Atif Abbasov - Bilinən və bilinməyən Nəsrəddin Tusi
20.06.20
“Düzgün
yol məqsədə çatmaq üçün ən yaxın yoldur”.
1201-ci ildə İranın Xorasan vilayətində Tus şəhərində anadan olub. İlk təhsilini Tusda atası məşhur Şiə fiqh alimi
Muhammed İbn Hazandan alıb. O,ərəb dili, Quran, hədis, şiə fiqhi,
hüquq, məntiq, riyazyiyyat, təbiət elmlər və metafizik dərsləri uşaq
yaşlarında öyrənib.Nəsrəddin Tusi Azərbaycanın böyük alimlərdən biridi. Gənçlik illərində
Nəsrəddin Tusi təhsilini davam etdirmək üçün Tusdan ayrılaraq, o dövrün intellektual mərkəzi olan, məşhur alimlərin burada dərs verdiyi Nişapura gedib. Feridüddin Damad
Nişapuridən dərs alıb. Nişapurinin müəllimi Əfdələddin Gilani
olmuşdusa, onun müəllimi Sədrəddin Sərahsi, onun da müəllimi Əbu Abbas
Lakari, onun müəllimi də Bəhmənyar(1), onun da müəllimi İbn Sinadır. Nəticə etibarı ilə Nəsrəddin Tusinin beş
filosofun
vasitəsi ilə Məşşai fəlsəfəsinin
ustadına bağlları meydana çıxır. N.Tusi
Feridüddin Damad vasitəsilə İbn Sinanın “əl-İşarət vət-tənbihatı”nı oxudu. Faxrəddin ər-Razinin tələbəsi olan Kutbəddin əl-Misridən İbn
Sinanın Qanununu oxudu. Kəmaləddin İbn Yunus əl-Misridən riyaziyyat dərsləri aldı. 1222-ci ildə hədis nəql etmək üçün icazət verildi. Monqolların hücumu nəticəsində İsmaili əmri Nəsrəddin Əbdurrəhmanın xidmətinə göndərildi.
Burada “Əxlaqı Nasıri”,“Əxlaqı Möhtəşəmi”, “Şərhul İşarət” və“Əsasül-İktinbas”
adlı kitablarını yazdı. İsmaililərlə keçən günlərini və
əsasəndə “Şərhul İşarət” adlı
kitabını yazdığı zaman içinə düşdüyü vəziyyətdən belə şikayət etmişdi: “Bu kitabın önəmli bir hissəsini, elə çətin şərtlər altında
yazdım ki, bundan daha çətininə rast gəlmək qeyri-mümkündü’’. Başqa bir fars şerində şikayətini belə dilə gətirmişdi: “Ətrafıma
baxdığım zaman elə bir üzük görürəm ki, məndə onun qaşıyam’’.
Nəsrəddin Tusinin üç oğlu olmuşdur: Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd. Onların içində elmlə məşğul olan və dövlət işlərində vəzifə alanlar olmuşdur.
Nəsrəddin Tusi nəslindən olanlar
sonralar Naxçıvan ərazisində yaşamışdılar. Bəziləri Elm
dünyasında, ədəbiyyat və incəsənət sahəsində önəmli şəxslər olmuşdur.
Tusinin nəslinin
bir hissəsi Naxçıvanın
Ordubad bölgəsində ömür sürüblər. I Şah Abbas
da oranı
Nəsrəddin Tusinin xətirinə bütün vergilərdən azad etmişdir.
Ordubadda tikilmiş böyük Cümə məscidinin qapısı üstündə bu haqda daş
kitabədə yazılmışdır.
1255-ci ildə Monqol xanı Hülakü İranı işğal edərkən Nəsrəddin Tusinin
məhbus olaraq qaldığı Alamut Qalasını da ələ keçirir.
Tusi İsmaili əmrinin sülh
yolu ilə Hülaküyə təslim olmasına vasitəçi olur. Bu təşəbbüsü Monqol xanının da xoşuna gəlir. 1256-cı ildə Monqol xanı
onu xidmətinə götürür və sonradan vəzirlik vəzifəsinə qədər yüksəlir.
10 Ramazan 1257-ci ildə Hülakü Həmədandan Bağdada yola çıxanda Xəlifəyə məktub göndərir ki, təslim olsun.
Monqolların ordusu Bağdada yaxınlaşdığı zaman Hülakünün yanında Nəsrəddin Tusidə var idi. Bağdad mühasirə altında olduğu zaman Hülakü Nəsrəddin Tusini
elçi vəzifəsində Xəlifəni təslim olmağa razı salmaq üçün onun sarayına göndərir. Xəlifə əvvəlcə təslim olmağı
rədd edir,
ancaq
Tusinin mətiqinə inanıb ailəsiylə bərabər təslimiyyəti qəbul edir. Nəsrəddin Tusi diplomat elçi vəzifəsini icra edərkən Hülakü xanın Bağdadda hücumundan maksimum dinc əhalini qorumaq üçün önəmli addımlar atır.
