Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
06.12.19

Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin orijinaldan tərcümə etdiyi Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı keçirilib. Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən təşkil olunan tədbirdə kafedranın professor-müəllim heyəti ilə yanaşı qonaqlar və media nümayəndələri iştirak edib.

Tədbirdə kafedranın müdiri Ülviyyə Rəhimova tərcümə kitabın ərsəyə gəlməsi ilə bağlı görülən işlər haqqında məlumat verib və əməyi keçənlərə təşəkkür edib.

Professor Qorxmaz Quliyev çıxışında kitabın tərcümə olunmasının ideyası və tarixçəsi, o cümlədən Mişel Fukoya müraciət etməsinin səbəbləri haqqında danışıb. Qorxmaz Quliyev qeyd edib ki, XX-XXI əsrlərin humanitar fikir tarixində böyük yeri olan Mişel Fuko insanı düşünməyə vadar edən mütəfəkkirlərdəndir və yeni ideyaların mənbəyi kimi çıxış edir. Fransız filosof  oxucunun intellektual və emosional təşəkkülünə virtual  təsir göstərərək insanın mahiyyətini üzə çıxarmağa qabildir.

Tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusifli kitabin ədəbi-elmi ictimaiyyət üçün böyük dəyər olduğunu bildirib və filoloji təfəkkürün formalaşmasında mühüm rol oynayan əsərlərin Azərbaycan dilində oxunmasının əhəmiyyətini vurğulayaraq qed edib ki, Fuko filoloq üçün hər şeydən əvvəl filologiyanın dilini öyrənməyə şərait yaradır.

Tədbirin qonağı, ədəbiyyatşünas alim, professor Bədirxan Əhmədov tərcümə kitabın Azərbaycanın ədəbi və elmi ictimaiyyəti üçün böyük hadisə və yeni mərhələ olduğunu qeyd edib. Bədirxan Əhmədov bldirib ki, Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən indiyə qədər hazırlanan kitablar və görülən işlər onu deməyə əsas verir ki, ölkədə yeni  ədəbiyyatşünaslıq  üzrə məktəb məhz  Azərbaycan Universitetində yaranır.

Kafedranın professoru Asif Hacıyev dünya fəlsəfi-filoloji fikrinin klassik əsərlərinin Azərbaycan dilinə tərcüməsində müşahidə olunan qüsurlar haqqında danışıb. Asif Hacıyev bu tipli əsərlərin orijinaldan tərcüməsinin olduqca vacib məsələ oldğunu vurğulayıb və böyük ədəbi hadisəyə imza atdığı üçün Qorxmaz Quliyevə təşəkkür edib.

Qeyd edək ki, təqdimatı keçirilən kitab fransız filosofun Azərbaycan oxucusu ilə ilk görüşüdür. Ərsəyə gəldiyi gündən etibarən ətrafında  indinin özündə də  qızğın mübahisələrin səngimək bilmədiyi “Sözlər və nəsnələr” əsəri XX əsr ictimai-humanitar fikrinin inkişafında mühüm rol oynayıb

İctimaiyyətlə əlaqələr şöbəsi





















































































Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.