Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
***
Onda balaca idik Adımız uşağıydı Onda təzə deyildi Əynimiz yamağıydı
Nənəm qoymazdı yerə İynəsini, sapını Bağlamazdı atamız Darvazanı, qapını
Anamızın qucağı İsti sobamızıydı. Onda yaxın qonşular Ən yad doğmamızıydı.
Biz ən böyük ağrını Çapığımız bilərdik. Gözümüzün yaşını Qolumuza silərdik.
Anamızın verdiyi Dürməyi bölüşərdik Doyunca yeməsək də Doyunca gülüşərdik
Uzun nar çubuqları Bir çaparaq at idi Acı sözü bizimçün Ancaq istot idi…
Soyuq qış gecəsində Qar örtərdi yolları Bütün pəncərələrdə İsti nəfəs buxarı…
Yorğandan qısa idi Onda ayaqlarımız. Onda dünya balaca
Böyük idik hamımız
***
Nənəm nağıl deyərdi Dinləməkdən doymazdım Bilsəydim böyüyəndə Hamı çıxıb gedəcək O balaca uşağı Böyüməyə qoymazdım…
|