Hülakünün
əmri ilə Marağaya
gedən Tusi məşhur rəsədxananın
inşasını başladır. Hülakü xan ən çox onun
tibb və astronomiya sahəsindəki peşakarlığı ilə maraqlanmışdı. Nəsrəddin Tusi
monqolların Bağdadı ələ keçirməsindən sonra hökümdarı yola gətirərək ölkədə yaşayan digər filosof və elm adamlarını edamdan qoruya bilmişdi. Onlara
elmi çalışmalarını inkişaf etdirmək üçün öz ətrafına toplayaraq hərcür şəraitlə təmin etməyə nail
olmuşdu. Bəzi rəvayətlərə görə, o, Hülakünü və arvadını
gizlicə müsəlman etmişdi.
Şəxsən özü onu həkim kimi xanı sünnət etmişdir. Bu rəvayəti təsdiqləyən başqa mənbələrdə vardı. Vəfat edən Hülakünün
yerinə oğlu Abaqa Xan keçmiş və Tusini də özünə vəzir təyin etmişdir. Həmdə xanın xüsusi həkimi
olmuşdur.
1257-ci ildə Nəsrəddin Tusinin yanında Xorasana gedənlər arasında məşhur filosof
Qütbəddin əş-Şirazidə (1236-1311)
var idi. Abaqa Xan ovda vəhşi öküz tərəfindən yaralandıqda,
Tusinin məsləhəti ilə Böyük Xanı bir həkim əməliyyat edib sağaltdı.
1273-ci ildə Abaqa Xanla Bağdada getdiyi son səfərində o, yolda xəstələnir. Böyük Xan Şirazi ilə bərabər Nəsrəddin Tusinin
xəstə yatağına
baş çəkir. Bu xəstəlik nəticəsində 1274-cü
ilin iyulun 25-dəvəfat edən filosof
Kazımeyində dəfn edilir.
Marağa Rəsədxanası və Nəsrəddin Tusi
Hülakünün himayəsilə Nəsrəddin Tusi tərəfindən astronomiya rəsədxanası Marağada
qurulmuşdu. Raşidəddin Fəzlullaha görə Hülakü
İrana gəldiyi zaman özü ilə bir qrup Çinli filosof, doktor və astranomiya elm adamı da gətirmişdi. Raşidəddinin söyləyir ki, Nəsrəddin Tusi çinli elm adamlarının bildiklərini çox sürətlə öyrənib. Tusi Rəsədxananı
1259-cu ildə xidmətə açıq elan
edir. Burada İslam dünyasının fərqli yerlərindən gələn 20-yə yaxın elm adamı və çinli riyaziyyatçı işləyirdi. İslam ölkələrinin hər tərəfindən gələn tələbə və müəllimlər burada elmi fəaliyyətlə məşğul olurdular. Monqollar İranı işğ etməzdən əvvəldə riyaziyyat və astranomiya
sahələrində Tusinin məşhurluğu hər yerə yayılmışdı.
Bu rəsədxanada fəlsəfədən tutmuş
riyaziyyat və
astronomiyaya qədər intellektual araşdırmalar fasiləsiz aparılırdı. Bura artıq Şərqin nəhəng elm mərkəzinə
çevirilmişdi.
Tusinin dəvəti üzərinə Şam, Bağdad, Tiflis, Qəzvin və Şirazdan
elm adamları Marağaya gələrək elmi
çalışmalarda iştirak edirdilər. O, rəsədxananın həyətində bir kitabxana da inşa etdirmişdi. Burada 40 min
cild əsər var imiş.
Rəsədxananın xərcləri zəkatla qarşılanırdı. Bu, eyni zamanda Nəsrəddin Tusinin
başçılığı altında Qərb
renessansından əvvəl baş verən elmi
inqilab idi. Əsl mənada Nəsrəddin Tusi bir renessans dühasıydı. Bu baxımdan
inamla demək olar ki,
istər astronomiya, istərsədə coğrafiya sahəsində Avropa intibahına Tusinin əsərləri qədər təsir göstərən ikinci bir
Şərq elm adamı tapmaq çətindi. Nəsirəddin Tusi öz dövrü üçün elmin ən yüksək zirvəsi hesab edilən Marağa rəsədxanasını
inşa etdirərək, orada göy cismlərinin öyrənilməsi sahəsində böyük bir məktəbin əsasını
qoymuşdu.
