Əhməd bəy Ağaoğlu və Azərbaycan ədəbiyyatı
09.07.20

Atakişiyeva Həcər Aslan
Bakı Slavyan Universiteti

[email protected]

    Əhməd bəy Ağaoğlu mədəniyyətşünas sosioloq, ictimaiyyətçi alim olmaqla yanaşı həm də qələmi çox güclü bir tənqidçi, böyük bir ədib olmuşdur. Ədəbiyyat bir sənət sahəsi kimi Ə.Ağaoğlu yaradıcılığında öz layiqli qiymətini almışdır. Əhməd bəyin ədəbiyyatın nəzəri problemlərinə həsr olunmuş məqalələri, ədəbiyyat tarixinə həsr olunmuş iri həcmli əsərləri onlarladı. Əhməd bəy Ağaoğlu əksər əsərlərində ədəbiyyatın həyata təsirini ön plana çəkir, ədəbi əsərlərə də məhz bu mövqedən yanaşaraq təsirin doğru və tərbiyəli olmasını tələb edirdi. Ədəbiyyat bir cəmiyyəti formalaşdırmaq gücündədir, məhz buna görə də Əhməd bəy ədəbiyyatdan müsbət yönümdən istifadə etməyi öz əsərlərinin aktual mövzusuna çevirmişdir.
    Əhməd bəy Ağaoğlu klassik Azərbaycan ədəbiyyatını mövzu təkrarçılığında ittiham edirdi. Azərbaycan ədəbiyyatında Füzulidən sonra yazanların hamısını təkrarçılıq etməkdə, ədəbiyyata yenilik gətirməməkdə, köhnəçilikdə günahlandırırdı. Əhməd bəy yazırdı ki, Füzulidən M.F.Axundova kimi ədəbiyyatda heç bir yenilik olmamışdır. Məhz buna görədir ki, bu zaman aralığında heç bir Azərbaycan ədəbiyyatının nümayəndəsi Füzuli səviyyəsinə qalxa bilməmişdir. Füzulidən sonra onun davamçıları olan Əmani, Qövsi, Saib kimi söz ustaları ancaq Füzulinin açdığı cığır ilə getdilər. Azərbaycan ədəbiyyatı üçün heç bir yeniliyi gətirə bilmədilər. Əhməd bəy bu dühalarla yanaşı Dəhləvi, Rumi, Yunis Əmrə, Sədi Şirazi, Nəvai, Hafiz və başqalarını da eyni halqanın zəncirləri hesab edirdi. Əhməd bəy onları ümumşərq poeziyasının çərçivəsindən çıxmamaqda günahlandırırdı. Əhməd bəy Ağaoğlunun Şərq ədəbiyyatına qarşı fikirləri, münasibəti əksər hallarda mənfi olaraq qalır. Əski ədəbiyyatımızda həyat yoxdur deyəndə Əhməd bəy aşırı mədhiyyəçiliyi  nəzərdə tuturdu. Əhməd bəy Ağaoğlu yaşadığı dövrdə təhsilin bütövlükdə klassik ədəbiyyat üzərində qurulmasına qarşı çıxmaqda tamamilə haqlı idi. Lakin o, klassik ədəbiyyatın bütövlükdə lazımsız olduğunu deməklə məsələyə öz subyektiv fikrini bildirirdi. Məsələn o, Nizami Gəncəvini nəzərdə tutaraq “Gərçi ən əski fars ədiblərindən birinin “Xosrov və Şirin” , “Leyli və Məcnun” , “İsgəndərnamə” kimi bəzi əsərləri varsa da, bunların adlarının və məzmunlarının həyatdan çox uzaq olduqlarını qeyd edirdi” .
    Əhməd bəy Ağaoğlu əski dövr məktəblərin əzbərçiliyə olan həvəslərini daim öz əsərlərində kəskin tənqid etmişdir. Onların yeniliklərə açıq olmamasını, klassik ədəbiyyat nümunələri olan Hafizin, Sədinin, Füzulinin qəzəllərinin məcbur şəkildə əzbərlədilməsinin böyük bir geri qalmanın səbəbi olduğunu dönə-dönə qeyd etmişdir.
    Əhməd bəy Vaqifin Azərbaycan ədəbiyyatına gətirdiyi dil sadəliyini yüksək qiymətləndirir. Onun tək formada apardığı mübarizə ilə ədəbiyyatımıza qazandırdığı nailiyyətləri Azərbaycan ədəbiyyatı üçün böyük uğur hesab edir.
    Əhməd bəy Ağaoğlu Vaqifin müasiri və eyni zamanda dostu olan M.V.Vidadini bədbin ruhlu əsərlərinə görə tənqid edirdi. Onu yenidən Füzuli ənənələrinə qayıtmaqda, lakin Füzuli zirvəsinə qalxa bilməyib, onun zəif davamçısı olmaqda günahlandırırdı.
    Əhməd bəy Ağaoğlu M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi yenilikləri bəyənib, onu bu uğurlarına görə təqdir etmişdir. Azərbaycan ədəbiyyatında Füzulidən sonra özünə kimi gəlib çatan bu davamçılıq anlayışını yox etdiyi üçün M.F.Axundov Əhməd bəy tərəfindən qiymətləndirilmişdir. M.F.Axundovun Qərb yönümlü olması onu Əhməd bəyə yaxınlaşdırırdı. M.F.Axundovun yenilikçi səpkidə yetişməsində Qərb ədəbiyyatının da çox böyük təsiri olmuşdur. M.F.Axundova kimi olan Azərbaycan ədəbiyyatında Şərq fikri əsas üstünlük təşkil edirdi. Əhməd bəy M.F.Axundovun ədəbiyyata gətirdiyi yenilikləri bəyənsə də, onun əsərlərini bəyənməmiş, müəllifin ən çox bəyənilən “Hacı Qara’’ əsərini tam komediya adlandırmaq olmaz kimi qiymətləndirmişdir. Onun qələmini zəif və natamam kimi dəyərləndirmişdir.
    Əhməd bəyin Azərbaycan ədiblərinin yaradıcılığına tənqidi cəhətdən yanaşması tamamilə normal bir hal idi. Çünki, Əhməd bəy peşəkar tənqidçi idi və oxuduğu, dəyərləndirdiyi əsərlərə də, məhz tənqidi cəhətdən yanaşırdı.

Avanqard.net

Yenililklər
18.01.22
Qurban Bayramov - Növbəti erməni məkrinə – erməniləşdirmə faktına münasibət
18.01.22
Rövşən Yerfi - Həyasızlıq kabusu bizi məhv edəcək!..
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
13.12.21
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
13.12.21
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
13.12.21
Ləman L.R. - Susaq, sükutumuz danışsın
08.12.21
"Kitabi-Dədə Qorqud" italyan dilində
08.12.21
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
08.12.21
Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb
08.12.21
Tramp prezidentlik fəaliyyəti barədə kitab yazır
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.