Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
01.02.20

Rusiya Yazıçılar İttifaqı ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq Müqaviləsi imzalanıb.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu deyib ki, müqavilə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla Rusiya Yazıçılar Birliyi idarə heyətinin sədri Nikolay İvanov arasında imzalanıb: “Rusiya tərəfi belə bir təkliflə mənə məktub ünvanlamışdı. Mən Anar müəllimə təklifi çatdırdım, bu perspektiv və təklif olunan müqavilənin şərtləri barədə müzakirələr apardıq, sonucda müqavilə imzalandı. 8 müddəalıq müqavilənin preambulasında deyilir: “Xalqlarımız arasındakı ənənəvi dostluq va tarixi müttəfiqlik münasibətlərini, eləcə də ölkələrimizin ədibləri arasındakı yaradıcı münasibətlərin inkişafını əldə rəhbər tutaraq Rusiya Yazıçılar Birliyi və Azərbaycan Yazıçılar Birliyi ədəbi-mədəni sahərə, mədəni-maarifçi humanitar sahələrdə hərtərəfli tərəfdaşlıq və praktiki əməkdaşlıq etmək barədə razılığa gəliblər…” Müqavilə qarşılıqlı ədəbi mübadiləni, ardıcıl tərcümə işini,yaradıcılıq emalatxanalarının, Bakıda və Moskvada olmaqla müxtəlif digər ortaq tədbirlərin keçirilməsini və b. məsələləri nəzərdə tutur. Biz artıq ilk addımı atdıq. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Ədəbiyyat qəzeti” ilə birgə layihəsi kimi qəzetdə “Çağdaş rus ədəbiyyatı” adlı xüsusi buraxılışı çap etdik. Rusiya tərəfinin təklif və təqdim etdiyi müəlliflər və mətnlərə əsasən, onların sayı ondur. N.İvanov, S.Qlovyuk, S.Makarova, V.Kiryuşin, Y.Kozlov, İ.Kovalyova, V.Latınin, A. Vitakov, A.Yexalov və A.Trapeznikovun mətnlərini. Tərcümələri Ə.Ol, M.Nur, C.Yusifli, Qismət, G.Şamilqızı, D.İbrahimova və N. Bağırzadə icra ediblər.

Yaxın zamanlarda Rusiyanın kifayət qədər tanınmış nəşrlərinin birində “Çağdaş Azərbaycan ədəbiyyatı” xüsusi buraxılışı işıq üzü görəcək. Həmin buraxılış üçün biz Anar, K.Abdulla, Ç. Abdullayev, Ə.Ol, N.Nəcəfoğlu, M.Nur və Ü.Tahirin nəsr əsərlərini, İ.Həbibbəyli, A.Turan və E.Akimovanın ədəbiyyatşünaslıq və tənqidi yazılarını, eləcə də F.Məmmədli, Q.Rüstəmov, F.Hüseyn, L.Əliyeva, A.Əlioğlu və S.Sahilin şeirlərini təqdim etmişik, 16 müəllifin əsərini. Nəyi seçəcəklər, necə seçəcəklər, bilmirəm, amma biz bu müəlliflərin əsərlərini təqdim etmişik. Ümid edirəm, yaxın zamanlarda nəşr olunar… Hesab edirəm ki, ruslarla əməkdaşlığımız qarşılıqlı faydalı olacaq. Və hələ başqa maraqlı layihələrlə də yadda qalacaq.

Ümumiyyətlə isə Rusiya çox böyük və dərin ədəbi ənənələri olan bir ölkədir, bu məlumdur. Bizdə, Azərbaycanda da rus ədəbiyyatına çox böyük maraq olub həmişə. İndi də var. Və təadüfi deyil ki, biz yenilənmiş “Dünya ədəbiyyatı” dərgisinin ilk saylarından birini məhz XX əsrin ikinci yarısı rus ədəbiyyatına həsr etmişdik. Doğrudur Rusiyanın ədəbi palitrası elə ölkənin ərazisinə adekvatdır, ordakı prosesləri izləmək, təsnifləşdirmək çox çətindir, amma hesab edirəm ki, məhz bu cür müqavilə, əməkdaşlıq sənədləri prosesi qismən də olsa nizama salar, aydınladar.”
/Sim-sim.az/

Yenililklər
03.07.20
Mədəniyyət Nazirliyi Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib
03.07.20
“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb
02.07.20
Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20
COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
01.07.20
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib
01.07.20
Saedinin dünyaca məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda nəşr edildi
01.07.20
Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
30.06.20
Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20
Simran Qədimin yeni kitabı çap olunub
30.06.20
Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
27.06.20
Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20
Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
26.06.20
Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Fərid Muradzadə - Güclü kişi 
26.06.20
Simran Qədim - Təhlükə: COVID-19
26.06.20
Məmmədov Eşqin - Payız məni darıxdırır, ilahi!
26.06.20
Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )
26.06.20
Tarix İnstitutunda “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” kitabı çap edilib
26.06.20
Dahilərin, yaradıcı insanların problemi: Bipolar xəstəlik
26.06.20
Azad Qaradərəli - Azər Abdullanın “Qəmərlidən keçən qatar” hekayəsinin ismarıcları
26.06.20
Mübariz Örən: "Yazıçı söz yaratmaqdan qorxmamalıdı" - Müsahibə
26.06.20
Daşkənddə “Azərbaycan Demokratik Respublikası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı çap olunub
26.06.20
“Məhtimqulu və Türk dünyası” adlı Beynəlxalq onlayn konfrans keçirilib
24.06.20
Orxan Saffari - Balığı güldürən azərbaycanlı yazıçı
23.06.20
İsmayıl Mərcanlı İmanzadə - Xatirələr tüstülənən ocaqmış...
22.06.20
Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi
22.06.20
Tanınmış ispaniyalı yazıçı vəfat edib
20.06.20
Atif Abbasov - Bilinən və bilinməyən Nəsrəddin Tusi
19.06.20
Bu kino ki var, bəs bizdə niyə yoxdur? - ARAŞDIRMA
19.06.20
Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpadan sonra açılışı olub
19.06.20

"Ulduz"un yeni sayı çıxıb

18.06.20
Ayxan Ayvazın “Mavra, Zəhra və başqaları” adlı kitabı çap olunub
18.06.20
Gənc yazardan Prezidentə müraciət: "Bu dəfə ümid sizədir"
16.06.20
Fərid Hüseynin Türkiyədə kitabı çap olunub
16.06.20

Gələn il “Eurovision” bu tarixlərdə keçiriləcək

15.06.20
Emil Rasimoğlu:"Azər Turanın istefa verməyi hesab edirəm ki, bu məqamda ən gözəl addımdır"
14.06.20
Gənc yazarlardan Azər Turana etiraz:“Götür bir istefa ərizəsi yaz”
12.06.20
"Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyənləşib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.