Nəsrəddin Tusinin qurduğu rəsədxananı
müasir zamanda ancaq məşhur NASA
(ABŞ Aviasiya və Kosmos İdarəsi ) ilə müqayisə etmək olar. Bu
isə türk-müsəlman dünyasının
yetişdirib bəşəriyyətə bəxş etdiyi Nəsrəddin Tusinin
idrakının böyüklüyünü göstərir.
Nəsrəddin Tusi və Siyasət
“Əxlaqi
Nasıri”ndə siyasətlə əlaqəli bölüm iki hissəyə ayrılır.
Birinci hissədə “Dər teəbir mənazil” (“Ev
İşlərinin Necə İdarə Ediləcəyi Haqqında’’) ev işləri və azda olsa cəmiyyət işləri yer alır. İkinci hissədəsə “Dər Siyasət-i Müdün” (“Şəhərlərin Siyasəti
Haqqında’’) milli məsələ, yaxud da
daha geniş miqdarda cəmiyyət nizamı haqqında məsələlər yer
almışdı.
Nəsrəddin Tusi ev işlərində “qadın və
əri, ana-baba
ilə uşaqlar, xidmətçi ilə sahibi, mal ilə mal sahibi
arasında meydana gələn bir nizamı”ələ almışdı. Filosofa görə evin ağaçdan, daşdan, çadırdan və dirəklərdən, ağaç kölgəsindən yada
mağaradan olması heç bir şeyi dəyişdirməz. Ev geniş və fərah olmalı, yanğın və oğrulara qarşı təbii və qeyri-təbii fəlakətlərdən qorunmalıdı. Nəsrəddin Tusi qadına çox dəyər vermişdi.
Ona görə “yaxşı bir qadın ailədə malda-mülkdə kişiyə ortaqdır,
sahiblikdə və ailənin idarəsində kişiyə ortaqdır, kişinin olmadığı zaman ailə işlərini o idarə etməlidir yəni kişinin vəkilidi”. Ana
babaya mütləq hörmət göstərilməsini istəmişdi.
Nəsrəddin Tusinin
Düşüncələri
O, öz dövründəki çox saylı məşhur
filosoflarla məktublaşmışdı.
Məşhur Sədrəddin Qonəvi Nəsrəddin Tusiyə məktub göndərmişdi. Bu məktubda böyük
filosof Nəsrəddin Tusiyə heyran olduğunu, nizamlı olaraq onunla məktublaşmaq istədiyini və ondan Məşşa fəlsəfəsini öyrəşmək istədiyini xaiş
etmişdi. Qonəvi ətrafındakı filosoflarla müzakirə etdiyi fəlsəfə
mövzularından məydana gələn bir kitabı
Nəsrəddin Tusiyə göndərmişdi. Nəsrəddin Tusi tez bir zaman ərzində Qonəviyə səmimi və incə bir dillə cavab
vermişdi. Kitabı çox bəyəndiyini dilə gətirmişdi. Nəsrəddin Tusi hər zaman ona
məktub yazmağa niyyətləndiyini,
davamlı məktublaşmaq
istədiyini qəbul
etmişdir. Qonəvinin məktubunun onun üçün xoş olduğunu və bununla şərəf duyduğunu bildirir. Sürpriz olduğunu, məktublaşmağı Qonəvi başladığı
üçün ən böyük şərəfin ona aid olduğunu dilə gətirmişdi.
Nəsrəddin Tusi fizikanı təbiət şünaslıq məsələlərinə daxil etmişdi.
Burada sadə
və mürəkkəb cismlər, yerdə və göydə əmələ gələn hadisələrin, məsələn: göy gurultusu,
ildırım, şimşək,
yağış, qar, zəlzələ və buna oxşar hadisələrin səbəbləri, mürəkkəb maddələr, onların tərkiblərinin xüsusiyyətləri
(mineralogiya), bitkilər,
onların növləri,
nəfs və qüvvələri (botanika),
ixtiyari və
iradi hərəkət edən cismlər, onların hərəkət xüsusiyyətləri, nəfs və qüvvələri (zoologiya),
insanın düşüncəli
nəfsinin xüsusiyyətləri (psixologiya)
öyrənilir. Nəsrəddin Tusi təbabət, əkinçilik elmini
və s. fizikanın əlavə bölmələri hesab
etmişdi. Onun və
Marağa rəsədxanasında
çalışan alimlərin
kəşf və ixtiraları bəşər elminə böyük tövhə sayılır. Mənbələrdə Nəsrəddin Tusiyə fövqəladə qabiliyyətinə, dərin zəkasına və misilsiz xidmətlərinə görə “bəşər ustadı”
deyilmişdi.
