“Əli və Nino”nun Nino Kipianisi - Orxan Arasdan maraqlı araşdırma
14.07.20

Dünyanın bir çox dillərinə çevrilmiş ünlü “Əli və Nino” romanının müəllifi Qurban Səid haqqında uzun illər tədqiqatlar apardım.
 
Almaniyada yaşadığım və almanca bildiyim üçün Qurban Səidin yaşadığı yerləri, evləri, küçələri, dincəldiyi kafeləri, restoranları gördüm. Onunla bağlı arxiv materiallarını əldə etdim, əlyazısını oxudum. Berlində, Vyanada onunla görüşmüş türk müxbir Nadir Nadi kimi tanışlarının, dostlarının məktublarını, yazılarını tapıb çap etdirdim. Onunla bağlı ilk tədqiqatı aparan professor Gerhard Höp,  Azərbaycanın böyük dostu Əhməd Şmide kimi ciddi tədqiqatçıların arxivlərində oldum. Tom Raysın yazılarını oxudum. Tam bir Qurban Səid (Əsəd bəy) heyranı olan Hans Yürqen Maurer kimi naşirlərlə fikir mübadiləsi apardım. 

Uzun tədqiqatlardan sonra Qurban Səidin bütün əsərlərində ifratlar, səhvlər, yalanlar, uydurmalar, bəzən haqsız günahlandırmalar təsbit etməyimə rəğmən, vacib bir detal diqqətimi çəkdi. Əsərlərindəki  şəxsiyyətlər (Zeynəlabdin Tağıyev kimi) gerçək bir obraz şəklində təsvir edilməsə də, hamısı gerçək və yaşamış insanlar idi. Məsələn, “Əli və Nino”dakı tarixi şəxsiyyət olaraq bildiyimiz Fətəli Xan, Zeynəlabdin Tağıyev, İlyas bəy, Şəmsi Əsədullayev və digər şəxsiyyətlərdən başqa, Nino, Seyid Mustafa, Məmməd Heydər, Aslan bəy kimi şəxslərin də xəyali olmadıqları düşüncəsindəyəm. Bəlkə tədqiq olunsa, o dönəmdə bu adlarda şəxslərin olduğu ortaya çıxar.

Qurban Səid o biri əsərlərində də gerçək kişilərdən söz etmişdi. Məsələn, Azərbaycanda yanlış olaraq “Altunsaç” adıyla nəşr olunan “İstanbuldan gələn qız” romanında Aziyadənin nişanlısı şahzadə Əbdülkərimin gerçək olduğunu tədqiqatlarım sırasında öyrənəcək və heyrətlənəcəkdim. Doğurdan da, Qurban Səidlə eyni dönəmdə yaşayan şahzadə Məmməd Əbdülkərim Əfəndi Sultan II Əbdülhəmidin nəvəsi idi, Amerikada yaşayırdı və 1935-ci ildə otelində silahla vurulmuş olaraq tapılanda bütün dünya qəzetlərində günlərcə adından bəhs edilmişdi. Bəlkə onun Aziyadə adında nişanlısı olmamışdı, amma artıq özünü bir amerikalı kimi hiss edən bu Şahzadə çox güman ki Qurban Səidin ilham qaynağı idi.

Bunları yazdıqdan sonra əsas mətləbə keçmək istərdim. “Əli və Nino” romanında Gəncə müdafiəsindəki Mirzə Mənsur Qacara qədər gerçək adamları təsvir edən yazıçı Qurban Səidin gözəl qəhrəmanı və Əli xan Şirvanşirin uşaqlıq dostu Şahzadə Nino Kipiani də gerçək ola bilərdimi?

“Əli və Nino” romanında Nino Kipianidən  bir gürcü şahzadəsi kimi bəhs olunur. Atası şahzadə ünvanını almaq üçün illərlə Peterburqda yaşamışdı. Nino isə romanın səkkizinci səhifəsində “dünyanın ən gözəl qızı” kimi təsvir edilir.

