Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO

03.03.20

Məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısında heykəli ucalacaq.

AZƏRTAC-ın müxbiri heykəlin hazırlanması ilə əlaqədar keçirilən müsabiqənin qalibi Xalq rəssamı Xanlar Əhmədovun emalatxanasında olub və heykəlin hazırlanması prosesi ilə maraqlanıb.

Emalatxanada heykəlin gil variantı üzərində son tamamlama işləri gedirdi. Heykəlin hər bir detalı üzərində incəliklə işlənildiyi elə ilk baxışdan diqqəti özünə cəlb edir. Gərgin əmək, yuxusuz gecələr hesabına ərsəyə gələn başında buxara papaq, əynində ənənəvi libas, bir əlində təsbeh, bir əlində əsa, sinəsi orden-medallı məşhur xeyriyyəçi-mesenatın əzəmətli görkəmi xoş təsir bağışlayır.

Uzun illər dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışan rəssam Xanlar Əhmədovun heykəl üzərində işlədiyi iki aydan çoxdur. Bəzən gecə yarısına, bəzən də sübhə qədər tişəni əlindən yerə qoymur.
Xalq rəssamı bir neçə il əvvəl Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan fərdi sərgi açmaq arzusuna düşəndə ilk olaraq Hacı Zeynalabdin Tağıyevin obrazını yaratmaq istəyib: “Milyonçu millət atasının obrazı üzərində 10-12 il əvvəl də işləmişdim. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarov, cümhuriyyətin hərbi nazirinin müavini, artilleriya generalı Əliağa Şıxlınski, görkəmli bəstəkar Tofiq Quliyev, Xalq artisti Nəsibə Zeynalova və digər tanınmış şəxsiyyətlərin obrazları üzərində yaradıcılıq axtarışları aparmışdım. Əlbəttə, xalqımızın həyatında müstəsna rol oynamış və ürəklərdə özünə əbədiyyət heykəli qoyan görkəmli şəxsiyyətlərin hamısının obrazını qranit və mərmər lövhə üzərinə köçürməyə bir ömür də bəs eləmir. Bununla belə həmin silsilədən olan yaradıcılıq işlərinə ara verməmişəm”.

O, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə əlaqədar elan edilən müsabiqəyə üç eskiz təqdim edib. 26 eskizlər içərisində onun layihəsinin qalib gəlməsini heykəltəraş böyük sevinc hissi ilə qarşılayıb: “Uzun müddət idi ki, xeyriyyəçi, mesenat Tağıyevə heykəl qoyulması haqqında söhbətlər gedirdi. Dövlət başçısı da məsələyə çox müsbət yanaşdı və bundan az sonra bu mövzuda müsabiqə elan olundu. Müsabiqəyə təqdim olunan eskizlər arasında qalib gəlməyə layiq olan xeyli əsər var idi. Qalib seçilməyim məni sevindirsə də, üzərimə çox böyük məsuliyyət hissi də qoyur. Axı, bu əsər uzun illər paytaxtın mərkəzi hissəsində ucalan heykəllərdən biri olacaq. Bu heykəl gələcək nəsillərə Bakının ən məşhur xeyriyyəçisini xatırladacaq...”

Abidənin müəllifi deyib: “Heykəl üzərində son tamamlama işləri gedir, martın ortalarında isə tam hazır olacaq. İlk baxışda çox sadə görünsə də, onun arxasında olduqca gərgin iş və çox böyük zəhmət dayanır. Adi bir misal deyim. Tağıyevin sinəsindəki medalları əks etdirmək üçün onların hər birinin ölçüsünü dəqiq bilmək lazım idi. Ona görə də milyonçunun geyimini, medalların məna və ölçülərini xırdalığına qədər öyrənmək üçün Tarix Muzeyinə müraciət etdim. Mənə çox nəfis bir kitab bağışladılar. Lakin digər mənbələrdən də Tağıyevin şəxsiyyəti haqqında öyrənməyə çalışdım. Yaratdığım əsərdə onun uzaqgörənliyini, duruşunda mərdlik, xasiyyətində kişilik, qürur, alicənablıq və xeyirxahlıq kimi keyfiyyətləri daha qabarıq verməyə çalışmışam”.

Onun verdiyi məlumata görə, heykəl tuncdan töküləcək, alt hissəsi qırmızı qranitdən təşkil ediləcək, hündürlüyü isə iki metr yarım olacaq. Hacı İçərişəhərdə doğulduğu və qədim qala divarları içərisində hər tərəf tarixi tikililərlə əhatə olunduğundan heykəlin ucaldılması üçün ən münasib məkanın “İçərişəhər” metrostansiyasının qarşısı olduğu qərara alınıb.

Yaxın vaxtlarda milyonçu, xeyriyyəçi-mesenat, qızlar məktəbinin banisi Hacı Zeynalabdin Tağıyevin heykəli doğulub boya-başa çatdığı, bütün varlığı ilə bağlı olduğu bu qədim şəhərdə ucalacaq. Həmin sənət əsəri yalnız bir mesenatın xatirəsini əbədiləşdirməyəcək, həm də qədirbilən Azərbaycan xalqının xeyirxahlığa və müdrikliyə göstərdiyi ehtiramın bariz nümunəsi olacaq.



Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.