Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20

Atakişiyeva Həcər Aslan
Bakı Slavyan Universiteti

[email protected]


Əhməd bəy Ağaoğlu Türk dünyasının dahi şəxsiyyətlərindən biridir. Ömrü boyunca qələmini insan şəxsiyyətinə, azadlığına həsr etmiş dahi mütəfəkkirimiz Əhməd bəyin yaradıcılığının qayəsini azad insan təşkil edib. Əksər dahi insanlar kimi məşəqqətli ömür yolu keçmişdir. Türk olmasına görə bir çox çətinliklərlə qarşılaşmışdı. Azadlığı əlindən alınan bir insandan daha çox kim azadlığın qədrini bilə bilər ki? Əhməd bəy də belə şəxsiyyətlərdən idi. O doğulub, boya-başa çatdığı Şuşa şəhərində azad şəkildə təhsil almasına ermənilər tərəfindən imkan verilmir, onun dörd tələbə dostu bu təqiblərə dözməyib, gimnaziyanı tərk edirlər. Əhməd bəy isə sona qədər azadlığını müdafiə edir və o anlayır ki, azadlıq verilmir alınır. Gimnaziya illərində Əhməd bəyin qarşılaşdığı çətinliklər onun gələcəkdə yazdığı əsərlərin ana xəttini təşkil edəcəkdi. Əhməd bəyin yaradıcılığı azad insan konsepsiyasına xidmət edib. Əhməd bəy Ağaoğlunun əsərlərinin yazılmasından 90 il keçməsinə baxmayaraq, indiki dövrümüz üçün də aktualdır. Əhməd bəy Ağaoğlunun 1930-cu ildə yazdığı “Sərbəst insanlar ölkəsində” kitabı azad insan məfhumunu tamamilə açıb göstərə bilmişdir. Əhməd bəy əsərində yaratdığı cəmiyyətdə görmək istəyirdi insanı. Azad insan mütləq şərtdi ki, azad cəmiyyətdə yaşamalıdır. Böyük mütəfəkkirin “Sərbəst insanlar ölkəsində” adlı kitabında yaratdığı cəmiyyət məhz onun görmək və yaşamaq istədiyi cəmiyyət idi. Türkçülüyün banisi Əhməd bəy bu cəmiyyətin birdən yaranmadığını və onu yaradanında azadlığın şirinliyini, dəyərini anlayan insan olduğunu qeyd edir. Deməli, ideal cəmiyyəti də məhz azad insan yarada bilər. Əhməd bəy Ağaoğlu millətinin nadanlığı ilə heç vaxt barışa bilməyib, axı nadanlar həyatda son dərəcə aciz olur, onları kölə halına salmaq rahat olur. Nadan insanlar azad insan anlayışından çox uzaq olurlar. Əhməd bəy də məhz bunlara qarşı idi. Azadlığa gedən yolun elmdən keçdiyini, maarifdən keçdiyini çox gözəl anlayırdı buna görə də xalqının savadlanması üçün əlindən gələni etmişdir. Əhməd bəy demişkən, hələ "iç zəncirləri"mizlə yaşayırıq, nə sərbəst olmaq haqqında düşünürük, nə də köləliyimizi lənətləyirik. O biri qismimiz azad olmağa can atsa da, ya qorxur, ya qətiyyətsizlik göstərir, ya da sadəcə olaraq, sərbəstlik haqqında, "sərbəst ölkə" haqqında məlumata ehtiyac duyur. Bax, əsasən bunlara, köləlikdən yaxa qurtarmaq istəyənlərə, heç kəsdən qorxmaq istəməyənlərə, beli dik yaşamaq istəyənlərə müraciət edir, sözünü deyir Əhməd bəy. Əhməd bəyin də bircə düşməni vardı - xalqın nadanlığı. Axı insan, yaxud xalq, nadan oldusa, deməli, aciz olacaq, aciz oldusa, deməli, kölə olacaq, kölə oldusa, deməli, istibdad (tiraniya) hökm sürəcək, deməli, insanlar dolğun, faydalı həyatdan kənarlaşacaq, deməli, inkişaf olmayacaq, xalq, millət başqa xalqlardan, millətlərdən geri qalacaq, kasıblığa, dilənçiliyə məhkum olacaq. Bu həqiqətləri anlayan Əhməd bəy yazır ki: “...qonşularımız yanı-başımızda günü-gündən tərəqqi və təali edir, ermənilərin, gürcülərin, musəvilərin, baxüsus rusların təmimi-maarifə himmət-güzar olan cəmiyyətləri sayəsində ziyayi-maarif köylərdəki gülbənişin köylülərin pəncərələrindən içəri girdiyi ruzi-rövşəndə, bizim köylülərimiz də, şəhərnişinlərimiz də məsəlli bir zülməti-əbədiyi-cəhl aləmində məhv olub gedirdi”. Əhməd bəy bu fikirləri ilə azad insan olmağın, azad millət olmağın, boyunduruqdan qurtulmağın yeganə yolunun elm, maarif olduğunu deyirdi. Bu fikirlər onda uşaqlığından olub, məhz bu elmə olan sevgi də onu Şuşada ermənilərin zülmlərinə dözmək və onlarla bacarmaq gücü, qüvvəti verdi. Əhməd bəy azad, sərbəst insan olmağa imkan verməyən nadanlığı div adlandırırdı. Bütün ömrü boyunca böyük ədib bu div adlandırdığı nadanlıqla mübarizə apardı. Bu yolda onun qabağına çox maneələr çıxdı. Ailəsinin, özünün həyatına çox təqiblər, hücmlar oldu, lakin Əhməd bəy öz doğru bildiyi yoldan əsla geri çəkilmədi. Əhməd bəy kimi dahi bir insanı yolundan, amalından döndərmək bu qədər asan ola bilməzdi, əlbəttə ki. Artıq bəşəriyyət XVIII yüzildən başlayaraq Maarifçilik dövrünü yaşayırdı. Fransa İnqilabından sonra dünyada “Azadlıq, Bərabərlik, Qardaşlıq" şüarı yayılmışdı, insanlar bərabərhüquqlu olduqlarını anlamışdılar. Əhməd bəy öz düşüncələrini tamamilə əsərlərində əsaslandıra bilmişdir. Onun dahi fikirləri dövrümüzdə hikmətli söz səviyyəsindədi. ”Azadlıq doğruya və cəsarətə söykənir” . Burada çox böyük bir hikmət var. Azad olmaq istəyən xalq mütləqdir ki, doğruçu və cəsarətli olmalıdı. "Biliksiz və səysiz azadlıq tam sayılmaz. Belə azadlıq şikəst azadlıqdır"...
   