Əlimizdə olan sənədlərə görə, Qurban Səidin Azərbaycandan çıxarkən 15, Gürcüstandan son gəmiyə minəndə (1921) isə 16 yaşı var idi. Bəzi tədqiqatçılar onun daha böyük olduğunu söyləyirlər.

Müstəqil Gürcüstan Azərbaycanın ardından 1921-ci il fevralın 25-də Qırmızı Ordu tərəfindən işğal edilir. Rus əsgərləri Batuma çatmadan limandan İstanbula doğru son bir buxarlı gəmi ilə qalxırlar. O gəmidə Qurban Səid ilə atası İbrahim bəy də olur. Gəminin adı “Kleopatra” idi.

“Sonunda bizi İstanbula götürəcək buxarlı gözəl italyan gəmisinə mindik. Gəmidə barlar, orkestr və lüks kayutalar vardı” (Esad Bey, "Doğu'da Petrol ve Kan", s. 340).

Onun yazdığına görə, İstanbula gedən son gəmidə “siyasətçilər, feodal bəylər, xanlar, neft sənayeçiləri” var idi. Səfər dörd gün sürəcəkdi. Gəmidə hər kəsin heyranlıqla ətrafında dolandığı biri daha vardı. Gözəllər gözəli gürcü şahzadəsi Meri Şervaşidze... Gözəl Meri yaşca (33) Qurban Səiddən böyük olsa da, 15-16 yaşındakı gənclərin xəyal dünyası hamımıza məlumdur.

Meri Şervaşidze 1888-ci ildə Batumda köklü bir ailədə anadan olmuşdu. Atası Prokop Şervaşidze eynilə Nino Kipianinin atası kimi 25 il Peterburqda yaşamışdı və Çardan “şahzadə” ünvanını qazanmasını da belə danışır:

”Atası bu ünvan üçün Peterburqda tam 24 il çaba göstərmişdi. Bu səhər Peterburqdan gözlənən teleqraf gəlmişdi. Yaşlı adam ölən anasına yenidən qovuşmuş uşaq kimi sevinmiş və hər kəsi təbrik məclisinə dəvət etmişdi” (Kurban Said "Ali ve Nino", s.51).

Meri Şervaşidze gözəlliyi ilə hər kəsin diqqətini üzərində toplayan bir qızdır. 1912-ci ildə onu bir neçə gürcü qadını ilə birlikdə Çar II Nikolay ilə tanış edirlər. Nikolayın gürcü qadınları görüncə “bu nə gözəllik!” - deyə heyrətlənməsi, sonra da Meriyə baxaraq: “Bu qədər gözəl olmaq günahdır” - deməsi ilə bağlı müxtəlif mənbələrdə qeydlər var (<https://abaza.org/tr/sanatchy-ve-shairlerin-ilham-kaynagy-meri-shervashidze-chachba>).

Qurban Səid böyük ehtimalla, şahzadə Merini İstanbula gedən gəmiyə minmədən öncə də tanıyımış. Çünki ölümündən əvvəl yazdığı və amerikalı müxbir Tom Raysda olan “Eşqdən anlamayan adam” adlı əlyazma bioqrafiyasında Gürcüstanda Zəkəriyyə Mdivani ilə atasının münasibətlərinin yaxşı olduğunu və Batumda onların villasında qaldığını yazıb. Zəkəriyyə Mdivaninin əsl adı Zaxariya Mdivanidir. Mdivanilər Gürcüstanda köklü bir ailədir. Zaxariya Mdivani Çar ordusunda general idi. Gürcüstan Sovet işğalına məruz qaldıqdan sonra Parisə yerləşmiş, fransız elitası ilə yaxın münasibətlər qurmuşdu.

