Səxavət Sahil - Poeziyamızın problemi

08.07.20

Son dövr Azərbaycan poeziyasında ümumi formada davam edən bir tendensiya haqqında yazmaq istəyirəm. Bu məsələ demək olar ki, əksər gənclərin yaradıcılığında özünü qabarıq şəkildə biruzə verir. Yəni ad çəkib konkret kiminsə yaradıcılığına baş vurmağa ehtiyac yoxdu.
 Gənc şairlərimiz daha çox 80-90-cı illər poeziyasının avanqard şeirindən təsirlənərək nəsihətvari və ibrətamz sözlərə meyl edir, tənə edib minnət vurur, ağıl öyrədir, yol göstərir. Bəlkə, o vaxtlar bu cür mövzular "yeyilirdi”, lakin indi dünya dəyişib axı. Oxucu qıtlığından, kitabının alınmamasından, zəmanənin çətinliyindən şikayət edən gənc şair şeirlərində əksinə olaraq özünü filosof, ağıllı və uzaqgörən, hər şeyin yolunu bilən kimi göstərir, sanki hər kəsin ona ehtiyacı olduğunu dolayı yollarla bildirməyə çalışır.
 
 

 Belə nüanslar ilk baxışdan adı görünsə də, müəllifin ciddiliyinə kölgə salır. Qeyri-səmimilik, hisslərin önəmsiz olması, yalana və pafosa meyillilik şairin kimliyini ortaya qoyur.
 Poeziya sənəti ağıl öyrətmək deyil. İbrətamiz sözləri qeyri-müəyyənliyə yuvarlamaq, mürəkkəbləşdirmək, oxucunu çaşdırmaq nə dərəcədə düzdür? Oxucu şeiri oxuyarkən niyə dolaşığa düşməlidir? Hansısa gəlişigözəl ifadəni başa düşmürsə, onu öz ağlından üst mərtəbədə dayandığını düşünürsə bu da oxucunun öz problemidir. Məncə, belə cür şeirlər bir sətirdən ibarət olsaydı, oxucu onu dərhal başa düşüb qiymətini verərdi.
 Müəllif öz oxucusunu pafosla, mürəkkəb ifadələrlə yükləməli deyil, ona aydın və başadüşülən sətirlər təklif etməlidir. Təəssüf ki, indiki gənclər mürəkkəbliyə, qarışıq gəlişigözəlliyə meyllidir. Bunu bilərəkdən və bilməyərəkdən edənlər var. Təqlid etmək də bu cür hallarda köməyə gəlir.
 Poeziya tənqidçiləri geniş yayılan, problemə çevrilə tendensiyanın araşdırıb səbəbini tapmalı, onun meydanagəlmə zərurətini ortaya qoymalıdır. Zaman dəyişir, dünya dəyişir amma müasir Azərbaycan şeiri dəyişmir. Təqlid, pafos, nəsihət kimi qeyr-ciddi nüanslar davam edir.
 Hikmətamiz ifadə şeirə hansı halda daxil ola bilər? Əgər bu ifadə özü özlüyündə ciddi məna kəsb edirsə onu şeirə gətirmək lazımdırmı? Hikmətamiz sətirləri yazmaqla şair nə demək istəyir? Bu ifadə onun öz ifadəsidirmi? Özünündürsə filosof olsun, özünün deyilsə niyə onu öz adına tirajlayır? Poeziya budurmu?
 Yuxarıda diqqət çəkdiyim məsələ virus kimi yayılmaqdadır, monoton ədəbiyyatın formalaşmasından biri də budur. Nəticədə əksəriyyət eyni təhkiyə, eyni düşüncə və eyni yanaşmadan istifadə edir.
 Şair şeirdə öz fikrini çatdırmaq, tamamlamaq üçün nəsihətamiz və ya hikmətamiz ifadədən istifadə etdirsə hesab edirəm ki, bu onun zəifliyinin nəticəsidir. Öz fikirlərini yazsa da, təsdiq kimi bu cür ifadələri köməyə çağırıb şeirini xilas edir. Məqsəd isə məlumdur: Oxucuya ağıllı görünmək, onu pafosla aldatmaq, anlaşılmaz düşüncə içində qoymaqdır.
 Gənc şairlərin "öz atını” naməlum istiqamətdə çapması poeziyamızı uçuruma sürükləyir. Bu məsələdə onların günahı sadəcə palaza bürünüb el ilə sürünməkdir. "Filankəs bu cür yazıb oxucu rəğbəti qazanırsa, deməli, mən də belə etməliyəm” azarını kənara qoyub hər kəs fərdi poeziyasını yaratmalıdır. Kimsə 20-30 il bundan əvvəl oxucuların rəğbətin qazanmaq üçün hansısa hiyləgərlikdən istifadə edibsə, bunu indi də davam etdirmək gülünc görünməkdən başqa bir şey deyil. /Artkaspi.az/

Yenililklər
18.01.22
Qurban Bayramov - Növbəti erməni məkrinə – erməniləşdirmə faktına münasibət
18.01.22
Rövşən Yerfi - Həyasızlıq kabusu bizi məhv edəcək!..
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
13.12.21
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
13.12.21
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
13.12.21
Ləman L.R. - Susaq, sükutumuz danışsın
08.12.21
"Kitabi-Dədə Qorqud" italyan dilində
08.12.21
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
08.12.21
Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb
08.12.21
Tramp prezidentlik fəaliyyəti barədə kitab yazır
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.