Səxavət Sahil - Təmənnasız yazmaq
06.03.20

Təzəcənə yazıb bitiridiyin mətndən ləzzət almaq ifadəolunmaz bir hissdir. Dünyada zövq almaq üçün çoxsaylı məşğuliyyətlər, əyləncələr olsa da, əsl yazıçı üçün ilk növbədə yazının verdiyi xoşbəxtlik hər şeydən üstündür. Mətn insanın düşüncəsinin, təxəyyülünün məhsulu olsa da, hesab edirəm ki, onun bədəninin bir hissəsidir. Yazanda enerjin azalırsa, yorularsansa, deməli, bədənində nəsə azalır, hansısa enerji itir. Əslində, itmir, enerjinin saxlanması qanununa görə bir formadan digər bir formaya keçir və nəticədə mətn yaranır.

 Yazmaq insana nə verir? Nə üçün yazırsan? Şöhrət üçünmü, pul üçünmü, oxuculara görəmi yoxsa özün üçünmü yazırsan? Sualları yenə də artırmaq olar. Təbii ki yazmaq üçün hər zaman "bəhanə” var. Bu sualları hər yazıçı bir cür cavab verə bilər. Bu da onların yanaşmasından asılıdır və cavabları şərti olaraq düzgün qəbul etmək lazımdır. Yazmaq hissinin yazıçı üçün alternativi yoxdur. Yazmaq hər şeydən əvvəl mənəvi bir tələbdir. Yəni özün üçün istənilən səbəb tapıb yazırsansa, bu səbəbdən də əvvəl şüuraltında yazıçılıq, şairlik azarı, yazmaq hissi gizlənir.

 İndiki şəraitdə kitab bazarı olmadığına görə yazıçılar daha çox təmənnasız yazır. Oxucu qıtlığı da buna təsirsiz ötüşmür. Yazıçı ən azından yazı sənətinə yaxın bir işlə məşğul olmalıdır ki, həm yaradıcılıqla məşğul olsun, həm də işləsin, yaşayışını təmin etsin.

 Yazmaq mənə görə təmənnasızdır. Yazdığını baha qiymətə satsan da belə əslində, yazmağın kökündə heç bir umacaq yoxdur və olmamalıdır. Əgər yazdığını al-ver predimentinə çevirmirsənsə, heç bir mükafat və ya bəxşiş gözləməli deyilsən.

 Lev Tolstoyun isə qonorara, mükafata ehtiyacı yox idi. Bəs niyə yazırdı? Yazmaq hissi onu da öz əsarətinə almışdı. Tolstoy yazmaya bilərdimi? Təbii ki yox. Yazmaq eşqi bu suala cavab verir.  
Tarixdən və yazıçıların bioqrafiyalarından bizə tanış olan o qədər yazıçı var ki, nəinki təmənnasız yazıblar, hətta yazdığına görə məhrumiyyətlərə, sürgünlərə məruz qalıblar, ölümlə üzləşiblər. İspan şairi Lorkanı və ya bizim Müşfiqi şair olduğuna görə güllələyiblər. Onların yazmaqdan savayı təmənnası yox idi və buna görə də ölüm hökmünə baş əyməli oldular.

 Əsl yazıçı təmənna güdmədən, ürəyinin hökmü ilə yazmalıdır ki, yolundan dönməsin. Bəs yazıçı necə yaşamalıdır? Yazmaq üçün yaşamaq lazımdır axı?! Ən azındın zəruri ehtiyaclar səni narahat etməli deyil.
Bir tərəfdən yazıçının fədakarlığını önə çəkirik, digər tərəfdən zəruri ehtiyaclarının ödənməsini istəyirik. Belə olduğu halda yazıçı nə etməlidir, necə addım atmalıdır?

 Bu suala konkret cavab vermək çətindir. Bəli, ümumi mənada deyə bilərəm ki, yazıçı yazmaq üçün, yaşamalıdır, yazdığını satmalıdır, kiməsə ehtiyacı olmamalıdır. Fərdi olaraq isə hərə bunun öhdəsindən bir cür gəlir. Jurnalistika, nəşriyyat, köşə yazarlığı, redaktə və s işlər var ki, bununla pis-yaxşı yaşamaq olur. Lakin bunu yazıçıların hamısı edə bilmir axı. Yazıçılığa tamamilə yad olan sahədə işləyə-işləyə yazmaq təbii ki olar, amma bu fədakarlıq tələb edir. Əgər yazmaq sənə pul gətirmirsə, peşəni dəyiş, gəlir gətirən işlə məşğul ol. Onda da əlahəzrət yazmaq hissi səndən əl çəkməyəcək. Lakin yazmağa görə ən ağır zəhmət tələb edən əməklə də məşğul olmaq olar. Düzdü bu ağır əmək yazının keyfiyyətinə təsir edəcək, amma yenə yazmaqdan zövq alacaqsan. Bir sözlə, yazmaqdan həzz almaq istəyirsənsə, təmənna güdəməməlisən. /Artkaspi.az/
 

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.