Qurban Səid “Eşqdən anlamayan adam” adlı bioqrafik əsərində bu ailədən uzun-uzadı söz edərək, Zəkəriyyə Mdivaninin oğulları Aleksi və Davidlə çox yaxın dost olduqlarını, bərabər İstanbula gedən italyan gəmisinə mindiklərini yazır. Bu məlumatlara görə, Qurban Səidin şahzadə Merini Mdivani ailəsinin içində daha əvvəllərdən tanıdığı söylənilə bilər.

Şahzadə Meri Kutaisi şəhərinin bələdiyyə başçısı Giquşa Eristavi ilə nişanlıdır. Nişanlısı İstanbulda sürgündədir. Batumdan qalxan son gəmiyə anası Nino ilə birlikdə minən şahzadə İstanbulda nişanlısı ilə görüşür.

O zamanlar vəba xəstəliyi yayıldığı üçün İstanbula gedən italyan gəmisi iki həftə karantində saxlanılır. O iki həftə içərisində Qurban Səidin bu dünya gözəli şahzadəni daha yaxından tanımaması mümkünsüzdür.

Meri üçün “dünya gözəli” yazmağımın məqsədi var. Onlar İstanbula gələndə o vaxt İstanbulda olan işğalçı ingilislər dünya gözəllik yarışması təşkil edirlər. O yarışmada Meri Şervaşidze dünya gözəli seçilir. Bəlkə də Qurban Səid aradan 15 il keçdikdən sonra romanı yazarkən “Nino dünyanın ən gözəl qızı idi” deməsi təsadüfi deyildi.

Meri Şerşavidzenin də eynilə “Əli və Nino” romanında olduğu kimi uzun, cəlbedici boynu, incə beli, parlaq və böyük gözləri vardı.

İşğal altında olan qarmaqarışıq İstanbulda yaşaya bilməyən qaçqınlar Fransanın paytaxtı Parisə üz tuturlar. Şahzadə Meri ilə birlikdə Qurban Səid və atası da Parisə gedirlər. Bir müddət Parisdə ana tərəfdən qohumunun yanında qalan Qurban Səid və atası sonra Berlinə köçürlər. Şahzadə Meri isə anası Nino ilə Parisdə qalır.

Şahzadə Merinin anası, əsilli-nəcabətli Nino Parisdə dərzi kimi bir tikiş atelyesində işə girir. Çalışqan Nino Şervaşidze çox keçmədən öz qazandığı pulla Parisdə dərzi dükanını açır. Şahzadə Merinin nişanlısı, daha sonra isə əri olacaq Giquşa Eristavi Parisdə çox gənc yaşda dünyasını dəyişir. Şahzadə Meri anası və bacısının uşaqları ilə təkbaşına qalır. Parisin “Laour” küçəsində bir mənzil alaraq orada yaşamağa başlayırlar. Günlər keçdikcə pulları tükənir. Əllərindəki əşyalarını satmağa başlayırlar. Hətta II Nikolayın şahzadə Meriyə hədiyyə etdiyi qızıl tütün (tabak) qutusunu da satırlar. Şahzadə Merinin iş axtarmaqdan başqa çarəsi qalmır. Meri bir gün Paris küçələrində gəzərkən böyük şahzadə Dmitri Pavloviçlə tanış olur. Şahzadə Pavloviç, Coco Chaneli yaxından tanıdığı üçün Merini ona tövsiyə edir və gözəllər gözəli Meri o gündən etibarən Coco Chanelin studiyasında işləməyə başlayır.

Parislilər qısa zamanda onun geyim tərzinə, Tanrı vergisi gözəlliyinə aşiq olurlar. Hər gün qəzetlərdə şəkilləri çıxır. Məşhur sənətkar Saveli Sorin onun yağlı boya ilə rəsmini çəkir. Bu əsər hazırda Monako Şahzadəsinin sarayındadır.