Onunən məşhur tələbələrindən biri Əllamə Qütbəd-din əş-Şirazidi.Tusinin
fiqh elminə ciddi
yanaşmış tələbələrindən biridə məşhur Şiə fəqih Əllamə Hilli hesab
olunur. Hilli üstadı Nəsrəddin Tusi haqqında “indiyə kimi gördüklərimin
arasında ən dəyərlisidi’’,-
demişdi.
Nəsrəddin Tusinin bir çox sahədə çalışma və araşdırmalar apararaq böyük ideaları həyata keçirmişdi. İntellektual səviyyəsi onu İbn
Sinaya bənzətmişdi. Nəsrəddin Tusi fəlsəfə, kəlam, əqaid və təsəvvüf sahələrində böyük bilgiyə sahib
olmuşdur. Əsərlərini ərəb və fars dillərində yazmışdı. O
bir çox elm adamı ilə məktublaşmışdı. Onun məktublarının çoxu günümüzə qədər qorunub saxlanmışdı. Onun elminə heyran olan Şirazi öz ustadlıq kürsüsünü Nəsrəddin Tusiyə vermişdi.
Nəsrəddin Tusinin fəlsəfə haqqında fikirlərinədə İbn Sinanın
“İşarələr və qeydlər” kitabının şərhində və “Problemlərin həlli”, “Kəlamın təcridi”,
“İqtibasın əsası”
ilahiyyat məsələlərinə də müəyyən yerverilmişdi.
Nəsrəddin Tusi İbn Sina və Bəhmənyar məktəbinin görkəmli davamçısı
olub, Şərq fəlsəfəsini inkişaf
etdirmişdi. Tusi varlığı ilk səbəb və nəticə timsalında qisimlərə bölüb, onlar
arasında zaman fərqinin
olmadığını göstərmiş,
mümkün varlığı, o cümlədən maddi aləmi əzəli və əbədi saymışdı.
Filosofun varlıq təlimində materiya və formanın vəhdəti, hərəkətin kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə növləri, zaman və başqa fəlsəfi kateqoriyalar
riyazi və təbii-elmi fikirlərdən misallarla hərtərəfli və dərindən
işıqlandırılmışdı. Nəsrəddin Tusinin
idrak nəzəriyyəsində idrak
prosesinin hissi və
əqli
mərhələləri elmi şəkildə şərh edilmiş,
hisslər vasitəsilə şeylərin zahiri cəhətlərinin, əqil ilə onların mahiyyətinin dərk olunduğu göstərilmişdi.
Filosofun məntiq
təlimində təfəkkür formaları və onların növləri xüsusi
araşdırılır. Nəsrəddin Tusinin fars və ərəb dillərində yazdığı əsərləri Orta Əsrlərdə İslam fəlsəfəsinə böyük
yeniliklər gətirmişdi.
Riyaziyyat, triqonometriya və hesab ilə əlaqəli əsərləri müsbət elmlərə böyük
faydaları olmuşdu. Astronomiyada, xüsusən planet nəzəriyəsi ilə
əlaqəli əsərləri də mükəmməldi. Nəsrəddin Tusi dövlət vəzifələrinin xaricində elm, fəlsəfə, musiqi və şairliklə də məşğul olmuşdu. O, musiqi ilə əlaqəli bir risalə yazmışdı. Nəsrəddin Tusinin “Şərhul-İşarət”, “Akasamul-Hikmə”, “Bakan-Nəfs”, “Cəbr-u İxtiyar”, “Rabtul-Hədis bil-Qədim”, “Rəvadal-Kulüb”, “Əxlaqı Möhtəşəmi”, “Əxlaq-ı Nasıri”, “Şərh-i İsbad-ı Ağıl”, “əl-İləl vəl-Malülat”, “əl-İlmül-İqtisabi”,
“Kəyfiyyat-i Suduril-mevcüdat” və Nəc-məddin Dəbran ilə məktublaşması
fəlsəfə haqqında yazdığı əsərləridi. Nəsrəddin Tusi bilinən və bilinməyən yüzlərlə
əsərin müəllifi olmuşdur.
(1) Bəhmənyar ibn Mərzəban əl-Azərbaycani: İbn Sinanın ən tanınmış tələbələrindən idi. Məcusi bir ailədə dünyaya göz
açmışdı və sonra İslam dinini qəbul etmişdi. Önəmli əsərləri; ət-Təhsilat,
Taliqat, əl-Mubasatdı. Atif Abbasov, araşdırmacı,
yazar
|