Əhməd bəy bütün fikirlərində azad insanı və maarifi bir götürüb, onları heç vaxt bir-birindən ayrı düşünmək olmaz fikrində, qənaətində olmuşdur. Əhməd bəy yaradıcılığında yürütdüyü fikirlərdə azadlıq, biliklilik deyəndə azad və bilikli insanı, milləti nəzərdə tuturdu. "Azad insan ac qalmamalı, dilənçi olmamalıdır. Dilənçilik həm vətəndən, həm də vətəndaşlıqdan ötrü bir ləkədir”...  Əhməd bəyin azad insan konsepsiyasının əsasını bu fikir təşkil edir, azad insan ac olmamalıdır, çünki ac insan oğurluq edər, azad insan isə heç vaxt özünün olmayan bir şeyə oğurluq məqsədi ilə toxunmaz. Azad bir ölkənin sərvəti onun azad vətəndaşınındır, bu vətəndaş azad deyilsə, demək ki, öz vətəninin sərvətindən istifadə edə bilmir bu hal da həmin ölkə üçün bir ləkədir. "Azad olmaqdan ötrü güclü, qoçaq, inadlı olmalısan". Əhməd bəyin azad insan konsepsiyasının əsasını təşkil edən fikirlərin  birini də güclü, qoçaq, inadlı olmaq təşkil edir, əgər Əhməd bəy Şuşada ermənilərə qarşı belə inadlı, güclü olmasaydı, o azad insan ola bilməzdi. "Xoşbəxt o yerlərdir ki, həm azaddır, həm də özü düşünüb yaradır"...
   