Gürcü şairi Qalaktion Tabidze 1915-ci ildə “Meri” adlı şeir yazır və şeir qısa müddətdə dillər əzbərinə çevrilir. Deyilənə görə, şair Tabidze Şahzadə merini Kutaisi şəhərində gəzərkən görüb və bu şeiri yazıb. İkinci rəvayətə görə, Tabidze Şahzadə Meri ilə ikinci dəfə Parisdə Luvr Muzeyinin qarşısındakı parkda oturarkən təsadüfən görüşüb.

“Qovağın budağı solmuş
Kim bilir, kim bilir, Meri!
Kimə dua edirəm mən?
Bu nə qismətdir, Meri?”

Şair Tabidze şahzadə Meridən üç yaş kiçik idi. O, 1891-ci ildə Vanidə dünyaya gəlmişdi. Şeirləriylə özündən sonrakı gürcü şairlərini təsir altına salmışdı. Stalin repressiyası illərində qohumları, dostları öldürülmüş, həyat yoldaşı Olqa Okuçava Sibirə sürgün edilmişdi. Özü həyatda qalsa da, ağır depressiya keçirdiyindən o gündən sonra kimsə ilə görüşməmiş və dostlaşmamışdı. Qardaşı oğlu Titsian Tabidze ona “yalqız təriqətlər cəngavəri” adı qoymuşdu. Şair 1959-cu ildə Tiflis Psixiatriya xəstəxanasında vəfat etmişdi. “Meri” şeirinin bir bəndində Merinin nişanlısı Eristaviylə evlənməsinə isə belə üsyan edirdi:

“Yağmurlu bir gecədə evlənmişdi Meri,
Və yağmurlu bir gecədə
lənət etmişdim mən Meriyə.
Açammamışdım mən onunla aramızda duran qapıları”.

Bəlkə də şair Tabidzenin qarğışı qəbul olundu və Merinin Eristavi ilə olan evliliyi çox qısa sürdü. Amma şahzadə Meri Şervaşidze çox uzun yaşadı. Bacısının uşaqları Konstantin və Ninonu böyütdü. Şahzadə merinin Parisdəki dostları arasında da eynilə Əli Xan Şirvanşirin Peşpur bulağının yanında tanış olduğu Babo Didiani adında biri var. Bu adam Merinin həyat yoldaşının dostu idi.

Meri həyatının son illərini Parisdə bir qocalar evində keçirdi. 1986-cı il yanvarın 21-də 97 yaşında həyata vəda edərkən yenə də çox zərif və gözəl bir qadın idi.

Gürcü mənbələri (<https://abaza.org/tr/sanatchy-ve-shairlerin-ilham-kaynagy-meri-shervashidze-chachba>) Merinin soyadının Şirvanşahlarla əlaqəsinin olmadığını və Şervaşidzenin şübhəsiz bir gürcü soyadı olduğunu, adın “Şarvaş” kökündən gəldiyini yazırlar.

Mənsə nə zaman şahzadə Merinin şəklini görsəm, ağlıma hər zaman gənc və eşq dolu Əli xan ilə şahzadə Nino Kipiani gəlir.

Qeyd: Dünya gözəli şahzadə Meri Şervaşidze haqqında məlumat almaq istəyənlar aşağıdakı linklərə daxil ola bilərlər:

1.<https://tetripiala.wordpress.com/2017/12/08/bir-siirin-oykusu-galaktion-ve-meri/>

2.https://iberiana.webs.com/geosur/shervashidze.htm

3.<https://abaza.

org/tr/sanatchy-ve-shairlerin-ilham-kaynagy-meri-shervashidze-chachba>

/525.az/

Yenililklər
13.08.20
MTRŞ əcnəbi teleserialların yayımının bərpa olunmasına qərar verdi
13.08.20
İsmayıllıda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
13.08.20
Mədəniyyət nazirinə müşavir təyin edilib
13.08.20
Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri
13.08.20
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
13.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edib
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.20
Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20
Rembrandtın avtoportreti rekord məbləğə satılıb
29.07.20
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.