Emil Rasimoğlu:"Azər Turanın istefa verməyi hesab edirəm ki, bu məqamda ən gözəl addımdır"
15.06.20

Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlunun  və  Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, şair-publisist  Tural TuranınƏdəbiyyat qəzeti”nin baş  redaktoru Azər Turan barədə dünən  sosial media hesablarında sərt  etirazlarını  bildirmişdirlər. Bu  barədə  "ONN media"nın Emil Rasimoğlu  ilə hazırladığı  müsahibəni  oxuculara  təqdim edirik.

-“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana  bildirdiyiniz   etirazınız  barədə  danışmağınızı  istərdim.

-Mən bununla bağlı yazdığım yazıda da fikirlərimi bildirmişəm. Fikirlərimin də əsasında həmin qəzetdə Hacı Şahin Həsənlinin ədəbiyyata aid olmayan yazısının dərc olunması dayanır. Yaxşı, Hacı Şahinin “Ədəbiyyat qəzeti”ndə çıxış etməsinin məsuliyyətini Azər Turan daşımırmı? Baş redaktorsansa birbaşa həm qərar verən, həm də cavabdeh şəxssən. Bilirsiniz, bu hal birinci dəfə deyil. Bu tərzdə mətnlə heç bir əlaqəsi olmayan yazılar çox çap olunub o qəzetdə. Mən də birinci dəfə deyil tənqid edirəm. Yetərincə iradlarımı bildirmişəm müxtəlif zamanlarda. Deyə bilərsiniz ki, uğurlu mətnlər olmayıbmı? Uğurlu mətnlər də olub və yeri gəlib həmin imzalara görə təqdir də olunub. Amma uğurlu mətnlərin şəxsən “Ədəbiyyat qəzeti”ndə dərc olunması bizi niyə heyrətləndirməlidir ki? Bu ədəbiyyata, sənətə məxsus mətbu orqandısa burada sənəti, ədəbiyyatı əks etdirən yazılar çap olunmalıdır da. Nə çap olunasıdır, bəs? Azər Turanın borcudur ki, “Ədəbiyyat qəzeti”ndə istedadı dərc etsin. Bu heç müzakirə belə olunmamalıdır. İstedadı  kim çap edəcək ki? Bəli, əsas bizi heyrətləndirən dediyim kimi, ədəbiyyata aidiyyatı olmayan yazıların o qəzetin səhifələrində görünməyidir. Baxın, məsələ də, problem də buradadır. Digər tərəfdən, hər beş nəfərdən üçü deyir ki, Azər Turan “Ədəbiyyat qəzeti”nin qapılarını hər kəsin üzünə açdı. Elə bilirsiniz bu yaxşı hal oldumu? Yaxşı etdi açdı? Elə ona görə gəlib bir gün də Hacı Şahin çıxdı o qəzetin səhifələrinə. Demək qapını bəzən də bağlamağı bacarmalısan.

-Azər  Turanın  istefası  ilə  bağlı  çağırış etmisiniz, sərt  etirazlardan sonra   istefa  verəcəyini  düşünürsüzmü?

-İstefa məsələsinə gəldikdə mən məlum yazıda üzümü Azər Turana tutub dedim ki, əgər o yazıları sən öz qərarınla, ixtiyarınla çap edirsənsə səni tarix bağışlamayacaq.Yox əgər məcbur çap edirsənsə götür bir istefa ərizəsi yaz amma çap etmə. Bəlkə, doğru deməmişəm? Bir ölkənin, dövrün ədəbiyyat tarixini yaradan qəzetdən söhbət gedir. Qaldı ki, Azər Turanın istefa verməyinə hesab edirəm ki, bu məqamda bu ən gözəl addımdır. Görək zaman nə göstərir.

-Azər  Turan  istefa  verərsə  onun  vəzifəsini  kimin  tutmasını  istərdiniz?

Bu gün bu ədəbi mühitdə kifayət qədər istedadlı, potensialı olan gənc nəsil var. Ancaq söhbət baş redaktorluqdan gedirsə burada istedadla birlikdə gərək sənin ədəbiyyat prinsiplərin, qətiyyətin ola. Yəni istedadı çap etdiyin kimi istedadsızı, ədəbiyyatla əlaqəsi olmayan yazıları da çap etməməyi bacarasan. Bu baxımdan istedadlar arasında bu tələbləri özündə əks etdirən imzalar bu gün çox azdı. Hətta lap çox. Amma az olmağına baxmayaraq yenə də var. Məsələn, Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, şair-publisist Tural Turan. Kifayət qədər qəzetçilikdən xəbərdardı, təcrübəsi, istedadı, tələbkarlığı var, mətni tanıyıb dəyər verən adamdı. Bu sizin sualınıza cavab. Amma yeri gəlmişkən bir məsələni də deyim. Mən bu təklifi bu yaxınlarda “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadəyə də etmişdim. Baxın, bu gün elə həmin Azər Turana da edirəm bu təklifi. Versin “Ədəbiyyat qəzeti”nin iki sayını biz çıxardaq. Biz yəni adını çəkdiyim Tural Turan və mən. Versin çıxardaq və göstərək ki, ədəbiyyat adına işıq üzü görən qəzet bütövlükdə necə olmalıdır.

