fyodor Dostoyevskinin "Cinayət və Cəza”, "İdiot”, "Gülməli adamın yuxusu”, Anton Çexovun "Cərrahlıq”, "Rotşildin skripkası”, Mixail Şoloxovun "Sakit Don”, "İnsanın taleyi”, Mixail Bulqakovun "Master və Marqarita”, Andrey Platonovun "Can”, Cek Londonun "Martin İden”, Knut Hamsunun "Pan”, Frans Kafkanın "Çevrilmə”, Dino Busattinin "Tatar çölü”, İvo Andriçin "Drina körpüsü”, Aleksandr Dümanın "Qraf Monte-Kristo”, Alber Kamyunun "Yad”, "Kaliqula”, Joze Saramaqonun "İsanın incili”, "Korluq, "Təxirə salınmış ölüm”, Etel Lilian Voyniçin "Ovod”, Ziqfrid Lentsin "Gözəgörünməz qonşu”, Corc Oruelin "1984”, Orxan Pamukun "Mənim adım qırmızı”, "Qara kitab”, "Yeni həyat”, Qreqori Devid Robertsin "Şantaram”,  Xuan Rulfonun "Pedro Paramo”, Xorxe Luis Borxesin "Qum kitabı”, Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı”, "Gözəlnilən bir qətlin tarixçəsi”, Ernest Heminqueyin "Qoca və dəniz”, Əbu Həmid Əl Qəzalinin "Səadət iksiri”, Emil Zolyanın "Meyxanə”, Erix Maria Remarkın "Üç  yoldaş”, Herman Hessenin "Yalquzaq”, Çingiz Aytmatovun "Gün var əsrə bərabər”, "Əbədi gəlin”, Avqust Yuhan Strinberqin "Tənha”, Con Faulzun "Fransız generalının qadını”, Devid Selincerin "Çovdarlıqda uçurumdan qoruyan”, Xalid Hüseynin "Çərpələg uçuruan”, "Milan Kunderanın "Ölümsüzlük”, Jül Renarın "Gündəlik”, İsmail Kadarenin "Ölü ordunun generalı”, Samuel Bekketin "Qodonun intizarında”, "Malon ölür”, Con Steyberqin "Siçanlar və adamlar”, Harriyyet Biçer-Stonun "Tom dayının daxması”, Səbahəddin Əlinin "Xəz mantolu madonna”, Haynrix Bölün "O illərin çörəyi” əsərlərindən danışılıb. 

Yenililklər
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
22.01.20

Azərbaycan Aşıqlar Birliyinin növbəti kitabı işıq üzü görüb

21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.