Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
03.02.20
Professor Cavanşir Yusiflinin Babullaoğlunun yaradıcılığı barədə irihəcmli araşdırması dərc edilib.
Filologiya elmləri doktoru, professor Cavanşir Yusiflinin Səlim Babullaoğlunun poetik mətnləri barədə filoloji qeydlər və söhbətlərdən ibarət irihəcmli “Sözdən əşyaya” adlı təqqiqat əsəri nəşr olunub.
“Mütərcim” nəşriyyatında nəfis şəkildə dərc edilən kitabda çağdaş Azərbaycan poeziyasının öncüllərindən olan şair Səlim Babullaoğlunun poetik yaradıcılığı araşdırılır, onun yaratdığı bədii mətnlər dünya şeirində nmaraqlı və əhəmiyyətli bədii nümunələrlə qarşılaşdırılaraq təhlil edilir.
Esse, tənqidi məqalə, araşdırmanın kəsişməsində maraqlı filoloji baxışla və müvafiq dillə yazılan bu kitab prof. Cavanşir Yusiflinin f.ü.f.dok. Samirə Məmmədova və tanınmış şair, esseist Qismət Rüstəmovla şairin yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda elədikləri təhlili söhbətlərlə tamamlanır.
Kitab Azərbaycan Kitabının Təbliğ Assosiasiyasının /AKTA dəstəyi ilə çapa hazırlanıb.
Yaxın vaxtlarda kitabın təqdimatı gözlnilir.
|