Əfsanə Laçın - Atam
09.07.20

Atam çox sərt adam idi. Yadıma gəlmir o bizi öpsün, ya da qucaqlasın nə zamansa. Amma mən bunu çox istəyirdim. Təkcə istəmirdim buna nail olmağa çalışırdım. Bacım və qardaşımla belə bir oyun oynayırdıq “Kim atanı öpməyə cəsarət edə bilər?”
Atam stol arxasında oturub üzünü təraş edəndə biz səssizcə mübahisə edir bir-birimizi ürəkləndirirdik ki, atamı öpsün. Nəhayət bir gün bütün qorxularıma göz yumub onu öpdüm. Özümü qalib hiss edirdim. Cəsarətə gəldim ikinci dəfə öpməyə cəhd etdim. Qardaşımın və bacımın gözləri bərələ qalmışdı.
Atam:
-    Ta bəsdi!!!
-    Bir neçə saniyədən sonra biz artıq otaqda yox idik.  Hadisənin gərginliyini isə uzun müddət üzərimizdə daşımalı olduq.
Umumiyyətlə atama qarşı atılan addımlarda evimizdə ən cəsarətli mən idim. Pul lazım olanda da anam mənə dedizdirirdi. Bu çox çətin iş idi. Bir neçə gün şəşq edir, cəsarət toplamağa çalışır, düzgün cümlələr seçməyə çalışırdım. Deyəndən sonra elə yüngülləşirdim sanki, günlərlə belimdə daş daşıyırmışam. Daş daşımaq məncə daha asandı. Çünki, onu hərdən yorulanda belindən yerə qoyur, dincəlir sonra yenidən götürüb yoluna davam edirsən. Amma mənim belə bir şansım mövcud deyildi.
Bu sərt adam qəribədə olsa qardaşımı, bacımı, hətta anamıda döysədə mənə toxunmurdu.
Başqa bir qəribə hal başqa adamların ondan bizim qədər qorxmaması idi. Çünki, o başqaları ilə daha mülayim davranırdı. Ona borcu olanlar borcu qaytarmaq istəmirdilər. Atam isə istəmirdi. Xeyirdə-şərdə hamıya əl tuturdu.
Evə qonaq gələndə bizi yanında otuzdurub yedizdirirdi. Baş aça bilmirdim bu adam bizi sevir, ya yox. Heç öz hislərimdəndə baş açmırdım. Həmişə düşünürdüm ki, bizi, ən çoxda anamı incitdiyi üçün onu sevmirəm.
Qonşuluqda 2-ci mərtəbədə Fatma xalagil yaşayırdı. Əri həmişə sərxoş olardı. Bir qız, bir oğlu var idi. Anam harasa gedəndə Fatmaxalagildə qalırdım. Qardaşım isə həmişə anamla gedərdi.
Qəribədə olsa qonşuya getməyin əleyhinə olan atam buna etiraz etmirdi.Özüdə insanların belə etibarsız olan vaxtında. O zamanlar oğrular gününgünorta çağı qadınların sırğasını qulağından, boyunbağısını boğazından dartıb qaçırdılar. Həyətdə uşaqlar oynadığı yerdə qəfil kimisə maşına basıb aparırdılar. Ər küçənin ortasında arvadını döyürdü. Qaynata gəlinin cehizini məhlənin ortasında yandırırdı.
Əlqərəz mən Fatma xalanın qızı Sura ilə oynayırdım. Sura sapsarı, çilli narıncı uzunsaçlı qız idi. Məndən bir yaşda kiçik idi. Qardaşı isə böyük. Nahardan sonra Fatma xala bizə uzun saqqız verirdi. Onlarda yediyim yeməklərdən ancaq biri yadımdadı. Kartof qızartması -kotlet.
Fatma xala qıvrım saçlarını həmişə elə qısa kəsdirərdi ki, quş yuvasına bənzəyərdi.
Bir gecə qapımız bərk döyüldü. Vahiməli ağlamaq səsi gəlirdi. Bir kişi ağlaya-ağlaya yalvarırdı. Atam qapını açdı. Ağlayan Suranın atası idi. Qapını açan kimi atamın ayaqlarına düşdü:
-    Huşum başımdan çıxıb açarları rayonda qoyub gəlmişəm. İndi qapını aça bilmirəm.
Bu hadisədən bir həftə əvvəl Fatma xala iflic olmuşdu. Onu xərəkdə böyük maşında harasa apardılar. Uşaqlarda onunla getdilər. Qonşular dedi ki, daha qayıtmayacaqlar rayonda yaşayacaqlar. O gündən bu günə Suranı görməmişəm.
Atam heç düşünmədən ayaqqabılarını geyinib çölə çıxdı. Bizdə onun arxasınca. Hörümçəkadam kimi bir göz qırpımında ikinci mərtəbənin eyvanına qalxdı. Pəncərəni sındırıb Tərlan əmi dediyi yerdən əlavə açarları götürüb  qapını içəridən açdı.  Tərlan əmi hələdə ağlayırdı. Ağlaya-ağlaya atama alqış edirdi. Amma atam bir kəlmədə demədən evə qayıtdı. Mən düşünürdüm ki, atam yaxşılıq edib. Köməksizə əl tutub. Deməli o yaxşı adamdı? Belə çıxır ki, onun ürəyidə var!

   Anam deyirdi ki, Fatma xalanı əri xəstə saldı. Axı Tərlan əmi hər gün içib sərxoş olurdu. Amma o uşaqlarını çox sevirdi. Onları öpür, qucaqlayırdı. Onlarla söhbət edirdi. Suragil ondan qorxmurdular. Fatma xalanıda döymürdü.  Bəs Fatma xalan xəstə salacaq dərəcədə nə etmişdi?
Hər gün döyülüb-söyülməkdən  betər dəhşətli daha nə var idi? Atam anamı acılayanda günlərlə atamı dindirmirdi. Saatlarla ağlayırdı. Biz isə onunla ümumiyyətlə heç vaxt danışmırdıq.
Hələdə düşünürəm görəsən Fatma xalanın taleyi necə oldu? Sağaldı? Bəs Surə? Tərlan əmi hələdə içir? Hərdən könlümdən axtarmaq keçir. Sonra fikrimdən daşınıram. Eşidəcəklərimdən qorxuram. Qorxuram ki, Surə məni unutmuş olar...

Hərdən mənə elə gəlirdi ki, onlar köçüb getməsəydilər atam bəlkədə Fatma xalanı sağalda bilərdi. Yox, atam həkim deyil! Biz xəstələnəndə atam boğazımızı spirtlə silir, bburnumuza nəsə dərman düzəldib tökürdü.  Qorxumuzdan cınqırımızı çıxarmazdıq.  Deyirəm bəlkə Fatma xalanın xəstəliyidə atamın qorxusundan onun canından əl çəkərdi.
   Atam artıq yaşlanıb. Gülümsəməyidə öyrənib. Görüşəndə özü əl uzadır, yanağını uzadır ki, öpək. Özüdə bizi qucaqlayıb öpür...

Bilmirəm bəlkədə o heç nəyi xatırlamır. Üzündəki kiçik təbəssüm mənədə çox şeyi unutdurub... Unutdurmasada yaralarımın üstünü qars bağlayıb.
 Bu təbəssüm belə məni cəsarətə gətirmək gücündə deyil ki, ondan soruşum o gecəni, Tərlan əmini xatırlayırmı...

23.06.2020

Yenililklər
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.