Əhməd bəyin fikrincə, xoşbəxt yer o yerdir ki, orada azad insan yaşayır və təhsil ala bilir. "Yalan sərbəst insanlar ölkəsində tam yasaqdır"... "Yalan zəiflərin, zəlillərin, qorxaqların işidir"... Azad insan əsla yalan danışmaz buna əsas da olmaz. Yalanı yalnız zəiflər söyləməyə ehtiyac duyarlar. Azad insanın isə bunların heç birinə ehtiyacı yoxdur. "İnsanlar qorxaq doğulmazlar. Ailə və məktəbdə verdiyimiz tərbiyə, hökumətdə istifadə etdiyimiz üsullar vətəndaşı qorxağa çevirir"... "Uşaqlıqdan öz-özünü idarə etməyə, düşünməyə və mühakiməyə alışdırılan vətəndaşlar həyatda heç kimdən və heç nədən qorxub hürkməzlər"...  Azad insan uşaqlıqdan yetişdirilməlidir, özünü, kimliyini, şəxsiyyətini dərk edən fərd heç vaxt qorxaq ola bilməz. "Başqalarının kölgəsində yaşayanlar, ya da başqalarının yaxşılığı hesabına sərvət toplayanlar yaxşılıq edənlərə möhtac olur, onların arzularına, istəklərinə boyun əymək, haqlı-haqsız fikirlərinin önündə əyilmək məcburiyyətində qalırlar”... Əhməd bəy burada ruslara işarə edir, onların kölgəsində, himayəsində yaşasan, öz vətənində yaşasan belə, onların arzu və istəklərinə boyun əymək məcburiyyətində qalacaqsan. "Mənəvi vasitələrlə dəyər və nüfuzlarını saxlaya bilməyən rəhbərlər maddi vasitələrə, zorakı idarəçiliyə əl ataraq, haqlı tənqidləri susdurmaq üçün, istər-istəməz, hədə-qorxu yolunu tuturlar”… Azad insan öz hüquqlarını tələb etməyi bacarmalıdır.Azad cəmiyyət də isə heç vaxt hədə-qorxudan istifadə olunmur. "Sərbəst ölkənin fərdləri arasında həmrəylik göstərmək, birgə dəstək nümayiş etdirmək əsasdır"... "Sərbəst insanlar ölkəsində bircə adam tapılmaz ki, heç olmasa 5-6 ictimai tellə bağlanmış olmasın”... Azadlığa gedən yol həmişə milli birlikdən keçib, azad ölkənində vətəndaşları arasında əsasdır ki, milli birlik olsun. Əhməd bəy uşaqlı-böyüklü hamıya anladır ki, sərbəst və azad yaşamağa qəti qərar vermisinizsə, özünüz də dəyişməlisiniz. Burda hamının üzərinə öhtəlik düşür, cəmiyyəti düzəltmək üçün hər kəs özündən başlamalıdır. Sərbəst olmaq elə dəyişmək qərarı və dəyişmək hünəridir. Bu, Əhməd bəyin bəlkə də əsas və son hökmüdür. Əhməd bəy Ağaoğlu hünərli olmağı dəyişmək qərarını verə bilməkdən keçdiyini açıq bir şəkildə öz fikirlərində ifadə edir. Dəyişmək qərarını vermək azad insan olmağın ilk mərhələsidir. İlkin addımı atmaq bir problemin həllinin yarısıdır. Əhməd bəy də xalqın azad olmasını çox istəyirdi ömrü boyuncada bu amal uğrunda mübarizə aparıb, lakin o yaxşı anlayırdı ki, azad olmağı hər kəs özü istəməlidir və bunun üçün də özü dəyişmək qərarı verməlidir bu isə çox böyük bir hünərdir. Azad insan olmağın Əhməd bəy üç şərtini göstərir.

1. Azadlıq dəyərli bir vergidir. Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır.
2. Tamahlarına yiyə durmayanlar azad ola bilməzlər.
3. Söz sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir.

Bu dahi fikirləri ilə o “Azad insan konsepsiyası”nın qanunlarını yazdı. Əhməd bəyin qələmi elə hikmətlər ifadə edib ki, bütün dövrlər üçün aktuallığını qoruyub saxlaya bilib bu fikirlər. Azadlıq doğruya və cəsarətə söykənir; Yalan, sərbəst insanlar ölkəsində tam yasaqdır. İkiüzlülük və yaltaqlıq ən ağır günahdır. Bu günaha batanlar hamılıqca daşa tutulurlar; Çuğulluq edənlər sərbəst insanlar ölkəsinin vətəndaşlığından çıxarılırlar; Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz; Sözlə və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır; Hiylə işlədənlər və araqarışdıranlar vətəndaşlıqlarını itirməklə cəzalandırılırlar; Haqqı qorumaq vəzifədir. Bu vəzifəni gerçəkləşdirməyənlər ölkəni tərk edirlər; Çalışmaq vəzifədir. Çalışmadan yaşamaq istəyənlər ölkənin xeyrinə pulsuz çalışmağa məcbur olunurlar; Dözüm və yardım göstərmək vəzifədir. Bu vəzifəni yerinə yetirməyənlər ölkə vətəndaşlığını itirirlər; Ölkə işlərini görmək yalnız təcrübə və ixtisas sahiblərinin haqqıdır; Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər; Hər bir məmur və hər hansı vətəndaş gördüyü işlər və əlindəki sərvət haqqında hər an hesab verməyə hazır olmalıdır. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar. Əhməd bəy Ağaoğlu bu fikirlərində ideal cəmiyyətin necə olmalı olduğunu açıq bir şəkildə yazmışdır. Ümumillikdə, Əhməd bəy Ağaoğlunun yaradıcılığı azad insan necə olmalıdır və necə ola bilər? suallarının cavabıdır.

Avanqard.net

Yenililklər
13.08.20
MTRŞ əcnəbi teleserialların yayımının bərpa olunmasına qərar verdi
13.08.20
İsmayıllıda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
13.08.20
Mədəniyyət nazirinə müşavir təyin edilib
13.08.20
Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri
13.08.20
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
13.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edib
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.20
Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20
Rembrandtın avtoportreti rekord məbləğə satılıb
29.07.20
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.