-Gənc yazarların  bu  kimi  problemlərlə  qarşılaşmasının  əsas səbəbini  nədə  görürsünüz?

-Bunun bir səbəbi var o da baş redaktorların işində tələbkar, məsuliyyətli olmaması.

-Hacı Şahin Həsənlinin  çap  edilən yazıları  ilə  yazdığınız  fikirlər  kimlərisə  narhat  etdimi?


Təbii ki, etdi.Öncə deyim ki, hər kəs öz dərki qədərində fikir bildirir. Bu öz yerində. Digər tərəfdən, bilirsiniz çox qəribədi. Mən bəhs etdiyim mövcud problemdən danışıram, əksəriyyət mənə Azər Turanın insanlığından, şəxsiyyətindən, savadından danışır. Bunların mənim ortaya qoyduğum problemlə nə əlaqəsi? Mən çox gözəl bilirəm ki, bu məsələyə qarşı səslənən hansı fikir kortəbii düşüncədən, hansı fikir şəxsi münasibətdən və digər bu kimi amillərdən yaranır. Ancaq bu fikirlər məni qəti narahat etmir. Mənim vicdanım, mövqeyim, istedadım bəllidir. Onu Azər Turan da gözəl bilir ki, mən söz açdığım mövzuda nə dərəcədə haqlıyam. Hay-küy, bəsit-bəsit ifadələr heç nəyi ört-basdır edə bilməz.

-Təşəkkür edirəm Emil bəy.

-Siz sağ olun, Səidə xanım.

Səidə Seyidova, ONN İnformasiya Agentliyi

Yenililklər
30.07.21
“Ulduz”un iyul  sayı çap olunub
30.07.21
Kristian Voqler - Yazıçının səyahəti
30.07.21
Ülviyyə Heydərova Beynəlxalq Ədəbiyyat Festivalının qalibi olub
30.07.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
30.07.21
“AMEA Hüseyn Cavidin ev-muzeyinin elmi-yaradıcı fəaliyyəti (müstəqillik illərində)” adlı monoqrafiya nəşr olunub
30.07.21
Türkiyənin Bursa şəhərində Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
29.07.21
Dünya şöhrətli Dominikan musiqiçisi Conni Ventura vəfat edib
29.07.21
Milli Qəhrəman Polad Həşimovun xatirəsinə ithaf edilmiş kitabın təqdimatı keçirilib
28.07.21
“Erməni nasizmi – terror ideologiyası” kitabı nəşr olunub
28.07.21
Buker mükafatının uzun siyahısı açıqlanıb
28.07.21
XII Qəbələ Musiqi Festivalı Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunacaq
28.07.21
Gənc caz ifaçıları üçün müsabiqə elan olunub
27.07.21
Seyran Səxavət “Nizami Gəncəvi” mükafatına layiq görülüb
27.07.21
Nizami Cəfərov - "Leyli və Məcnun"un türk dünyası - Araşdırma
27.07.21
Azərbaycanlı rəssamın əsərləri “ArtCamp Andorra” layihəsi çərçivəsində UNESCO-da nümayiş olunub
27.07.21
Keşikçidağda Tunc dövrünə aid böyük kurqanlar tapılıb
26.07.21
“Teatr və kinoteatrların açılması müzakirə olunacaq”
26.07.21
Türkiyənin Bursa şəhərində Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir
26.07.21
Aşıq Ələsgərin şeirlər kitabı Türkiyədə nəşr olunacaq
26.07.21
Müslüm Maqomayev və Tofiq Quliyevin heykəlləri Bakının bu hissəsində qoyulacaq
26.07.21
Könül Nuriyeva - Vurnuxma...
16.07.21
“Seyran Səxavət” adlı biblioqrafik kitab işıq üzü görüb
16.07.21
Nizami Gəncəvi irsi Avstriya Milli Kitabxanasında
16.07.21
Anar Kərimov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
15.07.21
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Mükafatının builki sahibinin adını açıqladı
15.07.21
“Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Türkiyədən 10 min nüsxə kitab gətirilib
15.07.21
Hacı Zeynalabdin Tağıyevin heykəli burda qoyulacaq
15.07.21
“Yaradanlar” filmi İtaliyada mükafata layiq görülüb
15.07.21
Xorvatiyanın sabiq prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
13.07.21
Akademik Musiqili Teatra baş rejissor təyin olunub
13.07.21
Dilçiliyə dair yeni kitablar nəşr olunub
13.07.21
“Qarabağ Azərbaycandır” ssenari müsabiqəsinin nəticələri elan edilib
12.07.21
“Hədəf Nəşrləri”nin müəllif tenderinin qalibləri bəlli oldu
12.07.21
"Qanun"dan yeni kitablar
12.07.21
TÜRKSOY-un yaradılmasının 28 ili tamam olur
12.07.21
İtaliyada Dantenin əlyazmaları aşkar edilib
09.07.21
Ülvi Babasoy - Yaşamaq sənəti
09.07.21
“Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib
09.07.21
Bədirxan Əhmədli - Bu Yol sənin yolundur... - Təbrik yazısı
08.07.21
“Salnaməfilm” studiyasında Aşıq Ələsgərə həsr olunmuş filmin çəkilişlərinə başlanılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.