Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
09.12.19

Rza Bərahəninin adı Azərbaycan oxucusuna çox tanış deyil. Kanadanın Toronto universitetinin professoru R.Bərahəni İranda yeni  ədəbi tənqidin banisi  sayılır. Nobel mükafatına dəfələrlə  nominant olan Rza Bərahəninin əsərlərindən seçmələri tərtib və transliterasiya ilə, yaradıçılığından  elmi oçerklə (ingilis  dilində də daxil) birlikdə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli təqdim edir.
“Bərahəni əsərlərindən  seçmələr” adlı yeni çapdan  çıxmış kitab dünya  şöhrətli mühacir yazarı Azərbaycan oxucularına yaxından tanıtmaq məqsədi daşıyır. Kitabda farsca, ingiliscə az da olsa  azərbaycanca  yazan Rza Bərahəninin  şeir və  nəsr əsərlərindən  seçmələr,  araşdırmaları və müashibələri yer  alıb.

Kitabın redaktoru Dr. Məsiağa Məhəmmədi, elmi məsləhətçisi isə akademik Nizami  Cəfərovdur.

 R.Bərahəninin əsərlərini araşdıran Pərvanə Məmmədli qeyd edir  ki, Rza  Bərahəni türk təfəkkürünü fars ədəbiyyatında inkişaf etdirən yazıçılardandır. İndiyə kimi  60-a yaxın kitabı çıxıb, bunun da səkkizii roman, on dördü  şeir kitabıdı. Xeyli-sayda ədəbi-tənqidi məqalələri çap olunub.
Kitab haqda daha  geniş  məlumat  üçün  Pərvanə  Məmmədlinin  kitaba  yazdığı  müqəddiməyə  müraciət edirik:


“1968-ci ildə yazdığı «İnsanlıq tarixi» kitabının İranda çap olunmasına icazə verməyiblər. Sonra E.L.Doktorov adlı bir amerikalı yazıçı kitaba aid böyük bir məqalə yazaraq, onu ingilisdilli topluma təqdim edib.

«Yurdumun sirləri» əsəri yazıçının doğulub boya başa çatdığı Təbriz şəhərinə həsr olunub. Onun  bütün  əsərlərində  Təbrizin  adı  qırmızı  xətlə keçir. Yazıçı əsərdə Təbrizin tarixi, mədəniyyəti, orada yaşayanların özəl xüsusiyyətləri, xarakterləri, məşğulluq sahələri və s. qələmə alıb. Yaradıcılıgı boyu Təbriz öz   çografi mənasından  çıxıb  ədəbi  mətnə çevrilir. Təbriz ədəbi konstektdə  yaradılır. “Azadə  xanım və  onun yazarı”  əsərini tənqidçilər  roman içində roman adlandırır. Əsərdə tarixin  dərinliklərindən gəlib bu  günlə  səsləşən kültür, mif fraqmentlər, çeşidli məqamlarda təzahür olunur. Roman İranda   postmodernizmin  ən  parlaq  nümənələrindən biridir.

“Yurdumun sirləri” əsərinin  özəlliyi onun Azərbaycan gerçəklikləri ilə bağlı olmasındadır. R.Bərahəni Azərbaycan Milli Hökumətinin məğlubiyyətindən sonrakı Azərbaycan ortamının ağır və sıxıntıntılı vəziyyətini bədii lövhələrlə izah edir. Azərbaycan türklərinin acınacaqlı durumu və rejim tərəfindən əhaliyə edilən basqı və təzyiqlər bu romanda öz əksini tapmışdır.

Rza Bərahəninin «Ayazın cəhənnəm günləri» tarixi romandır. Bu əsərin baş qəhrəmanı Ayaz tariximizdə böyük  iz qoymuş Mənsur Həllacın prototipidir. “Ayazın Cəhənəm günləri” romanı Fransada böyük  əks-səda doğurmuşdu.Bu  kitab  Fransada  çap  olunandan sonra    ölkədə ən oxunan  bestsellerlər  siyahısına  düşmüşdü.Tənqidçilər bu əsəri Jean Genet və  James Joyce əsərləri ilə müqayisə edirdilər.Bir fransız rejissoru isə əsərin motivləri əsasında  tamaşa səhnələşdirmişdi.

Ünlü Fransız  yazarı və  tənqidçisi Helene Sixousun  bu  romanı oxuduğu zaman gəldiyi  fikirlər çox maraqlıdır: “Belə əsərləri oxumaq dözülməzdir. Yazarın iç dünyasından qaynayıb axan bu əsəri oxumaq  insana işgəncə verir. Əsər mənə cəhənnəmin nə olduğunu yaşatdı. R.Bərahəninin  cəhənnəmi gözəl və baxımlı bir saraydır,  İran, Türk və  Qərb arxivləri ilə doludur. Ensiklopedik bilgilər və xatirələr yığınıdır”.

