“Ədəbi Proses – 2018” kitabı çap olunub
09.01.20

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2018” kitabı nəşr edilib. Altıncı cildi nəşr edilən kitab İnstitutun Elmi Şurasının 19 sentyabr 2019-cu il tarixli qərarı ilə çap olunub.

Kitabın redaksiya heyətinə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Aygün Bağırlı, Vaqif Yusifli (məsul redaktor), Mehman Həsənov, Elnarə Akimova, Nərgiz Cabbarlı daxildir. Altıncı cild akademik İsa Həbibbəylinin “Ədəbi proses hərəkatında yeni dalğa” adlı yazısı ilə açılır.

    Kitab ənənəvi olaraq “Hədəf” nəşriyyatında işıq üzü görüb. Nəşrdə    Ədəbiyyat İnstitutunun əməkdaşlarından 24 nəfərin müxtəlif mövzularda məqalələri yer alıb. Onlardan filologiya elmləri doktoru Elnarə Akimovanın “2018 - “Tarixin sonu”nu inkar edən daha bir il”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “2018-ci il Ədəbi tənqid refleksləri”, filologiya elmləri doktorları Vaqif Yusiflinin “Azərbaycan şeiri - 2018” və Esmira Fuadın “2018-ci ilin epik şeiri: epos təfəkkürünün və lirik-fəlsəfi duyğuların bəyanı” və s. yazıları qeyd etmək olar.

     Bunlardan başqa kitabda Nərgiz Cabbarlı, Aynur Xəlilova, Nərmin Cahangirova, Maral Yaqubova, Aynurə Mustafayeva, Cavanşir Yusifli, Pərvanə Məmmədli, Rasim Nəbioğlu, Mehman Həsənli, Gülnar Qənbərli, Salidə Şərifova, Nizami Hüseynov, Mərcan Sofiyeva, Elçin Mehrəliyev, Gülbəniz Babayeva, Lalə Həsənova, Zəkulla Bayramlı, Xanım Zairova, Eşqanə Babayeva və Bəsirə Əzizəliyeva kimi tədqiqatçıların 2018-ci ilin ədəbi prosesini müxtəlif rakurslardan araşdırıan məqalələri toplanmışdır. Ümumilikdə, 2018-ci ilin ədəbi prosesi poeziya, bədii nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi, publisistika, ədəbi əlaqələr, bədii tərcümə, rusdilli Azərbaycan ədəbiyyatı, cənub ədəbiyyatı, uşaq ədəbiyyatı, ədəbi gənclik istiqamətləri üzrə təhlil olunmuşdur.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.