Orxan Saffari - Balığı güldürən azərbaycanlı yazıçı
24.06.20

Əslində, haqqında tənqid və ya tərif yazdığım müəlliflərin hansı ilə tanışlığım varsa, bədii hissəyə keçməmişdən əvvəl ya aramızda olan hər hansısa bir xatirədən danışır, ya da şəxsi keyfiyyətlərdən dəm vururam. Əziz dostum, sevdiyim müəllif Mübariz Örən haqqında isə nə bunların heç birini etmək istəmirəm. Sadəcə, Mübariz çox, olduqca çox, belə lap biraz da çox gözəl insandır, dostdur, ən əsası isə müəllifdir. Bu haqda daha geniş isə elə Mübarizlə öz aramızda danışsaq yaxşıdır.

Kütləsi 15 qramdan 1400 kiloqramadək, uzunluğu 1 santimetrdən 25 metrədək olan balıqlar vardır. Köpəkbalığının uzunluğu 20 metr, kütləsi 20 tona çatır. Ən kiçik balıq isə Sakit Okeanda yaşayan mistixsis adlı balıqdır. Onun uzunluğu 12-14 mm-dən çox olmur.

Balıqlar saatda 2 km-dən 130 kilometrə kimi üzə bilir.

Ən böyük nərə balığı Volqa çayından tutulmuşdur. Bu balığın uzunluğu 7,8 m, ağırlığı isə 1440 kq olmuşdur. Bu məlumatları isə elə belə yazdım. Maraq üçün. Çox da ciddiyə almaq lazım deyil.

***

Mübariz Örəndən bir kitab - "Balıq gülüşü", bir də bir neçə qaymaq kimi hekayələr oxumuşam. Müəllifin həm də elə bir kitabı var. Nə edim? Çap eləsin, hamısını oxuyum..

İlk dəfə oxuduğum hekayəsi "Oğru"hekayəsi olmuşdu ki, açığı, dil məsələlərini çıxsaq hekayəni bəyənməmişdim. Sıradan, sadə bir hekayə təsiri bağışlamışdı. Amma mətnin dilinin gözəlliyinə söz ola bilməz. Düşünürəm ki, həmin hekayə məhz dilin gözəlliyinə görə alınmışdı.

Mübariz Örənin ən məşhur mətni "Balıq gülüşü”dür. Yəqin ki, müəllifin heç bir mətnini oxumayan adam bu gülüşü bir dəfə də olsun "eşidib". Desəm ki, bu mətn adamın üzünə gülür, yalan olmaz. Daha doğrusu, gülümsəyir. Qəmzəli, qoşa badam sığmayan dar ağızlı, incə belli bir Xatun misalı kimi. İstər struktur baxımından, istərsə də dil baxımından. Bu barədə bir-iki cümlə də ən sonda deyəcəyəm.

Ümumiyyətlə, Mübariz Örənin bəzi mətnləri qüsurlu ola bilər ki, bu da normaldır, amma dil heç bir mətndə pis deyil. Hekayə zəif də olsa, yazı dili insanı oxumağa təhrik edir. Məsələn, müəllifin köhnə hekayələrinin bir qismini bəyənmirəm. Çünki, struktur, ideya baxımından yeni heç nə görmürəm və ənənəvi nəsr sayıram. Eyni ilə 60-70-ci illərin sıradan nəsr yazıları kimi. Amma dilin yeniliyi, dərinliyi məni və oxuyan bütün oxucuları özünə çəkir.

"Balıq gülüşü" kitabında "Qar tanrısı", "Skayp", "Ağ yel" bir də elə Balıq gülüşünün özünü olduqca uğurlu, gözəl əsərlər hesab etmək olar. Bu dörd mətnin hər birində yeni tərz, yeni dil görmək mümkündür, üçü də dipdiridir.

Bunları birləşdirib hamısı haqqında bir eynilikdə qoymaq olar. Əslində, çalışıram bu cür sözlər deməyim. Məsələn, bir də görürsən ki, bir müəllif haqqında bir yazıda yazılıb ki, bəs filankəs o yazıda bunu deyib, bunu demək istəyib. Amma müəllif isə qətiyyən belə bir şey fikirləşməyib, heç ağlının ucundan belə keçməyib. Yazıdır da, gəlib ağlına, yazıb. Ona görə də biraz çəkincənəm. Özündən Amerika kəşf eləməyə nə hacət? Bütün hallarda özümü sığortalamaq üçün "oxucunun gördüyü budur" kimi bir söz deyim, ardınca da Mustafanı əlavə edim;

Bu mətnlərin ortaq nöqtələri odur ki, məzmun eynidir. Məsələn, uşaqlıqdan qalma travmalar, müəyyən yaşantılar, yaşanmağı istəniləcək məsələlər və.s. Ya da bəlkə də belə deyil, mən belə bir şey çıxarmışam, bunu görmək istəmişəm.

