Gənc yazardan Prezidentə müraciət: "Bu dəfə ümid sizədir"
18.06.20

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu (Cəbrayılov Emil Rasim oğlu) tərəfindən

Müraciət
(Surəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılova)

Hörmətli cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, Turan Tural Mətləb oğlu 28 oktyabr 1989-cu ildə Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2011-ci ildə Qafqaz Universitetinin filologiya fakültəsini bitirib. 2008-ci ildən dövri-mətbuatda, ölkəmizdə fəaliyyət göstərən televiziyalarda çalışıb. Hazırda 12 ilə yaxın iş stajı var. 2010-2014-cü illərdə İctimai Televiziya, “Türkel TV” MMC-də, “Region Tv” (indiki ARB-24) kimi televiziya kanallarında müxbir kimi fəaliyyət göstərib. 2014-cü ildən “Həftə içi” qəzetində (eyni zamanda hafta.az saytı) müxbir işləyir. Paralel olaraq 2018-ci ildə “lent.az” saytında və “lent.az TV”-də çalışıb.

2010-2018-ci illərdə beş şeirlər və esselər kitabı çapdan çıxıb. Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvüdür. 2019-cu ildə Sizin gənc yazarlara diqqət və qayğınızın nəticəsində bir illik Prezident təqaüdünə layiq görülüb.

Cənab Prezident!

Hər zaman Sizin gənclərə diqqət və qayğınızın şahidi olmuşuq. İstedadlı gənclərin üzə çıxarılmasında, onların maddi və sosial təminatlarının yaxşılaşdırılmasında xidmətləriniz danılmazdır.
Tural Turan 12 illik əmək fəaliyyəti dövründə Vətəninə, dövlətinə və rəhbərinə sədaqətlə xidmət etmiş, dövlətçiliyimizin maraqlarının qorunmasında qələmini şərəflə süngüyə çevirmişdir.

Cənab Prezident!

2020-ci ilin iyulunda jurnalistlərin mənzil təminatının yaxşılaşdırılması istiqamətində növbəti mənzillər veriləcək. Azərbaycan jurnalistlərinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində 2013-cü ildən bu yana atılan addımlar şübhəsiz ki, yüzlərlə jurnalist ailəsinin sevincinə səbəb olub.
Əvvəlki iki binadan ev almaq haqqına bəhs etdiyim şəxsə qismət olmayıb. Bu dəfə xüsusən ümidi sizədir. Belə ki, bu dəfə jurnalistlərə veriləcək mənzilə ən çox ehtiyacı olan jurnalist ailələrindən biri də Tural Turanın ailəsidir.

Hörmətli Zati-Aliləri!
Tural Turan 2007-ci ildən ali təhsili ilə əlaqədar Bakı şəhərinə köçüb. 13 ildir kirayədə yaşayır. 2019-cu ildə ailə həyatı qurub. Yeri gəlmişkən qeyd edim ki, həyat yoldaşı Turan Aysel Aslan qızı (Aysel Aslan) da 2015-ci ildən mətbuatda çalışır. “Şərq” qəzetində fəaliyyət göstərib. Hal-hazırda “Modern.az” İnformasiya Agentliyində işləyir.
Onların hərəsinin aylıq maaşı 250 manatdır. Hazırkı məvacib ailənin sosial qayğılarını qarşılamağa yetir.
Mövcud büdcə ilə nəyinki indi, ümumiyyətlə sonrakı illərdə də ev almaq mümkünsüzdür.

Cənab Prezident!

Sizə müraciət etməkdə məqsədim odur ki, növbəti – üçüncü dəfə jurnalistlərə veriləcək mənzillərin siyahıya alınmasında bu gənc jurnalist ailəsini də nəzərə almaları üçün aidiyyatı qurumlara göstəriş verəsiniz.


Gənc yazardan Prezidentə müraciət: "Bu dəfə ümid sizədir"

Dərin hörmətlə,
Emil Rasimoğlu




Yenililklər
10.07.20
Könlünün bütünü şeir olaraq ötən şair. Hayku ustadı Matsuo Başou
10.07.20
Natiq Məmmədlinin yeni kitabı çap olunub
09.07.20
Əfsanə Laçın - Atam
09.07.20
Azərbaycanlı alimin “Şumer və türk dastanları” kitabı Avropa dillərində nəşr olunur
09.07.20
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş xüsusi poçt markaları İspaniyada dövriyyəyə buraxılıb
09.07.20
Əhməd bəy Ağaoğlu və Azərbaycan ədəbiyyatı
08.07.20
Kanye Uest ABŞ-da prezidentliyə müstəqil namizəd olacaq
08.07.20
“İçərişəhər”də yeni muzey yaradılacaq
08.07.20
Səxavət Sahil - Poeziyamızın problemi
08.07.20
Sankt-Peterburq Mədəniyyət Forumu mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələri mövzusuna həsr ediləcək
08.07.20
Dövlət Rəsm Qalereyası “+5C” adlı yeni virtual layihəyə start verir
08.07.20
Məşhur rəssamın toz basmış əsəri tapılıb
07.07.20
Türkiyənin Ərdahanda şəhərində Əbülfəz Elçibəy xatirə ormanı salınır
07.07.20
Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir
07.07.20
“Hacı Zeynalabdin Tağıyev və Şərqin ilk rus-müsəlman qız məktəbi” foto-sənədli animasiya filmi təqdim edilib
07.07.20
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
06.07.20
Tanınmış bəstəkar Ennio Morrikone vəfat edib
06.07.20
Taleh Eminoğlu - Mədəni müxtəliflik və multikulturalizmin labüdlüyü
06.07.20
“Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
06.07.20
Azərbaycan-rumın mədəni əlaqələrindən bəhs edən yeni kitab
06.07.20
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
03.07.20
Mədəniyyət Nazirliyi Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib
03.07.20
“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb
02.07.20
Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20
COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
01.07.20
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib
01.07.20
Saedinin dünyaca məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda nəşr edildi
01.07.20
Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
30.06.20
Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20
Simran Qədimin yeni kitabı çap olunub
30.06.20
Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
27.06.20
Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20
Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
26.06.20
Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Fərid Muradzadə - Güclü kişi 
26.06.20
Simran Qədim - Təhlükə: COVID-19
26.06.20
Məmmədov Eşqin - Payız məni darıxdırır, ilahi!
26.06.20
Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.