Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
02.12.19

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda çağdaş ədəbiyyatşünaslığımızın dəyərli nümayəndəsi, tənqidçi və tərcüməçi professor Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna..." kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Yazıçılar Birliyinin katibliyi, tanınmış ədəbiyyatçılar, gənc yazarlar, müəllifin tələbələri və media nümayəndələri iştirak ediblər.

AYB katibi Rəşad Məcid Birliyin katibliyi adından yeni kitabı münasibətilə müəllifi təbrik edib: "Uzun müddətdir ki, Cavanşir Yusiflinin kitabı çap olunmur. Yadımdadır, onun son kitablarından biri Əli Kərimlə bağlı idi. Biz də tez-tez o kitaba müraciət edirdik. Cavanşir Yusifli ədəbi prosesdə o qədər fəaldır ki, fikrimcə, bu kitabda çap olunan yazılar onun yaradıcılığının bəlkə də beş faizidir. Arzu edirəm ki, yaxın gələcəkdə onun daha həcmli kitablarını çap edək. Çünki Cavanşir Yusifli bizim ən sanballı və dəyərli tənqidçilərimizdən biridir".

AYB katibi İlqar Fəhmi çıxışında deyib ki, Cavanşir Yusifli ədəbi mühitimizdə fəallığı ilə xüsusi seçilir: "Əminliklə demək olar ki, ədəbiyyatımızda onun toxunmadığı sahə, məsələ olmayıb. Hələ 2000-ci illərin əvvəllərindən - onu tanıyandan onda bu hərtərəfliliyi hiss edirdik. Bəzi tənqidçilər üçün adətən, yazı, mətn ikinci planda olur, sanki öz intellektuallığını göstərməyə çalışır. Cavanşir Yusifli isə öz mənini obyektivlikdən arxada saxlaya bilir, eqosuna qalib gəlir. Bu xüsusiyyətinə görə onun mətnləri hər zaman öz sanbalıyla fərqlənir".

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair və tərcüməçi Səlim Babullaoğlu Cavanşir Yusiflini ilk növbədə çağdaş ədəbiyyatımızı dünya ədəbiyyatı kontekstində təhlil edən ədəbiyyatşünas kimi səciyyələndirib: "Bu yaxınlarda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində onun tərcüməsində iki sanballı kitab çap olundu. Onun müraciət etdiyi müəlliflər tamamilə fərqli yazıçılardır. O, "Dünya ədəbiyyatı" dərgisinin də fəal tərcüməçilərindəndir. Mən ona yorulmazlıq, müvəffəqiyyət arzu edirəm".

Tənqidçi, professor Vaqif Yusifli müəllif haqqında öncə qardaşı, sonra isə ədəbiyyatşünas kimi söz açıb: "Cavanşir ancaq onu düşündürən problemlərdən yazır. O, dünya ədəbiyyatıyla çox sıx bağlıdır. Namizədliyi də, doktorluğu da dünya ədəbiyyatıyla bağlı olub. Bütün bunlar, eləcə də onun fransız və ingilis dillərini əla bilməsi onun tərcüməçilik fəaliyyətinə də təsirsiz qalmayıb.

Tənqidçi kimi öz üslubu var. Bütün kitablarında Cavanşir özünü çox gözəl ifadə edir. O, bir tənqidçi, ədəbiyyatşünas kimi öz yerini, mövqeyini müəyyənləşdirib. Mən ona can sağlığı, könül xoşluğu arzu edirəm".

Cavanşir Yusiflinin yazılarını sükutun içində hayqırış adlandıran professor Vaqif Sultanlı deyib ki, onun məqalələri ədəbiyyat nəzəriyyəsi üçün çox gərəklidir: "O, yazılarında nəzəri qəliblərə sığmır, sözdən başlayır, sözün fəlsəfəsinə varır. Onun yazıları başdan-başa müqayisəylə doludur. Müqayisədən kənarda isə elm yoxdur. O, bizim ədəbiyyatımızı dünya ədəbiyyatı ilə müqayisə edir. Təkcə ədəbiyyatdan, insandan yazmır, dünyadan yazır”.

Tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova hələ 2000-ci illərin əvvəllərində Cavanşir Yusifli haqqında "Yeni düşüncənin vüsətilə" adlı məqalə yazdığını deyib: "Onun yazılarının qarşısında hər zaman "yeni" sözünü işlətmək olur. Çünki o, çağdaş ədəbi prosesi o qədər aktiv şəkildə izləyir və yazılarında adekvat münasibət bildirir ki, onun dediyi söz hər zaman öz yeniliyini qoruyub saxlayır".

Xalq şairi Sabir Rüstəmxanlı çıxışına C.Yusiflinin onun haqqında yazdığı kitabla başlayıb: "Mənim haqqımda 13-14 kitab yazılıb. Onların içərisində obyektə orijinal və müstəqil yanaşması, yüksək peşəkarlıqla qiymət verməsi baxımından Cavanşir Yusiflinin kitabı çox fərqli idi.

Cavanşir və Vaqif Yusifli qardaşlarının ədəbiyyatımızda, ədəbi tənqidimizdə çox böyük xidmətləri var. Cavanşir Yusifli mətnə yuxarıdan baxmağı, nəzəriyyəylə ədəbi mətni qovuşdurmağı bacaran tənqidçidir. Cavanşirin ədəbiyyata yanaşması, ədəbiyyatımızda az işlənmiş sahələrə meyli onu göstərir ki, o, həm milli, həm dünya ədəbiyyatını və nəzəriyyəni çox gözəl bilir. Nəzəri bazaları yüksək olan tənqidçi nəsli var. Onların başında duran adlardan biri də məhz Cavanşir Yusiflidir".

Daha sonra tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamal, filologiya üzrə elmlər doktoru Yaqub Babayev, yazıçı Şərif Ağayar, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, şair Fərid Hüseyn, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Mehman Həsən və başqaları çıxış edərək Cavanşir Yusiflinin həyatı, fəaliyyəti, yeni kitabları haqqında müsbət fikirlərini səsləndirib, müəllifə uğurlar arzulayıblar.

Sonda çıxış edən Cavanşir Yusifli ədəbiyyat və çağdaş ədəbiyyatşünaslıq, mətn və məna haqqında fikirlərini bölüşüb. Müəllif yeni kitabının "aybKitab" layihəsindən çapına görə AYB rəhbərliyinə minnətdarlığını ünvanlayıb, tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib.  /525.az/

Yenililklər
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.