Məsələn, "Qar tanrısı"-da qoca Yexiya, onu təqib edən xatirələr, sevgisi, "Ağ yel"-də yetim Vaqifin sevdiyi qız, onda yaranan travmalar, onun gənclik illərinin kədəri və elə ağ yellə gedən ömür...

Sizcə də, bütün bunlar eynilik təşkil etmirmi? Bunların hər birində isə zamana, olub keçənlərə bir hayqırtı, bağırtı duyulur.

"Skayp" isə modernlə klassikanın vəhdətidir. Həm əyləncəli, həm də kədərli. Əsərdəki Eyvaz kişi ilə İsmayıl babanın "köhnə" adam olması, keçmişə bağlılığı və.s kimi məsələlər kənd adamlarına bir o qədər xoş və maraqlı deyil. Heç bir o qədər də yox, ümumiyyətlə deyil. Milli-mənəvi dəyərlərin, köhnə estetikanın və.s aradan qalxması Eyvaz kişiyə təsir etmir və ömrünün sonuna qədər də belə yaşayır. Bu problem hazırda da aktualdır. Gənc nəsillə yaşlı nəsil arasında olan ən böyük problemdir. Zamanla ayaqlaşa bilməmək, yenilikləri qəbul eləməmək, köhnə estetikadan ayrılmamaq.

Yazının bu yerində müəllifin "İlıq" hekayəsini xatırladım. Bəs, bu hekayədə oxucunu ovsunlayacaq nə var? Qısaca olaraq bir söhbət danışım. Bir dəfə iki tanıdığım insan öz aralarında söhbət edirdi. Biri nə az, nə çox düz dörd dəfə evli olmuşdu. O biri isə cəmi bir ildir ailəlidir və artıq problemlərlə üzbəüz qalıb. Allah qoymasa, guya bu dörd dəfə evlənəndən də məsləhət alırdı. Həmin söhbətdə arada bir söz işləndi ki, onu da gəlib bu hekayədə gördüm;

"Əşi, camaat da deyir, bəxtəvər başına, gör neçə arvad alıb, neçə dəfə evlənib. Kim nə bilir e mənim dərdim nədi, sərim nədi?"

Hə, bax bu hekayədə həmin bu dərd var. Ümid edirəm, oxumayanlar oxuyub agah olacaqlar.

Müəllifin mətnlərinin qaymağı hesab etdiyim "Balıq gülüşü" haqqında fikirləri isə özüm ən sona saxladım. Yuxarıda qeyd etdiyim kimi. Açığı, heç yazmaq istəmirdim. Onsuz da, bu mətndən eninə-boluna danışılıb, bir də mən niyə uzunçuluq edim ki? Amma zarafat edirəm, söhbət bədii mətndən, üstəlik də gözəl bir mətndən gedirsə, qısaca da olsa danışmağı özümə borc və rəva bilirəm.

Şüuraxını. Bilmirəm, bu yazını oxuyan oxucu nə qədər məlumatlıdır, amma onu deyim ki, bu, olduqca çətin bir məsələdir. Yəni, şüuraxını şüuraltı nəsə yazmaq sizə asan gəlməsin. Həm də onu gözəl yazmaq. Məhz bu mətn mənim üçün budur. Psixoloji məsələlər, yuxunun reallığı, dünyalar arası paralellik kimi məsələlər bədii mətnə çox böyük ustalıqla çevrilə bilib.

Sözü çox da uzatmadan sizlərə bu mətndən kiçik bir cümlə təqdim edirəm və əminəm ki, həmin cümlənin enerjisi, poetikası, dili sizi bu mətni və mətnləri oxumağa vadar edəcək. Mənə də içinizdə bir təşəkkür edərsiniz, bəs edər.

"Belinin altı istidən alışıb-yanırdı, - bədəni diricə su - sanki dünyanın bütün istisi belinin altında idi. Sıçrayıb qalxdı, bir topa isti çıxdı altından..."...

Gülüş üzünüzdən əksik olmasın. /Kulis.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.