"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq müəllif və onun yazdığı dissertasiyalar barəsində danışıb. Əjdər İsmayılovun həm fəlsəfə doktorluğu, həm də elmlər doktorluğu dissertasiyalarının Hüseyn Cavid irsinə həsr olunduğunu diqqətə çatdırıb. Eyni zamanda, Əjdər İsmayılovun Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olaraq partiya yaranarkən onun Naxçıvandakı özəyinin ilk rəhbəri olduğunu xatırladıb.

Akademik kitabın məziyyətlərini belə ümumiləşdirib: "Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!" layihəsi çərçivəsində "Turan Araşdırma Mərkəzi" İctimai Birliyi tərəfindən nəşr edilmişdir. "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabı təkmilləşdirilmiş üçüncü nəşrdir və Əjdər İsmayılovun yaradıcılığını küll halında təsəvvür etməyə imkan verir. Müəllif otuz ildir bu işlə məşğuldur və alim bu fundamental kitabla ümumi terminologiyadan ümummilli terminologiyaya getdiyini  sübut edə bilmişdir".

Sonra AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Əliyev çıxış edərək Əjdər Tağıoğlunun bu kitabının mənbələr əsasında erməni yalanlarını ifşa etdiyini nəzərə çatdırıb. Belə kitabların xarici dillərə tərcümə olunaraq yayımlanmasının vacib olduğunu qeyd edib.

Təqdimat mərasimində akademik Möhsün Nağısoylu, tarix elmləri doktoru Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru Elnur Kərimzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Cəfərbəyli Yusif, yazıçı Yunus Oğuz kitab haqqında fikirlərini bölüşüblər.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov, kitabın çap olunduğu "Elm və təhsil" nəşriyyatının direktoru Nadir Məmmədli, Ədəbiyyat, Dil, Tarix və Qafqazşünaslıq İnstitututlarının əməkdaşları və digər ziyalılar da iştirak ediblər. /525.az/

Yenililklər
03.07.20
Mədəniyyət Nazirliyi Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib
03.07.20
“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb
02.07.20
Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20
COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
01.07.20
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib
01.07.20
Saedinin dünyaca məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda nəşr edildi
01.07.20
Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
30.06.20
Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20
Simran Qədimin yeni kitabı çap olunub
30.06.20
Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
27.06.20
Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20
Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
26.06.20
Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Fərid Muradzadə - Güclü kişi 
26.06.20
Simran Qədim - Təhlükə: COVID-19
26.06.20
Məmmədov Eşqin - Payız məni darıxdırır, ilahi!
26.06.20
Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )
26.06.20
Tarix İnstitutunda “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” kitabı çap edilib
26.06.20
Dahilərin, yaradıcı insanların problemi: Bipolar xəstəlik
26.06.20
Azad Qaradərəli - Azər Abdullanın “Qəmərlidən keçən qatar” hekayəsinin ismarıcları
26.06.20
Mübariz Örən: "Yazıçı söz yaratmaqdan qorxmamalıdı" - Müsahibə
26.06.20
Daşkənddə “Azərbaycan Demokratik Respublikası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı çap olunub
26.06.20
“Məhtimqulu və Türk dünyası” adlı Beynəlxalq onlayn konfrans keçirilib
24.06.20
Orxan Saffari - Balığı güldürən azərbaycanlı yazıçı
23.06.20
İsmayıl Mərcanlı İmanzadə - Xatirələr tüstülənən ocaqmış...
22.06.20
Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi
22.06.20
Tanınmış ispaniyalı yazıçı vəfat edib
20.06.20
Atif Abbasov - Bilinən və bilinməyən Nəsrəddin Tusi
19.06.20
Bu kino ki var, bəs bizdə niyə yoxdur? - ARAŞDIRMA
19.06.20
Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpadan sonra açılışı olub
19.06.20

"Ulduz"un yeni sayı çıxıb

18.06.20
Ayxan Ayvazın “Mavra, Zəhra və başqaları” adlı kitabı çap olunub
18.06.20
Gənc yazardan Prezidentə müraciət: "Bu dəfə ümid sizədir"
16.06.20
Fərid Hüseynin Türkiyədə kitabı çap olunub
16.06.20

Gələn il “Eurovision” bu tarixlərdə keçiriləcək

15.06.20
Emil Rasimoğlu:"Azər Turanın istefa verməyi hesab edirəm ki, bu məqamda ən gözəl addımdır"
14.06.20
Gənc yazarlardan Azər Turana etiraz:“Götür bir istefa ərizəsi yaz”
12.06.20
"Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyənləşib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.