Rza Bərahəni fars ədəbiyyatının poetik axtarışlarından bəhs edərkən göstərir ki, onu zənginləşdirən, ədəbiyyata yenilik gətirən türklər olmuşdu. Bərahəniyə görə məsnəvi janrını fars ədəbiyyatına türklər gətiriblər.” Farslar kiçik bir sahədə, eyni mövzuda bədii cəhətdən bir-birindən fərqli və dolğun yazmağa üstünlük verirdilər, qəzəl də bu işdə onlara yarıyırdı, Türklərə isə bu çox dar gəlirdi. Onlar ucu-bucağı görünməyən çöllərdə at çapmağa alışmışdılar. Ona görə də şeirdə bir uçsuz-bucaqsızlıq yaratdılar. Fars dilində yazılan hansı bir əsəri versəniz oxuyan kimi deyə bilərəm: bunu türk yazıb, bunu fars. Müəllifin milliyyətini təfəkkür və üslubdan müəyyənləşdirmək o qədər də çətin deyil“.
Rza Bərahəninin bu müsahibəsindəki həqiqət ondadır ki, istər qəzəl olsun, istərsə də digər ədəbi formalar hamısında onu yaradan müəllifin milli kimliyi öz möhürünü vurur. Hər bir janrın inkişafında onu yaradan xalqla yanaşı, hətta başqa dildə də forma, janr öz milli düşüncə elementlərini yaşadır. Ona görə də fars şeiri, fars ədəbiyyatı həndəvərində Azərbaycan səpgisi, Azərbaycan üslubunun mövcudluğu fikrini irəli sürənlər haqlıdırlar.

«Nyu-York tayms» qəzetində R. Bərahəniyə həsr olunan bir məqalədə qeyd olunur ki, onun birinci dili türk, yəni öz doğma Azərbaycan dilidir. O zamanlar şah belə bir fərman qəbul etmişdi ki, bütün yazılar şahin danışdığı dildə olmalıdı. İndi onun ən çox işlətdiyi dil ingilis dilidir.
Bərahəni  yazır  ki:«Biz fars dilinə xidmət etmək məcburiyyətində qalmışıq, əslində bizi elə vəziyyətə salıblar ki, biz öz dilimizə xəyanət etmişik” .

Dr. Rza Bərahəninin kitablarının böyük hissəsi İranda çap olunub. Onun əsərlərinin bir qismi (3500 səhifə) fransız və ingilis  dillərində nəşr edilib. “Kelebeklere” (Kəpənəklərə”) adlı  bir şeir  kitabı  isə 2004 -cü ildə  Türkiyədə  çap olunub. (Haşım Xosrovşahinin tərcüməsində) Bundan  əlavə, yazıçının əsərləri əsasında 7-8 pyes yazılıb və tamaşaya qoyulub.

Dr. Bərahəni hazırda Kanadanın Toronto şəhərində yaşayır. Dörd övlad atası olan Rza Bərahəninin həyat yoldaşı Sanaz Səhhəti fars dili və ədəbiyyatı mütəxəssisidir.Professor Sanaz Səhhəti Morisonun, Helmanın, Kosinskinin əsərlərini fars dilinə tərcüm  etmişdir. Övladları Alesa - jurnalist, Oktay  - kino rejissoru, Arsalan - film istehsalçısı, İsfəndiyar musiqiçi-jurnalistdir. 

Dr. R.Bərahəni «Kanada İran azərbaycanlılarının Dil və Ədəbiyyat Cəmiyyəti»nin təsisçilərindəndir və bir neçə il cəmiyyətin sədri vəzifəsini yerinə yetirib. Son illər isə Cənubi Azərbaycandan olan və mühacirətdə yaşayan ziyalıların «Surgundə Cənubi Azərbaycan qələm əncüməni»nin əsas yaradıcılarından biri olmaqla bərabər, bu qurumun fəxri başqanı seçilmişdir. Əsərləri ingilis, fransız, alman, rus, ərəb, türk, ispan, isveç və b. dillərə tərcümə edilib. Onun ingiliscə, Azərbaycan  türkcəsində və fransızca yazdığı  orijinal əsərləri də  var. Bir çox əsərləri Markes, Nabokov, Oktavio Paz, Nazim Hikmət, Borxes, Şimborska kimi böyük dünya yazarları ilə birgə nəşr olunub,eyni antologiyalarda yer alıb. «Nyu-York Tayms», «Vaşinqton Post», «Fiqaro», «Mond», «Taym» kimi nüfuzlu beynəlxalq nəşrlərdə haqqında yazılar dərc olunub. Ədəbi fəaliyyəti və insan haqları uğrunda mübarizəsinə görə bir çox beynəlxalq mükafatlar alıb. Dəfələrlə ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunub.

Bütün bu dünya şöhrətinə baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, Rza Bərahəni Azərbaycan Respublikasında yetərincə tanınmayıb, onun əsərlərinin dilimizə tərcüməsi və təbliği sahəsində kifayət qədər iş görülməyib, kitabları nəşr olunmayıb. Bu sahədə ilk təşəbbüs şərqşünas alim Məsiağa Məhəmmədiyə məxsusdur. On il  öncə onun tərtibçiliyi  ilə bir kitab işıq üzü görmüş, təqdim olunan bu kitab isə bir növ həmin işin davamıdır. Kitabın Azərbaycan oxucusunun Rza Bərahənini daha yaxından tanınmasına xidmət göstərəcəyinə ümid edirik”.

Yenililklər
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
22.01.20

Azərbaycan Aşıqlar Birliyinin növbəti kitabı işıq üzü görüb

21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.