Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda mərhum şair-rəssam Adil Mirseyidin "Son şeir, son vəsiyyət" adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatda tanınmış ədəbiyyat, incəsənət xadimləri, Adil Mirseyidin qələm dostları, ailə üzvləri, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid qeyd edib ki, kitabda şairin ömrünün son illərində qələmə aldığı, heç yerdə çap edilməyən şeirləri toplanıb. O deyib ki, Adil Mirseyid 80-90-cı illərin modernizm ədəbi cərəyanının yeni dalğasının nümayəndələrindən biridir. Şairin ixtisasca rəssam olduğunu bildirən R.Məcid onun şeirlərində də həyatın müxtəlif rənglərinin əks olunduğunu vurğulayıb.

Sonra Rəşad Məcid məclisin moderatorluğunu yazıçı Kənan Hacıya həvalə edib. Adil Mirseyid haqqında xoş duyğularını paylaşan Kənan Hacı onun həm əzmkar, xarakter sahibi bir insan, həm də yaradıcı şəxsiyyət kimi gənclərə örnək olduğunu deyib, təqdim olunan kitab münasibətilə şairin ailə üzvlərini təbrik edib.

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu Adil Mirseyid şəxsiyyəti, onun söz və rəsm yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun sənətkar və insan kimi orijinallığını vurğulayıb. A.Mirseyidin fəal və zövqlü ədəbiyyat təşkilatçısı olduğunu qeyd edən S.Babullaoğlu onun dəyərli ədəbi nümunələrə qarşı həssaslığından söz açıb. S.Babullaoğlu mərhum şairin tərcüməçilik fəaliyyətindən də danışıb, dünya ədəbiyyatına yaxından bələdliyinə diqqət yönəldib. Çıxışının sonunda S.Babullaoğlu A.Mirseyidin "Gecə yağışı" şeirini səsləndirib və deyib: "Şairlərin, yaradıcı şəxslərin yaratdığı sənət əsərlərinin onlardan ayrı taleyi olur. Mən bu kitaba ədəbiyyatda yaxşı tale arzulayıram".

Tənqidçi, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli çıxışında deyib ki, Adil Mirseyid nə özündən əvvəlki, nə də sonrakı şairlərə bənzəyirdi: "O, ədəbiyyata Adil Seyidzadə imzasıyla gəlmişdi. Öz üslubunu yaratmışdı. Təkcə poeziyada deyil, həyatında, rəssamlığında, insanlara münasibətində də. Adil Mirseyid sərbəst şeirin Azərbaycandakı sonuncu mogikanlarından idi. O, ixtisasına görə rəssam idi. Şeirlərində dünya, Azərbaycan rəssamlarının adı çəkilirdi. Nəinki çəkilirdi, hətta o, onlar haqqında məqalələr, esselər yazırdı. Onun Paris lövhələri elə idi ki, sanki ayaqyalın Paris küçələrini gəzirdin. O, ədəbiyyata bir neçə obraz gətirmişdi: bədirlənmiş ay, ay işığı və sair".

Şair və bəstəkar Xanım İsmayılqızı Adil Mirseyidlə 1990-cı illərin əvvəllərində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində tanış olduğunu və sonradan bu tanışlığın dostluğa çevrildiyini deyib: "O, son dərəcə maraqlı həmsöhbət idi. Hərdən elə bilirdim ki, o, yer adamı deyil. Onun poeziyası bəşəridir, milliyyəti yoxdur. Sanki bütün dünyanı gəzib gəlmişdi. İnsanın onun heç vaxt olmadığı ölkələr haqqındakı dəqiq bilgilərinə, müşahidələrinə heyrət edirdi. Düşünürdün ki, o, həmin yerləri ruhuyla gəzib. Heyf ki, belə bir insanı məişət problemləri sıxırdı. Adil Mirseyid dünənin, bu günün deyil, gələcəyin şairi idi. Onun şeirlərini oxuyanda sanki möhtəşəm bir rəsm əsərinə tamaşa edirsən. İnanıram ki, onun yazdıqları, çəkdikləri gözəl ömür yaşayacaq".

Bəstəkar Aydın Əzimov Adil Mirseyidi öncə rəssam kimi tanıdığını deyib: "Əvvəllər daha çox bəstəkarlar, rəssamlar mühitində olardım. Adili də bu mühitin içərisində rəssam kimi tanımışdım. Şair olduğunu bilmirdim. Sonradan bir dəfə öz ifasında şeirini dinlədikdən sonra onun necə bənzərsiz bir şair olduğunu da öyrənmiş oldum. Adil Mirseyid çox dürüst, saf insan idi. Mən onu hər zaman sayğıyla, sevgiylə yad edirəm".

Daha sonra çıxış edən qonaqlardan Nüşabə Vəkilova, Varis Yolçuyev, Nəvai Mətin, Əkbər Qoşalı, Aida Eyvazlı, Rəfael Tağızadə və başqaları mərhum şair-rəssamı xoş sözlərlə yad edib, onunla bağlı xatirələrini bölüşüblər. Aktyor Kamran Yunis şairin şeirlərindən səsləndirib.

Sonda ailənin adından çıxış edən şairin qızı Ayan Mirseyid bu nəşrin Adil Mirseyidin vəfatından sonra çap olunan ilk kitabı olduğunu deyib, onun çapında zəhməti olan hər kəsə, eləcə də çıxışçılara öz təşəkkürünü bildirib. /525.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.