Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20

Mədəniyyət Nazirliyi strukturuna daxil olan milli kino sahəsi indiyə qədər qarşısına qoyduğu hədəflərin çoxuna çata bilməyib. Kinonun inkişafı daim dövlətin diqqətində olub və xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Fərman və onun əsasında, 4 avqust 2008-ci il tarixində 2961 saylı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi Azərbaycan kinosunun inkişafına sistemli yanaşmanın əsasları kimi qəbul olunmalıdır.

Bu Dövlət Proqramı artıq iki ildir başa çatıb, amma nəticə elə də ürəkaçan deyil. Dövlət Proqramının icrasında böyük yanlışlıqlara yol verilib. Onu da qeyd edək ki, dövlət tərəfindən Mədəniyyət Nazirliyinə ayrılan vəsaitin də doğru-düzgün şəkildə kinoya yönəldilmədiyi bildirilir. Azərbaycan kinosuna ayrılan vəsait hesabına çoxları varlanır, amma kinonun özü bir yana çıxa bilmir. Milli kinonun yaradılması əsas hədəf olsa da, bu sahəyə laqeyd, naşı münasibət kinomuzun irəliləməsinə mane olub. Əlbəttə, burada əsas məsələ nazirliyin aidiyyəti qurumunun kinoya barmaqarası yanaşması ilə bağlıdır. Bu gün milli kino dövlət büdcəsindən asılı vəziyyətdədir. Halbuki, dövlətdən daim dəstək alan milli kino artıq dövlət büdcəsindən asılılığını azaldaraq pul qazanmalı və illərlə asılı qaldığı büdcəyə vəsait cəlb etməli idi. Amma biz bunu görə bilmirik.

Mədəniyyət Nazirliyində baş verən neqativ olaylar bir sıra gizlinlərin ictimaiyyətə məlum olmasına şərait yaratdı. Kinonun inkişafına ciddi əngəllər törədənin elə nazirlik və onun aidiyyəti strukturu olduğu bir daha özünü təsdiqlədi. Bu gün əksər kino xadimi təklif edir ki, kino sahəsi Mədəniyyət Nazirliyindən ayrılsın və ayrıca bir struktur kimi fəaliyyət göstərsin. Bu qənaəti bölüşənlər hesab edirlər ki, kino nazirlikdən ayrılarsa, biz onun daha çevik inkişaf etdiyinin, eyni zamanda da kinoya ayrılan vəsaitin ciblərə deyil, kinonun özünə xərcləndiyinin şahidi ola bilərik.

Yeri gəlmişkən, Xalq artisti Afaq Bəşirqızı mətbuata açıqlamasında “...Mən də istərdim ki, kino sahəsi müstəqil olsun. Çünki kinonun özü bir məsuliyyətdir və ağır bir sahədir. Kinonun nazirliyin tərkibində olması bir çox adamın ciblərini doldurmasına səbəb oldu” - deyə qeyd edib.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri, Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyev, ümumiyyətlə, kino sahəsinə yanaşmanın dəyişməsinin tərəfdarı olduğunu qeyd edir. “Kino sistemi mütləq strukturlaşmalı və Mədəniyyət Nazirliyindən ayrı bir qurum kimi fəaliyyət göstərməlidir. Çünki hər hansı bir strukturlaşma əlaqələndirici funksiyası daşıyan vahid idarəçilik tələb edir. Belə forma bir çox ölkədə, elə bizim qonşularımızda mövcuddur. Ayrı qurum kimi isə ona görə ki, hər bir nazirlik, o cümlədən, Mədəniyyət Nazirliyi böyük bir bürokratik aparatdır.
Bizdə bəziləri “Milli Kino Mərkəzi”nin yaradılmasını az qala kino istehsalı və nümayişi ilə məşğul olan şəxsi qurumların fəaliyyətinə qəsd kimi qələmə verməyə çalışırlar?! Bu absurd bir fikirdir. Çünki "milli kino" dedikdə şəxsi və dövlət sektoru; məmurlar və sahibkarlar; müəllif və ifaçılar; inzibati, texniki və köməkçi işçiləri; istehsalçılar, menecerlər, distribütorlar, prodüsserlər və istifadəçilər; kinotənqidçilər, analitiklər, kinoşünaslar, ustad müəllimlər; cavan və yaşlı nəsil; istedadlılar və peşəkarlar; kommersiya və müəllif, “müstəqil” və “qeyri-müstəqil” filmlər nəzərdə tutulur. Məhz bütün bu sadalananlar bir yerdə bizim milli kinomuzdur. Burada hər kəsin öz yeri və öz funksiyası var. Bu elementlərin hansınınsa olmaması və ya zəifləməsi milli kinomuzun inkişafına mənfi təsir göstərəcək!”- deyə H.Mehdiyev vurğulayıb.

/İradə Sarıyeva, baki-xeber.com/

Yenililklər
10.07.20
Könlünün bütünü şeir olaraq ötən şair. Hayku ustadı Matsuo Başou
10.07.20
Natiq Məmmədlinin yeni kitabı çap olunub
09.07.20
Əfsanə Laçın - Atam
09.07.20
Azərbaycanlı alimin “Şumer və türk dastanları” kitabı Avropa dillərində nəşr olunur
09.07.20
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş xüsusi poçt markaları İspaniyada dövriyyəyə buraxılıb
09.07.20
Əhməd bəy Ağaoğlu və Azərbaycan ədəbiyyatı
08.07.20
Kanye Uest ABŞ-da prezidentliyə müstəqil namizəd olacaq
08.07.20
“İçərişəhər”də yeni muzey yaradılacaq
08.07.20
Səxavət Sahil - Poeziyamızın problemi
08.07.20
Sankt-Peterburq Mədəniyyət Forumu mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələri mövzusuna həsr ediləcək
08.07.20
Dövlət Rəsm Qalereyası “+5C” adlı yeni virtual layihəyə start verir
08.07.20
Məşhur rəssamın toz basmış əsəri tapılıb
07.07.20
Türkiyənin Ərdahanda şəhərində Əbülfəz Elçibəy xatirə ormanı salınır
07.07.20
Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir
07.07.20
“Hacı Zeynalabdin Tağıyev və Şərqin ilk rus-müsəlman qız məktəbi” foto-sənədli animasiya filmi təqdim edilib
07.07.20
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
06.07.20
Tanınmış bəstəkar Ennio Morrikone vəfat edib
06.07.20
Taleh Eminoğlu - Mədəni müxtəliflik və multikulturalizmin labüdlüyü
06.07.20
“Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
06.07.20
Azərbaycan-rumın mədəni əlaqələrindən bəhs edən yeni kitab
06.07.20
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
03.07.20
Mədəniyyət Nazirliyi Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib
03.07.20
“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb
02.07.20
Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20
COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
01.07.20
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib
01.07.20
Saedinin dünyaca məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda nəşr edildi
01.07.20
Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
30.06.20
Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20
Simran Qədimin yeni kitabı çap olunub
30.06.20
Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
27.06.20
Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20
Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
26.06.20
Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Fərid Muradzadə - Güclü kişi 
26.06.20
Simran Qədim - Təhlükə: COVID-19
26.06.20
Məmmədov Eşqin - Payız məni darıxdırır, ilahi!
26.06.20
Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.