Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov və ilahiyyatçı Həsən Hüseyninin birgə müəllifliyi ilə nəşr olunmuş “Nəsimidən nəsimlər” kitabının təqdimatı keçirilib. Nəşrin redaktoru Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musabəylidir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov nəşrin elmi əhəmiyyətindən danışıb. Bildirib ki, əsər böyük şairin 650 illik yubileyinə ithaf olunsa da, Nəsimi yaradıcılığının araşdırılması hər zaman aktualdır. Təqdimatı keçirilən kitabda dəyərli təhlillər aparılıb.

Kitabın rəyçilərindən biri, Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin müdiri Qutiyera Cəfərova bu nəşrin böyük şairin zəngin irsinin araşdırılması istiqamətində dəyərli töhfə olduğunu deyib.

Nəsimi yaradıcılığından söz açan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı şairin yaradıcılığı haqqında aparılmış təhlillərə görə hər iki müəllifi, xüsusən də bu günlərdə 60 yaşı tamam olan Vərağa Salmanovu təbrik edib.
Kitabın rəyçisi, institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli diqqətə çatdırıb ki, nəşrdə maraqlı məqamlardan biri Nəsiminin Həzrət Əliyə olan münasibəti, Quranda əks olunan bəşəri mövzularla bağlı fikirlərin olduqca gözəl əks etdirilməsidir. N.Məmmədli kitabı Azərbaycan nəsimişünaslığında dahi söz ustadını Quran hafizi kimi, islam alimi kimi araşdıran uğurlu addımlardan biri kimi qiymətləndirib. Alim əlavə edib ki, burada şairin yaradıcılığı yalnız irfani deyil, poetik cəhətdən də dərin araşdırılıb.

Kitabın digər rəyçisi – Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov bildirib ki, müəllif nəşrdə Nəsimini Şumer dövründən tutmuş Xaqani, Nizami kontekstində təhlil edib. Şairin yaradıcılığını həm dini, həm də elmi cəhətdən bərabər şəkildə araşdırıb. Ə.Nəcəfov Quranın gözəl bilicisi Həsən Hüseyninin də şərhlərini yüksək qiymətləndirib.

İnstitutun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi Mircəfər Seyidov, Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nəsib Göyüşov təqdim olunan araşdırmaları yüksək qiymətləndiriblər.

Kitabı nəşrə hazırlayan və “Ön söz”ün müəllifi, institutun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi Sona Xəyal bu kitabda hər iki müəllifin şairin yaradıcılığı ilə bağlı yanaşmalarının ilk dəfə təqdim olunduğunu deyib.

Sonda müəlliflər təqdimat mərasiminin təşkilinə görə Əlyazmalar İnstitutunun rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildiriblər.

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.