Müşfiq Şükürlü - Anaravirus
08.03.20

Avanqard.net gənc yazar Müşfiq Şükürlünün Anaravirus satirik yazısını təqdim edir.

82 illiyinə

Çinlilər koronavirus deyilən bir şey yayıblar. İndi də deyirlər ki, bizim virusdan dünyada yoxdur. Ayy hayy! Ölmüşdü xankişi. Onların qabağına elə virus çıxardarıq ki, qorxularından qaçıb Çin səddinin lap başına dırmaşarlar.

Sizə virus deyirəm e. Korona-morona zad yox. Elə virus ki, qısa müddətdə iki mindən artıq adama yoluxub. Özü də hər yoldan keçənə yoluxmur. Harda bir şair, yazıçı varsa, onun yaxasından yapışır. Qoca demir, cavan demir. Arvad demir, kişi demir. Uşaq demir, böyük demir. Əliqələmli birini gördümü, çəkir öz tərəfinə. Adamları öz tərəfinə çəkmək üçün şirnikləndirici yeni üsullar tapır. Qocalara hər ay 300 manat, cavanlara da 200 manat pul verir. Kiminə ev, kiminə mükafat, kiminə fəxri ad verir. Belə virusdan kim inciyər?

Amma hər virus kimi bu virusun da paxıllığını çəkənlər var. Deyirlər, guya, bu virus istedadların qabağını alır, onları gözümçıxdıya salır. Tövbə, əstəğfürullah! Hamısı yalandır.

Bu virus pis virus olsaydı, heç onu italyanlar “Dantenin yubileyi”nə çağırıb Romanın, Milanın ən gözəl otellərində ona yer verərdilərmi? İndi italyanlar bizcə bilmirlər?

Yaxşı, deyək ki, italyanlar qanmazdırlar. Bəs, öz türklərimizə nə söz! Əgər bu virus pis virus olsaydı, türk qardaşlarımız onu öz otel otaqlarına dəvət edərdilərmi?

Yox e yox. Biz qədirbilməzik. Öz virusumuzun ümumtürk və ümumdünya konturlarından bixəbərik. Ona görə ermənilər başımıza bu oyunları açır.

Yaxşı, tutaq ki, indi qarmaqarışıq dövrdür. İt yiyəsini tanımır. Bəs sovet dövrünə nə söz! Sovet dövründə niyə bu virus SSSR-nin sərhədlərini aşıb bütün sosialist ölkələrinə yayılmışdı? Yoxsa polyakların, rumınların, çexlərin, slovakların, bolqarların bizim qədər ağlı yox idi? Vallah, biz nankoruq. Biz öz virusumuzun qədrini bilmirik. Deyirik ki, daha bizə lazım deyilsən, ay virus. Çıx get.

Guya, bu koronavirusdur nədir. Elə bir dəfə deməklə çıxıb getsin. Ayy hayy!

Bu virusun bir ucu Moskvada, bir ucu İstanbuldadır. Onun 82 yaşı var. 32 ildir vəzifədədir. Bunu bir günə-iki günə məhv edə bilərsən?! Bir yox, istəyirsən min dənə maska tax. Nə xeyri!

O səninçün koronavirus zad deyil. O, Anaravirusdur. Anaravirus!

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.